TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv: Sabah Rusiya prezidenti İrəvana gedir, Kreml ermənilərin təhlükəsizliyini rəsmən üzərinə götürür.
Rusiyanın Ermənistanla yeni hərbi müqavilə imzalamaq ərəfəsində olduğu bir vaxtda Bakıya səfər edən Türkiyə prezidenti Abdulla Gül azərbaycanlı həmkarı İlham Əliyevlə iki ölkə müttəfiqliyini gücləndirən yeni sənədə imza atıb. Rusiyanın Ermənistandakı hərbi bazasından istifadə müddətinin 49 il uzadılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğu açıqlanandan sonra Azərbaycanda Türkiyə ilə hərbi müttəfiqlik barədə rəsmi müqavilənin imzalanması məsələsi yenidən aktuallaşdı.
İctimai rəydə belə fikir hakimdir ki, Rusiyanın Ermənistanla hərbi müttəfiqliyi Azərbaycanın təhlükəsizlik maraqlarını birbaşa təhdid etdiyi üçün Türkiyə ilə hərbi müttəfiqliyi rəsmiləşdirməkdən başqa yol qalmır. Doğrudur, istər Türkiyə, istərsə də Azərbaycan hərbi sahədə mövcud olan münasibətləri hərbi müttəfiqlik şəklində müqavilə ilə rəsmiləşdirməyiblər. Türkiyənin Qars müqaviləsi əsasında Naxçıvan bölgəsinə dair hərbi öhdəlikləri var. Ancaq Azərbaycan NATO üzvü olan Türkiyə ilə rəsmən eyni təhlükəsizlik çətiri altında deyil. Bununla belə, Türkiyənin yarana biləcək mümkün təhlükələrə qarşı Azərbaycana hərbi köməyini təmin etmək üçün müəyyən formullar tapmaq olar. Belə formulların tapılması indi ona görə vacibdir ki, Rusiyanın Ermənistanla yeni hərbi anlaşmasından sonra Azərbaycanın regionda təkləndiyi barədə qənaətlər güclənməkdədir. Moskvadan açıq deyirlər ki, Ermənistanla yeni hərbi anlaşma Azərbaycanın Qarabağı qaytarmaq üçün hərbi əməliyyatlara başlamasını istisna etməyə yönəlib. Yəni Ermənistanda yeni anlaşma ilə statusu möhkəmlənəcək rus qoşunlarının Qarabağda mümkün müharibə zamanı Azərbaycana qarşı tətbiqi riski yaranır. Rəsmi Bakı isə hələlik bununla bağlı Moskvaya etiraz bildirməyə tələsmir, ancaq Medvedyevin İrəvana səfərindən cəmi iki gün əvvəl Abdulla Güllə imzalanan yeni müqavilə ilə müəyyən mesajlar verməyə çalışır.Bu arada Kreml prezident Dmitri Medvedyevin İrəvana sabah səfər edəcəyini rəsmən təsdiqləyib və səfər proqramını açıqlayıb. Bildirilir ki, Medvedyev həmin gün İrəvanda erməni həmkarı Serj Sərkisyanla ikitərəfli danışıqlar aparacaq və bir sıra mühüm müqavilələr imzalayacaq. Ertəsi gün isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək. Ermənistandakı Rusiya bazasının istifadə müddətinin artırılmasına dair müqavilə də sabah imzalanacaq. Həmin müqavilənin tam mətni Rusiya hökumətinin rəsmi saytında yerləşdirilib. “Media forum” saytının məlumatına görə, sənəddə deyilir ki, tərəflər Rusiya hərbi bazasının Ermənistan Respublikasının ərazisində yerləşdirilməsi ilə bağlı 16 mart 1995-ci il tarixli müqaviləni rəhbər tutaraq, əvvəllər əldə olunmuş razılaşmaları nəzərə alaraq qərara gəlirlər:
Rusiya hərbi bazası tərəflərin uyğun razılaşmalarından irəli gələn vəzifələri yerinə yetirir; Rusiya hərbi bazası Ermənistan Respublikasının ərazisində olduğu müddətdə Rusiya Federasiyasının maraqlarının müdafiəsindən başqa Ermənistan silahlı qüvvələri ilə birgə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir; Bu məqsədlər üçün Rusiya tərəfi Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi (xüsusi) texnika ilə təminatının gerçəkləşməsində yardımçı olur; Rusiya hərbi bazası birləşmələrinin tətbiqi tərəflərin qarşılıqlı razılaşmaları, 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsi, Rusiya Federasiyası və Ermənistan arasında 24 avqust 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləyə və tərəflərin qanunvericiliyinə əsaslanır; Müqavilə 49 il müddətində qüvvədədir və tərəflərdən biri müqavilənin qüvvədən düşməsinə altı ay qalmış onun dayandırılması haqda yazılı müraciət etməzsə, avtomatik olaraq beş il müddətinə uzadılır; Müqavilənin müddəalarına tərəflərdən birinin və ya hər ikisinin qarşılıqlı razılaşması ilə yenidən baxıla bilər; Protokol ratifikasiya edilməlidir və ratifikasiya sənədlərinin dəyişdirilməsi günü qüvvəyə minir.
Medvedyev İrəvanda Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr də aparacaq. Lakin artıq bu müzakirələrdən nəsə gözləməyə dəyməz. Çünki Rusiyanın tam hərbi dəstəyinə dair təminat alan İrəvanın danışıqlarda hansısa konstruktivlik nümayiş etdirməsini gözləmək sadəlövhlük olardı. Ona görə də Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında üçtərəfli formatda təşkil olunan danışıqların gələcəyi sual altında qalır. Medvedyev gələn ay Bakıya da səfər edəcək və yəqin ki, Bakını Rusiyanın Azərbaycanın strateji tərəfdaşı kimi qaldığına inandırmağa çalışacaq. Qərbdə isə Ermənistanla Rusiya arasında yeni hərbi sövdələşmə barədə fikirlər birmənalıdır. Hesab edilir ki, ABŞ və NATO Cənubi Qafqazda Rusiyaya uduzub və geri çəkilir. “Rusiya hərbi bazasının 2044-cü ilədək Ermənistanda qalmasını və modernləşdirilməsini nəzərdə tutan hərbi saziş Vaşinqton üçün böyük sürpriz deyil. Moskva Qərbin regionda zəif iştirakından istifadə edərək Cənubi Qafqazda və Şərqi Avropada öz mövqeyini möhkəmləndirir”. Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırmalar üzrə direktoru Svante Kornell belə deyib. “Turan”a açıqlama verən Kornellin fikrincə, İrəvan xarici siyasət və təhlükəsizlik məsələlərində öz suverenliyinin bir hissəsini Moskvanın daimi dəstəyi ilə dəyişməyə razılıq verib. Ekspertin fikrincə, Moskvanın bu dəstəyi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli perspektivlərini pozacaq, çünki Yerevanın təhlükəsizlik hissini möhkəmləndirir və müharibə başlayacağı halda Rusiyadan dəstəyə ümidini artırır. Musavat
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN