İranda dollar yenidən bahalaşmağa başladı
Netanyahu: İranın Livan razılaşmasında heç bir rolu yoxdur
İranda illik inflyasiya 88,6 faizə çatdı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
İranda qadınların motosiklet sürməsi hələ də vəddə qaldı
İranın PUA hücumu; ərəb ölkələri təcili toplandı
İran universitetlərində sosial xidmətlər ləğv edilir
Hizbullahın silahsızlanmaya etirazı; İranın izi görünür
Əhərdə milli fəal həbs edilib
BƏƏ İranın Bəhreynə PUA hücumunu pisləyib
Tehrana partlayış olub
Pezeşkian Urmiya gölünə görə rəsmiləri qınadı
Xameneinin müşaviri: Anlaşma Memorandumunun pozulmasına cavab "sürətli və sarsıdıcı" olacaq
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
Qəzənfəri yenə Azərbaycan və Pezeşkianı ittiham etdi
İran məhkəməsi 5 ərəb müəllimə həbs czası verdi
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
DÇ-2026: Misir İranla bərabərə qalaraq pley-offa vəsiqə qazandı
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Xameneinin keçmiş müşaviri: ABŞ İrana hücum etsə, Tehran bölgə ölkələrini hədəf alacaq
Səudiyyə Ərəbistanı Ərəb körfəzində neft yükləməsini bərpa edib
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
İranda polis postuna hücum olub - Ölənlər var
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Ərəb körfəzində patrul xidməti həyata keçirir
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Savədəkı Yanvar etirazlarının 30 məhbusu aclıq aksiyasına başlayıb
NYT: Omanın Hörmüz boğazı üçün alternativ marşrutu İranı qəzəbləndirib və hərəkətə keçməsinə səbəb olub
Əbu-Dabi gəmiçiliyin azadlığına zəmanət tələb etdi
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Vaşinqton Beyrut və Təl-Əviv arasında sülhə vasitəçi oldu
ABŞ tərəfindən saxlanılan neft tankerinin 22 heyət üzvü Pakistana çatıb
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
Vilayəti körfəz ölkələrini təhdid edib
Yaponiya İrana 10 milyon dollar humanitar yardım ayırdı
Cümə imamı: İranın ABŞ-a qarşı düşmənçiliyi “əbədidir”
Sistan və Bəlucistamda denegi qızdırması yayıldı
Böyük Britaniya polisi İranla əlaqəli milli təhlükəsizlik araşdırması çərçivəsində Londonda evlərdə axtarış aparıb
Qalibafa qarşı bəyanat imzalandı
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
GünAzTv mətbuat mərkəzi Azərbaycan Respublikası Milli Məclisin vitse-spikeri Bahar Muradovanın SİA-ya verdiyi müsahibəni diqqətinizə çatdırır:
- Son günlər Ermənistanda keçiriləcək təlimlərlə əlaqədar Türkiyə Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılması məsələsi gündəmə gəlib. Necə düşünürsünüz, Türkiyə Azərbaycana qarşı belə addım ata bilərmi?
- Ermənistanın bu məsələni ümumiyyətlə gündəmdən çıxmasına imkan vermədiyi göz önündədir. Təkcə Ermənistan deyil, bu sərhədlərin açılmasını istəyən bəzi dairələr görünür hər dəfə müəyyən bəhanələr ortaya atmaqda maraqlıdırlar. Burada əsas məqsəd NATO-nun humanitar təlimlərin keçirilməsi və yaxud da Ermənistanla Türkiyənin normal diplomatik qonşuluq münasibətlərinin başlaması deyil. Burada Ermənistanı düşdüyü ağır durumdan çıxarmaq, təcavüzkarlıq siyasətinin davam etməsinə şərait yaratmaq, Azərbaycan ərazisini işğal altında saxlamaq, beynəlxalq hüquq normalarının kobudcasına pozmasına baxmayaraq bu ölkənin çətin durumdan çıxarmaq və onun bütün qapılarını dünyaya açmaq niyyəti kimi məqsədlər var. Çox təəssüf ki, bu var və özünü göstərməkdədir. Amma həqiqət ondan ibarətdir ki,Türkiyə-Ermənistan sərhədləri sadəcə Türkiyənin kaprizi, qonşusu ilə normal diplomatik münasibətlər qurmaq istəməməsi ilə bağlı deyil. Bu, konkret, ciddi səbəblə - Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı ilə bağlıdır. Bu fakt hələ də ortadan qalxmayıb və faktın ortadan qalxacağı ilə bağlı Ermənistanın hansısa bir addım atacağı fikri də görünmür. Bu nöqteyi nəzərindən Ermənistan-Türkiyə sərhədlərinin açılması məqsədəuyğun deyildir. Bu mənada kı, ilk növbədə təcavüzə son qoyulmalı, Azərbaycan ərazisi işğaldan azad olunmalı, həm Azərbaycana, həm də Türkiyəyə qarşı olan iddialara son qoyulmalıdır. Yalnız ondan sonra sərhədlər açıla bilər. Zaman-zaman bu məsələ gündəmə gəlib, Azərbaycanla Türkiyə arasında müəyyən narahatlıqlar doğurub. Bu gün də belə bir narahatlıq ortada var. Nəzərə alaq ki, Türkiyə NATO-nun üzvüdür və üzv kimi NATO-nun keçirdiyi tədbirlərdə ilk baxışdan öz üzərinə düşən öhdəliyi, vəzifəni yerinə yetirməlidir. Bu baxımdan sərhədlərin açılması bir çoxlarına bəlkə də məntiqli görünə bilər. Amma Türkiyə Ermənistanla sərhədlərini bağlayanda və bütün diplomatik münasibətlərə son qoyanda da NATO-nun üzvü idi. O bu addımı təşkilatın üzvü olaraq atıb və neçə illərdir ki, Ankara məntiqli, haqlı olaraq işini davam etdirməkdədir. Düşünürəm ki, indi də növbəti Ermənistanı çətin durumdan çıxarmaq məqsədi ilə müvəqqəti də olsa nümünə üçün gələcəkdə təkrarlanması mümkün olan bir fakt kimi sərhədlərin açılması cəhdinə qətiyyən yol vermək olmaz. Hesab edirəm ki, Türkiyə bu dəfə də ona olan təzyiqlərin qarşısında dayana biləcək və Azərbaycanla olan münasibətlərinə xələl gətirə biləcək, öz milli və dövlət maraqlarına zidd ola biləcək addımın atılmasına imkan verməyəcək. Hər-halda mən belə bir inamda qalmaqda davam edirəm.
- Azərbaycan hərbi cəhətdən NATO-ya inteqrasiya etməyə cəhd göstərir. Lakin NATO-nun işğal edən və işğala məruz qalan ölkəyə eyni münasibət bəsləməsi nə dərəcədə ədalətlidir?
- Bu təkcə NATO-da deyil, bütün beynəlxalq təşkilatlarda belədir. Biz hansı beynəlxalq təşkilatın üzvüyüksə, Ermənistan da oranın üzvüdür. Bizi üzvü olduğumuz təşkilatlara yalnız Ermənistanla birgə qəbul etdilər. Bu təşkilatlar həm Azərbaycana, həm də Ermənistana eyni münasibətdə olduqlarını və hər zaman balansı qoruyub saxlamağa çalışdıqlarını zahirən göstərməyə çalışırlar. Amma daha diqqətlə nəzər yetirdikdə görürsən ki, Ermənistan çox zaman bəzi üstünlüklərə də malik ola bilir. Bu NATO-da da özünü göstərir. Bu kimi beynəlxalq təşkilatlar ölkələr arasında olan konfliktlərə, siyasi maraqlara bir növ özlərini qatmaq istəmədiklərini və hər bir ölkə ilə bərabərhüquqlu münasibətlər qurmaq istədiklərini bəyan edirlər. Praktikada da bunu göstərməyə çalışırlar. Bilirsiniz ki, Qafqazın üçlüyü NATO ilə bu və ya digər əməkdaşlıq layihələrinə malikdir. “Sülh naminə tərəfdaşlıq” layihəsi çərçivəsində həm Ermənistan, həm Azərbaycan NATO ilə əməkdaşlıq edir. Bu mənada NATO Qafqaz ölkələrinin hər üçünə bir növ bərabər münasibət sərgilədiyini göstərən təşkilat kimi görünür. Amma hazırda NATO-nun humanitar təlimlər adı ilə məhz Türkiyə sərhədini açmaq istəməsi məntiqli görünmür. Çünki NATO-nun öz avadanlıqlarını Ermənistana gətirməsi üçün başqa yolları da mümkündür. O avadanlıqları Gürcüstan ərazisi ilə də gətirə bilər. Ona görə ki, Gürcüstanla onların çox gözəl münasibətləri var. Amma avadanlıqların məhz Türkiyə ərazisindən keçirməsi doğrudan da bu təlimlərdən müvəqqəti də olsa Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün istifadə etmək cəhdinin ortada olduğunu göstərir. Burada bir çox təsirlər var. Ona görə də buna “həm Qərbin, həm də ayrı-ayrı beynəlxalq təşkilatların təsiri var” demək olar.
- Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin uzadılması barədə Rusiya ilə Ermənistan arasında imzalanan protokol Rusiyanın Azərbaycana dair öhdəliklərindən imtina etməsi deyilmi?
- Rusiyanın Ermənistanda hərbi bazası hələ ötən əsrin sonlarından mövcüddur və müəyyən müddətə də bu müqavilə imzalanmışdı. Bu bir tərəfdən Ermənistana öz təcavüzkar siyasəti və planlarının həyata keçirməkdə təhlükəsiz mühit yarasdan bir faktor kimi görünsə də, öz-özlüyündə Ermənistanın müstəqil bir dövlət olmadığının və Rusiyanın “forpost”u olaraq qalmaqda davam etmək istəyinin göstəricisidir. Çünki başqa bir şəkildə Ermənistan hakimiyyəti hərəkət edə bilmir. Ona görə ki, Ermənistan hakimiyyətinin, Serj Sarkisyanın və onun komandasının erməni xalqı və ictimaiyyəti arasında elə də böyük nufuzu yoxdur. Bunu orada gedən proseslər də göstərir. Bundan əlavə belə bir prokolun imzalanması Ermənistanın özünə dayaq axtarması, Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsində tutduğu qeyri-konstruktiv mövqedə və özünün hakimyyətdə qalması üçün özünə dayaq axtarması istəyindən irəli gəlir.
Bu protokolun Azərbaycana yönəlmədiyini həm Rusiya, həm də Ermənistan tərəfindən eşidirik. Bildiyiniz kimi, Rusiyanın istər Gürcüstan ərazisindən ora köçürülən, eləcə də Ermənistanda olan bazalardakı hərbi imkanlardan Azərbaycana qarşı heç zaman istifadə edilməyəcək kimi müəyyən öhdəliyi var. Biz Rusiyanın bütün öhdəliklərinə sadiq olacağını düşünürük. Özlüyündə bu münasibətlərin iki ölkə arasında olan münasibətlər kimi də qəbul edə bilərdik. Amma Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını nəzərə alsaq və münaqişənin bu günə kimi həllini tapmamasında da Rusiyanın müəyyən dairələrinin iştirakını, heç bir əsas olmadan Ermənistanı gizli şəkildə silah-sursatla təmin etməsi faktını yada salsaq, bu, müəyyən narahatlıqlar yaradır.
Bu əsaslar və narahatlıqlar Azərbaycan ictimaiyyəti, siyasi, rəsmi dairələri tərəfindən ifadə olunmaqdadır. Rusiya bir dövlət kimi Cənubi Qafqaz ölkələri ilə özünəməxsus siyasət qurur və Azərbaycanla iqtisadi, siyasi, mədəni, humanitar münasibətlərinin yüksək olduğu halda, bizim torpaqlarımızı işğal edən ölkə ilə hərbi sahədə bu cür müqavilə imzalaması bizi narahat etməyə bilməz.
Azərbaycan ən azı Rusiyadan balanslı münasibət gözləməkdə haqlıdır. Qarşıdakı dövrdə Rusiya prezidentinin ölkəmizə səfəri gözlənilir və düşünürəm ki, bu məsələ həmin səfər çərçivəsində iki ölkə rəhbəri arasında müzakirə olunacaq. Hər-halda bu səfərdən Rusiya prezidentinin Ermənistana səfəri zamanı imzalanan müqavilənin Azərbaycana zərərli təsirlərinin aradan qaldırılması istiqamətində çox ciddi şəkildə istifadə etmək lazımdır. Bu səfərin nəticələrindən sonra Azərbaycanın hansısa bir addımlar atacağı ilə bağlı fikir yürütmək olar.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısında bildirilib ki, əgər hər hansı bir ölkə təşkilata daxil olan ölkələrə təzyiq edərsə o zaman quruma daxil olan ölkələr təzyiqə məruz qalanı müdafiə edəcək. Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar bitər və Azərbaycan hərb yoluna əl atarsa, o zaman KTMT-yə daxil olan həm türkdilli, həm də əməkdaşlıq etdiyimiz ölkələr Azərbaycana qarşı çıxa bilərmi?
- Azərbaycanın heç bir ölkənin ərazisində gözü, hər hansı bir ölkəyə ərazi iddiaları ilə hərbi müdaxilə etmək istəyi və məqsədi yoxdur. Ən azı ona görə ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan sərhədləri çərçivəsində Birləşmiş Millətlər Təşkilatı və dünya ölkələri tərəfindən tanınıb. Əgər Azərbaycan tərəfindən Qarabağda və ya digər işğal olunmuş ərazilərində hansısa anti-terror və ya başqa hərbi əməliyyatlar keçirilərsə, bu Ermənistana qarşı yönəlməyəcək. İstər KTMT, istərdə də digər təşkilatlar buna görə Azərbaycana müdaxilə edə və ya Ermənistanın müdafiəsi istiqamətində tədbirlər həyata keçirə bilməz. Bu fakt olaraq qalır. Əgər biz bu istiqamətdə Azərbaycan Konstitusiyasında nəzərdə tutulan çərçivədə hər hansısa bir addım atacağıqsa, bunun Ermənistan ərazisinə aidiyyata yoxdur.
- Azərbaycanın KTMT-ya daxil olmaq ehtimalı varmı?
- Azərbaycan bildiyiniz kimi bu tip təşkilatlara üzv olmaq istəyini heç zaman ortaya qoymayıb. Biz bir sıra digər beynəlxalq təşkilatların üzvüyük, amma hansısa hərbi və ya digər maraqlar güdən təşkilatlara üzv deyilik. Bu kimi birliklər çərçivəsində fəaliyyət göstərməkdənsə, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətlərə üstünlük veririk. Azərbaycan bu təşkilata olan münasibətini zamanında bildirib və düşünmürəm ki, biz nə vaxtsa bu təşkilatın üzvü ola bilərik.
- Erməni mətbuatında Türkiyənin Naxçıvanda baza yaratması kimi yazılar gedir. Belə bir addım atıla bilərmi?
- Azərbaycan Qafqazda yeganə ölkədir ki, ərazisində heç bir xarici ölkənin hərbi bazası yoxdur. Qəbələ RLS-i çıxmaq şərtilə bu da ümumi maraqlar naminə əməkdaşlıq obyekti olaraq qalır. Bu yaxınlarda Milli Məclisdə Azərbaycanın Hərbi Doktrinası qəbul olundu. Doktrinada müəyyən maddələr yer alıb ki, Azərbaycan ərazisində onun milli maraqları nəzərə alınaraq hər hansı bir ölkənin hərbi bazası yerləşdirilə bilər. Bu həm ola, həm də olmaya bilər. Ona görə də, bu qərarı Azərbaycanın yüksək siyasi rəhbərliyi lazım gəldiyi anda verəcək. Amma bizim Hərbi Doktrinamız zamanı gəldiyi təqdirdə belə bir addımın atılacağını istisna etmir.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara verilən fasilə nədən xəbər verir?
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işlər davam edəcək. Bildiyiniz kimi yüksək səviyyəli danışıqlar prosesinə müəyyən qədər ara verilib. Amma ATƏT-in Minsk Qrupu çəçivəsində bu istiqamətdə səylərin davam etdiriləcəyi ilə bağlı iradə var. Azərbaycan da öz tərəfindən bu səylərin daha da artırılmasının tərəfdarıdır və hələlik Minsk Qrupu formatında danışıqların davam etdirilməsini vacib hesab edir. Bununla belə dəfələrlə bəyan olunanların bəziləri hərbi ritorika, güc nümayişi adlandırılır. Amma bildiyiniz kimi, əgər dövlətin müvafiq strukturları varsa, o bu və digər məsələləri siyasi danışıqlar yolu ilə, lazım gəldiyi təqdirdə isə digər vasitələrlə həyata keçirmək səlahiyyətini özündə saxlayır və bunun üçün də imkanlar formalaşdırır.
Ona görə də Prezident İlham Əliyevin söylədiyi “danışıqlar artıq yekun mərhələsinə daxil olub” fikrinin altında konkret hansı məna dayandığı tam bəlli olmasa da, təxmin etmək olar. Fikirdən belə nəticə çıxarmaq olar ki, Ermənistan konkret addım atmalı, danışıqlar xatirinə danışıqları davam etdirmək Azərbaycana sərf eləmir və Azərbaycanın da səbrinin hüdudsuz olmadığını hər kəs bilməlidir.
Bu problemin həlli istiqamətində atılacaq digər addımların atılması səlahiyyətini Azərbaycan özündə saxlayır. Bunu prezident İlham Əliyev dəfələrlə bəyan edib.
Mən hesab edirəm bunu hər kəs dərindən anlayır və Ermənistan cəmiyyətinin, dövlətin başında duran şəxslərin narahatlığı da bundan qaynaqlanır. Çünki Azərbaycanın iqtisadi, hərbi imkanları getdikcə artmaqdadır.
Bununla bağlı həm bizdə, həm də digər ölkələrin mətbuatında müharibəni başlamağın zamanıdırmı və zamanı deyilmi, kimi müzakirələr aparılmaqdadır. Bunların bəziləri provakasion xarakterlidir. Azərbaycan bu və ya digər addım atacağı təqdirdə onun ciddi çəkildə ölçüb biçəcək və sonra qərar verəcək. Bu kimi provakasiyalar Azərbaycan üçün keçərli deyil. Amma hər hansı bir ciddi addım atmaq lazım gələcəksə, bunu Azərbaycan özü qəbul edəcək, kənardan gələn işarələr əsasında yox.
- Qarşıda gələn Parlament seçkilərinə Milli Məclis necə hazırlaşır?
- Parlament olaraq biz seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işlərini görmüşük. Bilirsiniz ki, yaz sessiyasında Seçki Məcəlləsinə də dəyişiklik edildi. Parlamentin rəhbərliyi və Parlament seçkili orqan olaraq seçki qanunvericiliyinə, Azərbaycanda mövcud bütün qanunlara və bu prosesdə iştirak edəcək dairələrin, KİV-in, əhalinin, beynəlxalq təşkilatların, müşahidəçilərin, ən müxtəlif təbəqə və qurumların iştirakını tənzimləyə biləcək bütün qanunvericilk bazasını formalaşdırıb. Seçkilər prosesində iştirak edən şəxslərin və qurumların qanunauyğun şəkildə fəaliyyət göstərməsi əsas prosesdir. Milli Məclis qanunun bütün maddələrinin yerinə yetirilməsində və hər kəsin bu qanunlar çərçivəsində fəaliyyət göstərməsində maraqlıdır. Əgər hər kəs bu qanunlara tabe olarsa, o zaman biz çətinliklərlə üzləşməyəcəyik və narahatlıqlar olmayacaq.
Bu əsas məqsədimizdir və bunun üzərində də işlər gedir. Parlament seşkiləri ilə əlaqədar müxtəlif tədbirlərdə iştirak edir, münasibətimizi bildirir, seçki qanunvericiliyinin daha da yaxşı mənimsənilməsi istiqamətində maarifləndirmə işində iştirak edirik. O ki, qaldı millət vəkillərinin namizədliyinə, bu partiyaların, müstəqil namizədlərin öz işidir. Seçkiyə start verildikdən sonrakı proses Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qarafikə və qanunlara uyğun olaraq həyata keçiriləcək.
Mən düşünürəm ki, bu ilki seçkilər yüksək səviyyədə, beynəlxalq standartlara, mövcüd demokratik dəyərlərə uyğun şəkildə keçiriləcək. Biz Milli Məclis kimi bunun üçün lazım olan hər şeyi etmişik. Mən hesab edirəm ki, bu seçkilər Azərbaycanın ictimai-aiyasi həyatında əhəmiyyətli bir siyasi kampaniya kimi yadda qalacaq, Azərbaycanın irəliyə aparmaq istiqamətindıə ciddi bir stumul olacaq və insanların bərabər şəkildə seçkiyə qatılmaları, mübarizə aparmaları üçün çox gözəl yarışma meydanı olacaq.
Hər bir seçiciyə sərbəst seçmək imkanı veriləcək. Azərbaycana isə bütövlükdə növbəti beş il müddətində Parlamentdə fəaliyyət göstərən insanların seçilməsi üçün xalqın adından onun iradəsini ifadə edəcək 125 nəfərin parlamentdə yer almasına və fəaliyyətinə şərait yaradacaq. Hazırki seçkiqabağı vəziyyəti çox sabit, eyni zamanda hər kəsə öz imkanını ortaya qoymağa şərait yaradan bir dövr kimi dəyərləndirirəm. Hesab edirəm ki, bütün bunlar sərbəst, azad seçki keçirməyimizə imkan verəcək.
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran polisi iki bəlucu güllələdi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Təbrizdə girov götürmə hadisəsi baş verib
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda 15 məhbus edam edildi
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır
Xameneinin SEPAH-dakı nümayəndəsi: İsrailin məhv edilməsi hədəfindən vaz keçməyəcəyik
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam
İran həbsxanasında daha bir məhbus intihar etdi
Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi
Pezeşkian: Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib
Təbrizin Həsən Padşah meydanı hələ də xarabalıq vəziyyətində qalmaqdadır
Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat