SON XƏBƏRLƏR

Son aksiyada tutulanların bir neçəsi azadlığa buraxılıb

2021.10.20, 07:36
Son aksiyada tutulanların bir neçəsi azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: 2010-cu il avqust ayının 1-də (mordadın 10-u) Təbrizdə baş tutan etiraz aksiyasında 50-yə yaxın “Traxtur” tərəfdarı və dinc yolla milli hüquqlarını tələb edən soydaşlarımız, İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutulmuşdular. Artıq Onlardan bir neçəsi azadlığa buraxılıb.

 

Azad edilən soydaşlarımız iki gün öncə avqust ayının 7-də (mordadın 16-ı) mülki vəsiqə qarşılığında Təbriz Zindanından azadlığa buraxılıblar.

 

Məhəmməd Əsədiyan və Haman Mehdipur azadlığa buraxılan soydaşlarımızın sıralarındadırlar. Ancaq Məhəmməd Tacdehi, Əkbər Yavəri və Daryuş İbadpur hələdə Təbriz zindanında saxlanılırlar.

 

Yaxalananıb zindana aparılan soydaşlarımız Təbriz ETTELAATında (İran Kəşfiyyat Nazirliyi) saxlanıldıqları müddətdə döyülüb və işgəncələrə məruz qalıblar.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar