TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv: Rəsmi Bakı Rusiyanın Ermənistanla imzaladığı sənədi ehtiyatla şərh edir.
“Rusiya və Ermənistan arasında razılaşmanın imzalanması sülhə də çox ciddi təhdiddir. Çünki Rusiya Minsk Qrupunun həmsədrlərindən biridir. Vasitəçilərdən birinin münaqişə tərəflərindən biri ilə hərbi əməkdaşlığı məhdudlaşdırmaq əvəzinə, daha da gücləndirməsi təbii ki, yolverilməzdir. Azərbaycan dövləti bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, bu ziddiyyətin araşdırılması və ona qiymət verilməsini istəməlidir”.
GünAzTv mətbuat mərkəzinin “Musavat”-a istinadən yaydığı məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri Rusiya-Ermənistan hərbi əməkdaşlığını nəzərdə tutan müqavilənin imzalanmasını şərh edərkən bildirdi. İsa Qəmbər xatırlatdı ki, Müsavat Partiyası bu həftənin əvvəlində partiya Divanında qəbul edilmiş bəyanatda Rusiyanın bu addımının bölgədə vəziyyətin gərginləşməsinə yönəldiyi və Azərbaycan üçün yeni təhdidlər yaratdığı, təhlükələri daha da artırdığı qeyd olunub: “Buna görə də Azərbaycan öz təhlükəsizliyi barədə ciddi düşünməlidir. Bunun yollarından biri Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının sürətlənməsi, NATO-ya üzvlüklə bağlı rəsmən müraciət edilməsidir. Bununla yanaşı, Azərbaycan Türkiyə kimi dövlətlərlə münasibətləri daha da yaxınlaşdırılmalıdır və strateji tərəfdaşlıq haqqında əməkdaşlığın daha dolğun, daha etibarlı bir şəkildə gerçəkləşməsinə çalışmalıdır”. Məsələyə rəsmi Bakı da nəhayət, reaksiya verib. “Azərbaycan ümid edir ki, Rusiya Ermənistandakı 102-ci bazanın hərbi texnika və resurslarından Azərbaycana qarşı istifadə edilməməsi haqda öz üzərinə götürdüyü öhdəliklərə bundan sonra da sadiq qalacaq”. Bu sözləri APA-ya açıqlamasında Rusiya ilə Ermənistan arasında imzalanmış protokola münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. E.Poluxov xatırladıb ki, Rusiya 2006-cı ildə Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən hərbi bazalarını çıxararkən bu bazaların Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazaya göndərilən silah və hərbi texnikasından Azərbaycana qarşı istifadə olunmaması barədə öhdəlik götürüb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətin təcavüzkar ölkənin hərbi cəhətdən güclənməsinə şərait yaradan addımlara getməsi təbii ki, Azərbaycanın vəziyyətini ağırlaşdıracaq. Bununla bağlı rəsmi Bakının gecikmiş olsa da, hərbi müttəfiq axtarışına çıxması, Türkiyə əsgəri bazalarının Azərbaycanda yerləşdirilməsini zəruri sayanlar az deyil.Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiya Qafqazda əsgəri baxımdan özünün mövqelərini möhkəmləndirir: “Moskva Amerikaya və NATO-ya mesaj verir ki, ”bura mənim maraq dairəmdir". Rusiya Ermənistanda, Abxaziya və Cənubi Osetiyada S-300 raket qurğularını yerləşdirməklə özünün əsgəri mövcudluğunu gücləndirəcək. Bu, Amerikanı qorxutmur. Çünki əsgəri baxımdan Rusiyadan qat-qat üstündür". O ki qaldı Azərbaycana, V.Quluzadə deyir ki, hələlik Rusiyanın köhnə planı ləğv olunmayıb: “Moskva istəyir ki, Cənubi Qafqazı yenidən özünə tabe etsin, əvvəl Gürcüstanı, sonra Azərbaycanı yıxsın. Rusiya hər iki ölkədə Moskvaya tam tabe olan iqtidarları hakimiyyətə gətirmək və bununla da Cənubi Qafqazı tam ram etmək niyyətindədir”. Politoloq Azərbaycanın Qərblə əsgəri əlaqələrini inkişaf etdirməklə bağlı illər öncə verdiyi təklifləri xatırlatdı. Bildirdi ki, o zaman bu əlaqələrin inkişafı tamamilə mümkün idi: “Mən prezidenti nəzərdə tutmuram, ancaq görünür onun komandasında kimdəsə ümidlər var idi ki, Rusiyanın bütün tələblərinin qarşısında baş əyərək Moskvanı Azərbaycanı tərəf çevirmək və bununla da Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq mümkündür. Amma indi bu əsgəri müqavilə elə bil ki, tabuta vurulan axırıncı mıx oldu. Məsələ ondan ibarətdir ki, bu, mümkün deyil. Səbəb o deyil ki, rus imperiyası Ermənistanı sevir, Azərbaycanı yox. Rus imperiyası bu məsələdə xalis praqmatikdir. Ermənistan onların özlərinin yaratdığı forpostdur və o, Türkiyənin, Qərbin, NATO-nun əleyhinədir. Azərbaycan isə türk respublikasıdır və həmin meşəyə baxan canavardır. Rusiya hesab edir ki, Azərbaycanla nə qədər yaxşı münasibətlər olsa da, onun gözü Türkiyə də, Qərbdədir. Bu səbəbə görə Rusiya Azərbaycana əsrlərlə divan tutub”. Deməli, Ermənistanla Rusiya arasındakı hərbi saziş Azərbaycanın torpaqlarını güc yolu ilə azad etmək istəyinin üstündən xətt çəkmiş olur? V.Quluzadə deyir müharibə variantının üstündən əvvəldən xətt çəkilmişdi: “Kim bunu görmək istəmirsə, öz işidir. Amma müharibə variantı ona görə mümkün deyil ki, burda Rusiya dayanıb. Biz gərək Rusiyaya qarşı da müharibə aparaq. Əgər tək Ermənistan olsaydı, biz bir həftəyə Ermənistanı darmadağın edib bütün torpaqlarımızı geri qaytarardıq. Ya da ermənilər təslim olardılar, deyərdilər bunu təşkil edən Rusiyadır”. Belə çıxmırmı ki, Qarabağ məsələsi ən azı 44 illiyinə dondurulmuş halda qalacaq? V.Quluzadə: “Rusiya əgər 44 il salamat qalsa, bəli. Yox, əgər Rusiya çöksə, hər şey başqa cür inkişaf edəcək. Çökmə variantı gündəmdədir”.
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN