SON XƏBƏRLƏR

“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden

2022.02.19, 07:22
“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden

Gunaz.tv

Bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Co Bayden deyib.

“Sizcə Prezident Putin Ukraynanı işğal etməkdə əmindirmi?” sualına ABŞ lideri birbaşa “Bəli” cavabını verib.

ABŞ lideri bildirib ki, Vaşinqton Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı Moskva ilə diplomatik əlaqələri dayandırmayacaq.

Bayden iddia edir ki, Rusiya qüvvələri yaxın günlərdə Ukraynaya hücum etmək niyyətindədir.

Amerika administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya qüvvələri indiyədək Ukraynanı – Belarus tərəfdən və cənubdan Qara dənizə qədər mühasirəyə alıb.

“Rusiya qüvvələrinin gələn həftə, Ukraynaya hücum etməyi planlaşdırdığını düşünməyə əsasımız var. Biz düşünürük ki, onlar 2.8 milyon günahsız insanın yaşadığı Kiyevi hədəf alacaqlar” ,- deyə Bayden əlavə edib. (modern.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar