ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-dən çox artıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
GünAzTv: 1980-cı ildə TSK (Türkiyə Silahlı Qüvvələri) məhz bu tarixdə mülki hakimiyyəti ələ keçirərək ölkəni gözləyən böyük təhlükələrdən xilas etmişdi.
650 il mövcud olmuş Osmanlı İmperiyasının qalıqları yerində 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti yarandıqdan sonra bu ölkədə başlıca iki siyasi məktəb region üzərindən Qara və Aralıq dənizləri hövzəsində yerləşən dövlətlərə yönəlik strateji hədəflərini yürüdüblər. Bu sırada təbii olaraq, Türkiyənin dərin dövlət strategiyası daim bundan özünün milli maraqlarının təmin edilməsini sərgiləyib. Görüntü şəklində bu qatmaqarışıq siyasi labirintdə daha çox udan tərəf Türkiyə olub. İkiqütblü dünya siyasəti öz ömürünü başa vurduqdan sonra indi təkqütblü siyasi iradənin şərtləri gündəmə gəlib. Buna qarşı 1991-ci ildən 2002-ci ilə qədər rəsmi Ankara dirənişlər göstərsə də, siyasi islam modelinin tərəfdarı kimi AKP iqtidarı ənənəvi dövlət modelini və strategiyasını reformlar adı altında dəyişdirməyə çalışır. Bununla da Orta Doğu Projesinin (BOP) tərkib hissəsi olan Şərqdə böyük dövlətlərin cırtdan ölkələrə çevrilməsi strategiyasının rəsmiləşdirilməsinə çalışılır. Türkiyədə 12 sentyabr tarixində keçiriləcək referendumda məhz bu gündəmə gətiriləcək.
AKP və BOP işbirliyi
1980-ci ilin 12 sentyabr tarixində TSK (Türkiyə Silahlı Qüvvələri) Baş Qərargah rəisi Kənan Evren dövləti çökdürmək istəyən daxili və xarici qüvvələrin qarşısını almaq üçün hərbi çevriliş edərək hakimiyəyti ələ almışdı. çünki Türkiyədə siyasi, iqtisadi və ictimai istiqrarsızlıq, sosial və toplumsal partlayışların alovlanması, xarici güclərin bu prosesdə aktiv hərəkətə keçmələri dərin böhranlara səbəb olmuşdu. O zaman Nəcməddin Ərbakanın liderliyində islamçı və radikal şəriətçi qüvvələr "Qüds mitinqi" adı altında dünyəvi dövlətin devrilməsi çağırışlarını dərinləşdirmək üçün xaricdən güclü maliyyə dəstəyilə açıq şəkildə hərəkətə keçmişdilər. Digər tərəfdən isə baş nazir Süleyman Dəmirəlin liderliyində ölkə iqtisadi və maliyyə böhranları bataqlığına doğru yön almışdı. Problemin digər tərəfi isə ölkədə cəmiyyət sağ və sol qüvvələrə bölünərək açıq silahlı münaqişələrə cəlb edilmişdi. Bir sözlə, vətəndaş savaşı ölkənin qarışında ağır faciələrə səbəb olan bir axarla dərinləşməkdə idi. TSK bir xilaskar güc olaraq bütün bunların qarşısını almaq üçün hakimiyyətin hərbçilərin nəzarətinə keçməsini təmin etmək məcburiyyətində qalmışdı.
***
2002-ci ildə iqtidara gələn AKP iqtidarı uzun müddətdir ki, ölkənin Ana Yasasının dəyişdirilməsi üçün dərin siyasət yürütməkdədir. Bu yöndə ilk addım olaraq "Türban" qanununun qəbul edilməsindən sonra digər addımları atmaqdadır. İndi sırada BOP planının şərtlərinə uyğun olaraq "kürd açılımı", "erməni açılımı" və digər "açılım"lara yol açmaq üçün bu siyasi aksiyanın rəsmiləşdirilməsinə çalışılır. Mütəxəssislərin fikrincə, referenduma çıxarılan bütün maddələrin ictimai, siyasi və fəlsəfi baxımdan alt qatında duran əsas məsələ isə TSK-nın, ədliyyə və məhkəmələrin, prokurorluğun hüquqlarının müstəqilliyinin qarşısının alınması, bütün dövlət instututlarının hakim partiyanın nəzarətinə keçirilməsinə xidmət edir. Bu həm də 2011-ci ildə keçiriləcək parlament seçkilərində AKP-nin üçüncü dəfə təkhakimiyyətliliyinin təmin edilməsi üçün atılan addımlardan biridir. çünki AKP-nin son 8 ildə iqtidarda olduğu müddətdə Türkiyənin Orta Şərq, Qafqaz, Balkan və Orta Asiya siyasətində strateji əhəmiyyəti kiçildilib və bütün bunlar ABŞ və onun qərbli müttəfiqlərinin tam nəzarətinə keçib. Bu proses həm də böyük təbii sərvətləri olan bu dörd regionun milli gəlirlərinin üzərində siyasi, inzibati və hərbi cəhətdən nəzarətinə gətirib çıxarıb. Belə bir siyasətlə Türkiyə adı altında AKP-yə məxsus olan şirkətlər daha da zənginləşiblər. Bu heç də Türkiyənin milli gəlirləri kimi qəbul edilmir.
İki siyasi məktəbin Ankara savaşı
Türkiyədə ənənəvi olaraq alman və amerikan siyasi məktəbi mövcuddur. Soyuq savaş dönəmində bu məktəblər arasında müəyyən uzlaşma strategiyası mövcud idi. 1991-ci ildə Balkan savaşı adı altında keçmiş Yuqoslaviyanın Makedoniya, Xorvatiya, Bosniya-Herosoqovina, Qaradağ (çernoqoriya), Kosova və Serbiya adlı cırtdan dövlətlərə bölünməsi sayəsində Rusiyanın Aralıq dənizində hərbi, iqtisadi və siyasi gücü yox edildi. Bu dərin strategiyanın əsas səbəbkarı isə Almaniya oldu. İndi Almaniya Avropa Birliyi (AB) siyasətində Macarıstan, Polşa, Rumıniya, Albaniya, Yunanıstan, İsveç, Hollandiya, Avstriya, Sloveniya, çexiya kimi dövlətləri də özünün təsir dairəsinə sala bilib. Almaniyanın başı son illər "Mərkəziyyətçi Avropa" ideyasına və Rusiyanın Şərqi Avropadakı iddialarını neytrallaşdırmağa qarışdığı üçün ABŞ Türkiyədə təriqətçi və şəriətçi AKP-ni iqtidara gətirmək imkanını qazanıb. İndi ABŞ Əfqanıstan, İraq və Pakistan məsələsində heç bir güclə paylaşmaq fikrində deyil. Başda CHP olmaqla digər sağ partiyalara Almaniyanın dəstək verməsi və bunun sonucda böyük uğura imza atılacağı hələlik mücərrəd görünür. çünki AKP iqtidarı mümkün qədər Türkiyədə "milli azlıqları", "şəritəçi camaat birlikləri"ni, aztəminatlı kasıb təbəqələri öz tərəfinə çəkmək siyasətini dərinləşdirməklə strateji hədəfdə BOP planını qəti şəkildə rəsmiləşdirməyə çalışır. AB-nin əsas böyük gücü rolunda çıxış edən Almaniya isə mümkün qədər ABŞ-ın təsir dairəsinin azaldılmasına, özünün sənaye və konversiya imkanlarının genişlənilməsinə görə bütün gücünü AKP-nin gözdən salınmasına yönəldib. Buna görə də AB "Türkiyədə demokratiya və onun təməl prinsipləri qorunmalıdır" iddiasını sərgiləməkdə davam edir.
12 sentyabr referendumundan sonra Türkiyədə milli azlıqlara regional dövlət dili statusunun verilməsi (xüsusilə kürdlərə) sayəsində ABŞ-ın Quzey İraqda süni şəkildə yaratdığı "İraq Kürdüstan Muxtariyyəti" ideyasının bu ölkəyə transfer olması təhlükəsi daha böyük ağrılara səbəb olacağı gözlənilir. Bu siyasəti uyğulayan ABŞ-a məxsus strateji mərkəzlər AKP-nin liderliyində TSK-nın gücünü dəyərsizləşdirmək üçün neçə zamandır çoxgedişli kombinasiyaları rəsmiləşdirməyə çalışıblar. TSK və Baş Qərargah 8 ildir bütün bunlara səbrlə dözməkdə, uydurma "Ergenekon suçlaması"nı təqib etməkdədir. Hərbi strateji təhlilçiərin fikrincə, TSK heç də yatmayıb və gözlənilməz gedişlərlə proseslərin məcrasını da dəyişə bilər.
Süni "demokratiya" ixracı
Başda ABŞ olmaqla bütün Qərb çevrələri Türkiyədən daim demokratiya tələb edib. Bu yöndə hətta ölkə daxilində xeyli institutları uzun illər maliyyələşdirib də. İndi Qərbdən demokratiya gözləyənlərin özləri belə şaşqın duruma düşüblər. çünki Cümhuriyyət Ana Yasasının dəyişdirilməsi siyasətini 60 ildir təbliğ edən Qərbin bu gün AKP-nin gündəmə gətirdiyi referendumun "hakimiyyətin diktatorluğu"na yol açan bir strategiya kimi qəbul edilməkdədir. HSYK tipli qurumlarda dövlət məmurlarının təmsil olunması qanunla hər zaman yasaq olunub. AKP-nin təklifində isə referendumdan sonra HSYK-da təmsil olunanların əksəriyyətinin iqtidar tərəfindən təyin olunacağı gözlənilir. Müxalifət isə belə bir addımı AB və ABŞ tərəfindən dəstəklənən AKP diktatorluğunun güclənilməsi üçün atılan addımlar kimi dəyərləndirir. Ana müxalifət CHP-nin lideri Kamal Kılıncdaroğlu AB-yə məxsus dövlətlərin Türkiyədəki səfirləri ilə son görüşündə onlara xitabən belə deyib: "12 sentyabr referendumuna çıxarılan əksər maddələr irtica xarakteri daşıyır. Sizlər bu maddələri nədən öz dövlətlərinizdə rəsmiləşdirmək üçün addımlar atmırsınız? Ancaq mənə görə, gələcəkdə Türkiyənin AB-yə üzv olmasına mane olmaq üçün elə bu qurumun özü açıq şəkildə bildirəcək ki, Türkiyədə irtica xarakterli yetərincə qanunlar var. Buna görə də Türkiyə AB-yə üzv ola bilməz, deyəcəksiniz".
***
Müşahidəçilərin fikrincə, ABŞ Türkiyənin AB-yə üzv olmasını deyil, AB üzvlüyünə namizəd olması tərəfdarı kimi çıxış edir. ABŞ-ın fikrincə, Türkiyəni uzun müddət namizəd statusunda saxlamaqla Ankaranın Rusiya, çin və İrana yönəlik siyasətlərə görə məsafə saxlaması üçün belə lazımdır. Türkiyədə ifrat Qərb yönümlü partiyaların, ictimai institutların indi dili bir qədər qısa olub. çünki 12 sentyabr referendumu ölkənin yaxın gələcəkdə strateji hədəf kimi "Kürdüstan", "Arnautluq", "Laziya", "çərkəziya", "Qərbi Ermənistan", "Ələvi" və digər etnik və təriqət regionlarına yönəlik bölünməsi strateji hədəflər olaraq Türkiyədə qəti olaraq qəbul edilməyən bir anlamdır. Digər tərəfdən, son zamanlar Türkiyədə açıq səslənən fikirlərdən biri də budur: "ABŞ və AB-nin boyunduruğu altında yönləndirilən demokratiya Türkiyəyə lazım deyl. Fransa özünün layiq dövlət olması təbliğatını aparır. Ancaq bunu Əlcəzair üçün yasaq etməyə çalışır. İndi bu stratejinin Türkiyəyə tətbiq olunmasına qətiyyən yol vermək olmaz".
Referenduma çıxarılan maddələrdən əhalinin xəbəri yoxdur
Ana Yasanın dəyişdirilməsi təşəbbüsü ilə çıxış edən AKP iqtidarı əslində bu estafeti 1950-ci illərdə gizli şəkildə olsa da, siyasiləşən islamçı və təriqətçi ideologiyadan miras qaldığını dolayı yolla etiraf etməkdədir. Bu gün dəyişdirilməsinə hazırlıq görülən 374 qanun maddəsinin nəticəsində hakimyyətin digər ərəb dövlətlərində olduğu kimi siyasi diktatorluğuna yol açacaq. Referendum keçirməklə dəyərlərin dəyərsizləşdirilməsinə yol açılır. Bu referenduma o qədər qanun maddəsi salınıb ki, əhalinin böyük əksəriyyəti bunun əsl mahiyyətini başa düşmək iqtidarında deyil. Qosqoca bir dövlətin 40 milyonluq seçməni çoxu bu qızmar yay günlərində referenduma çıxarılan qanun maddələrini öyrənmək və təhlil etmək imkanında deyil.
Hakim AKP iqtidarı və onun yandaşları olan vəqflər, mətbuat, şəritəçi camaat birlikləri son günlər yorulmaq bilmədən referenduma çıxarılan yeni qanunların məzmununu əhali arasında daim təbliğ etməkdədirlər. Bu təbliğatları müşahidə edənlər bildirirlər ki, guya referndumdan sonra Türkiyənin bütün problemləri çözüləcək. "Gerilla qanunları" ilə idarə olunan keçmiş Ana Yasa islama olan yasaqları tamam durduracaqdır, tipli təbliğat maşını işə salınıb. Hətta robot kimi bu yöndə çalışan təbliğatçıların çoxunun nəyi və niyə təbliğ etdiklərini belə yaxşıca anlamadıqları üzə çıxıb. Onlar dalana dirəndikləri zaman "İşte AKP başkanlığından gelen bir emrdir" - cavabını verməklə yaxalarını kənara çəkirlər.
***
AKP-nin belə bir siyasətini kəskin şəkildə tənqid edən çevrələr bu referendumun nəticəsi kimi indiki iqtidarın təkəl (monopoliya) siyasətinə xidmət etdiyini, layiq dövlətin təməlinin çökdürülməsi yolunda atılan addımlar olmasını açıq şəkildə söyləyirlər. Cümhuriyyət tarixinin 87 illik dönəmində 5 dəfə ölkədə referendum keçirilib. Hər dəfə ölkənin daha da özgür olması əsas strateji hədəf kimi qəbul edilib. İlk dəfədir ki, əhalinin anlamadığı bir dildə və məzmunda uzun bir siyahı əsasında belə bir aksiyaya hazırlıq görülür. AKP istədiyi kimi referendumda səsçoxluğu əldə ediləcyi təqdirdə, PKK tipli silahlı örgütlər daha da aktiv duruma gətiriləcəklər. çünki onlara Türkiyədən ayrılmaqla öz dövlətlərini qurmaq imkanları qazanılacaq. ölkənin ən böyük gücü ola biləcək Türk Dünyası siyasəti bu referendumun sayəsində əbədi olaraq gömüləcək. Türkiyənin öz sınırları hüdudlarından kənarda gücə çevrilməməsi böyük dövlətlərin uzun müddətdir gözlədikləri strateji hədəflərdən biri olub. 12 sentyabr tarixində AKP bütün bunları rəsmiləşdirməyə çalışacaq. Türkiyənin dərin dövləti tarix boyu belə problemlərlə çox üz-üzə dayanıb. Növbəti sınaqdan çıxa biləcəkmi? Dünya böyüklərinin yeni, modern sömürgə siyasətinin alt qatlarına referendumda seçicilərin "yox" deməsi həmin sınağın uğur açarı olacaq.
Ənvər BöRüSOY,
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN