TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv: Moskvada çıxan, təsisçisi və naşiri “Rodina” jurnalı olan “Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye” jurnalının 23-cü nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru” adlı məqaləsi dərc edilib.Məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı faktoloji material əsasında yeni müstəqil dövlətlərin gündəliyində duran başlıca məsələ - totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə keçidin zəruri olması məsələsi təhlil edilib. Azərbaycan bu yolda keçid dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli olmuşdur. Vəziyyəti mürəkkəbləşdirən bir amil də ondan ibarət idi ki, Azərbaycan özünün iradəsindən asılı olmayaraq qonşu Ermənistanla silahlı münaqişəyə cəlb edilib. Akademik R.Mehdiyev məqaləsində yazır: “Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı özlərinin daimi yaşayış yerlərindən zorla qovulmuş və ya həmin yerləri tərk etməyə məcbur olmuşdur. Azərbaycan yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti sayəsində XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoya bilmişdir”.Ölkəmiz Azərbaycanın fəaliyyət qabiliyyətini sınağa çəkən iqtisadi böhrandan da şərəflə çıxıb. Müəllif yazır: “Enerji daşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir.2009-cu ilin yekunları göstərir ki, keçən il Azərbaycanda ÜDM 9,3 faiz artmışdır. Bundan əlavə, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan xarakteristikaları fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 2/3 hissəsini təşkil edirdi”.Beləliklə, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatmışdır: ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulub.Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Müəllif yazır: “Biz belə güman edirik ki, bu, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, “azad vətəndaş – güclü dövlət” konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaqdır”.Milli inkişafda intellektual dirçəliş məsələsinə toxunan akademikin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir. Həmin proqram çərçivəsində Dövlət Neft Fondunun vəsaitləri hesabına təqribən 5000 nəfərin xaricdə təhsil alması nəzərdə tutulur.R.Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin dinamizmini vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni müstəviyə - Azərbaycan-Rusiya strateji əməkdaşlıq müstəvisinə keçdiyini qeyd edir.Məqalədə deyilir: “İkitərəfli münasibətlərin yeni səviyyəsinin təsbit olunduğu əsas sənəd 2008-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.Akademik R.Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə toxunaraq qeyd edir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik səyləri, Rusiya Prezidenti D.Medvedevin danışıqlar prosesində şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir.Məqalədə qeyd edilir ki, iki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissələrindən biridir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrini, o cümlədən humanitar əlaqələri də təsbit edən tərəfdaşlıq “getdikcə zənginləşən, daha yeni çalarlar kəsb edən ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin varisliyini bir daha sübut edir. Təcrübə göstərir ki, Azərbaycan və Rusiya liderlərinin görüşləri dövlətlərimizin əməkdaşlığının inkişafına həmişə müsbət təsir göstərmiş, bu prosesləri sürətləndirmiş, onlara yeni təkan və keyfiyyətcə yeni məzmun vermişdir. Bundan əlavə, həmin görüşlər Cənubi Qafqazda ümumi siyasi atmosferə əlverişli təsir göstərir”.Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik R.Mehdiyevin fikrincə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə nəzərdə tutulan proqramların uğurla həyata keçirilməsinin ən etibarlı qarantı isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Dmitri Medvedev arasında mövcud olan, qarşılıqlı etimada əsaslanan xalis insani münasibətlərdir. AzərTAc
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN