SON XƏBƏRLƏR

Türkiyəli ekspert: "Şuşa Bəyannaməsi digər türk dövlətlərinə də sirayət edəcək"

2022.02.05, 09:35
Türkiyəli ekspert: "Şuşa Bəyannaməsi digər türk dövlətlərinə də sirayət edəcək"

Gunaz.tv

Bu fikirləri türkiyəli hərbi-siyasi ekspert Coşkun Başbuğ bildirib.

Ekspert qeyd edib ki, Şuşa Bəyannaməsi geniş əhatə olunmuş tərəfdaşlıq sazişidir:

"Nəzərə alsaq ki, bu anlaşma hərbi, siyasi və iqtisadi əsaslar başda olmaqla, insan alverinə, narkotik ticarətinə qarşı birgə mübarizəyə qədər, həmçinin təhlükəsizlik məsələlərindən müdafiə sənayesinin təşkilinə qədər bir çox sferanı əhatə edir".

Coşkun Başbuğ Şuşa Bəyannaməsinin bütün türkdilli dövlətlər arasında tanınacağını vurğulayıb:

"Yaxın gələcəkdə Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlər, ortaq müdafiə sənayesi layihələrinin digər türkdilli dövlətlərə də sirayət edəcəyinin şahidi olacağıq". (report.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar