SON XƏBƏRLƏR

ABŞ-ın 1700 hərbçisi Polşaya gəldi

2022.02.09, 19:20
ABŞ-ın 1700 hərbçisi Polşaya gəldi

Gunaz.tv

Bu barədə Qərb aviasiya resursları məlumat yayıb.

Məlumata görə, Polşaya ABŞ-ın ən azı dörd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi gəlib. “Fort Bragg” bazasından (Şimali Karolina) havaya qalxan təyyarələr Polşanın Rzeşov şəhərinin Ukrayna ilə sərhədindən 90 km aralıda yerləşən hava limanına eniş edib.

Orada 82-ci Hava Desant Diviziyası Briqadasının Döyüş Komandasının tərkibində ümumilikdə 1700 ABŞ hərbçisi yerləşdiriləcək.

Diviziya komandiri Kristofer Donahue bildirib ki, hərbçilər Polşaya NATO müttəfiqlərinin bütün sahələrdə hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün gəliblər. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar