İran hücumuna görə Bəhreyn BMT-nin təcili iclasını çağırdı
İran mundialla vidalaşdı
Əli Babayi 10 gündür telefon danışığı və görüş hüququndan məhrum edilib.
İran və ABŞ sülh razılaşmasına baxmayaraq qarşılıqlı hücumları və ittihamları davam etdirir
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü
Tramp: İran artıq mövcud olmaya bilər
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı
ABŞ İranın Hörmüz boğazındakı hərbi hədəflərini vurdu
İranda dollar yenidən bahalaşmağa başladı
Netanyahu: İranın Livan razılaşmasında heç bir rolu yoxdur
İranda illik inflyasiya 88,6 faizə çatdı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
İranda qadınların motosiklet sürməsi hələ də vəddə qaldı
İranın PUA hücumu; ərəb ölkələri təcili toplandı
İran universitetlərində sosial xidmətlər ləğv edilir
Hizbullahın silahsızlanmaya etirazı; İranın izi görünür
Əhərdə milli fəal həbs edilib
BƏƏ İranın Bəhreynə PUA hücumunu pisləyib
Tehrana partlayış olub
Pezeşkian Urmiya gölünə görə rəsmiləri qınadı
Xameneinin müşaviri: Anlaşma Memorandumunun pozulmasına cavab "sürətli və sarsıdıcı" olacaq
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
Qəzənfəri yenə Azərbaycan və Pezeşkianı ittiham etdi
İran məhkəməsi 5 ərəb müəllimə həbs czası verdi
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
DÇ-2026: Misir İranla bərabərə qalaraq pley-offa vəsiqə qazandı
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Xameneinin keçmiş müşaviri: ABŞ İrana hücum etsə, Tehran bölgə ölkələrini hədəf alacaq
Səudiyyə Ərəbistanı Ərəb körfəzində neft yükləməsini bərpa edib
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
İranda polis postuna hücum olub - Ölənlər var
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Ərəb körfəzində patrul xidməti həyata keçirir
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Savədəkı Yanvar etirazlarının 30 məhbusu aclıq aksiyasına başlayıb
NYT: Omanın Hörmüz boğazı üçün alternativ marşrutu İranı qəzəbləndirib və hərəkətə keçməsinə səbəb olub
Əbu-Dabi gəmiçiliyin azadlığına zəmanət tələb etdi
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Vaşinqton Beyrut və Təl-Əviv arasında sülhə vasitəçi oldu
ABŞ tərəfindən saxlanılan neft tankerinin 22 heyət üzvü Pakistana çatıb
GünAzTv :Politoloq Qabil Hüseynli Dağlıq Qarabağa dair Almatı görüşü və ondan sonrakı mövcud vəziyyətlə bağlı Milli.Az xəbər portalına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirrik: - Qabil müəllim, ATƏT-in xarici işlər nazirlərinin Qazağıstanın Almatı şəhərində reallaşan qeyr-rəsmi görüşü çərçivəsində, Ermənistan-Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandiyanın üç həmsədr ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirdiyi beştərəfli görüşün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm mərhələ olacağı barəsindəki gözləntilər özünü doğrultmadı. Mövcud nəticəsizliyi necə təhlil edərdiniz?- Bu gözləntiləri qabaqcadan da sezmək mümkün idi. Məsələ Rusiyanın problemlə bağlı yeni təkliflər irəli sürməsi ilə əlaqədardır. O təkliflər də Rusiya prezidenti Dmitri Medvedyevin sentyabr ayında İrəvana və Bakıya səfəri zamanı açıqlanacaq. Artıq Almatı görüşü ərəfəsində bu, mətbuata ötürülmüşdü. Ona görə də ermənilər Almatıdakı 3+2 formatındakı danışıqları tamamilə pozan bir mövqe tutdular və yeniləşmiş Madrid prinsipləri əsasında irəli sürülən müddəaların müzakirəsinə baş qoşmadılar. Nəticə etibarilə görüşdə Azərbaycanın təklif etdiyi bir sıra məsələlər, o cümlədən Kəlbəcər və Laçının, eləcə də digər rayonların qaytarılması ilə bağlı müzakirələr baş tutmadı. Ermənistan tərəfi yalnız bir şeyi təklif edir: Dağlıq Qarabağa status verilsin və bu statusu müəyyən edəcək detallar müzakirə edilsin. İşğalçının ittiham edilməsi əvəzinə, işğal faktının gerçəkləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və buna da 3 həmsədr ölkənin xarici işlər nazirinin heç bir müqavimət göstərməməsi özü ciddi təəssüf doğurur. Necə ola bilir ki, Azərbaycanın 20 faiz torpağını işğal etmiş bir dövlətin xarici işlər naziri uzun illərdir ki, birbaşa işğal faktını təsdiqləyib praktiki reallığa çevirə biləcək təkliflərdən başqa heç bir təklif eşitmək istəmir. Maraqlıdır ki, buna nə ATƏT-in zirvə toplantısında iştirak edən xarici işlər nazirləri, nə də bu görüşü hazırlayan 3 həmsədr dövlətin xarici işlər nazirləri heç bir reaksiya vermir. Nə qədər ki, Ermənistana təzyiq göstərilməyəcək və bu prosesin siyasi anatomiyası açılıb ona siyasi qiymət verilməyəcək, yəni, işğalçı ilə işğala məruz qalan ölkə anlayışları öz yerini, öz təsdiqini tapmayacaq, ermənilər danışıqlar prosesində özünü normal aparmayacaqlar. Ermənistan o qədər həyasızlaşıb ki, danışıqlar prosesində özünü işğalçı kimi deyil, işğala məruz qalan dövlət kimi aparır. Bu səbəbdən də Ermənistanın arxasında dayanan dövlətlər, dünya gücləri məsələyə münasibətdə ikili standartlardan çıxış edir və Ermənistana «yerində otur», «bəsdir bu qədər etdin, daha yetər» kimi kəlmələrini deməkdən çəkinirlər.- Almatı görüşünün nəticələrinə dair verilən bəyanat, əvvəlki bəyanatlara sadiqliyini qorumaqla münaqişənin həllində bir neçə əsas prinsipin üzərində dayanır: millətlərin öz müqəddəratını təyin etməsi, Helsinki aktına əsaslanma, güc tətbiq etməmə və ərazi bütövlüyünün əsas götürülməsi. Sizcə, həmsədrlərin verdiyi bu bəyanat daha çox nəyə əsaslanır və göstərilən variantlar münaqişənin həlli üçün nə dərəcədə yetərlidir?- Bəyanatda münaqişənin həlli üçün kifayət qədər əsaslar var. Əvvəla güc tətbiq etməmək prinsipi Helsinki aktında var. Bu, ikinci dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməsinin qarşısını almaq üçün irəliyə sürülmüş yeni bir prinsipdir. Onun ardınca qeyd edilir ki, ikinci dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməsinə qətiyyən yol vermək olmaz. Millətlərin öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu da Helsinki yekun aktında var. Bu prinsip XIX əsrin sonları, XX əsrin əvvəllərində kommunistlər, sosail-demokratlar tərəfindən ortaya atılmış bir prinsipdir. Bu, o dövrə təsadüf edir ki, millətlərin formalaşması prosesi başa çatır və milli dövlətlərin yaradılması dövrü başlayır. Həmin dövrdə 5 belə imperialist müstəmləkə var idi və bir neçə dövlət az qala bütün dünyanı öz nəzarəti altında saxlayırdı. Bax o zaman millətlərin öz müqəddəratını təyin etməsi şüarı aktiv idi. Hətta bu, ikinci dünya müharibəsindən sonrakı dövr üçün, yəni imperializmin müstəmləkə sisteminin dağılma prosesi dövrünə qədər aktual idi. Çünki millətlər müstəmləkə zülmündən azad olaraq öz müstəqilliklərini yaratmaq uğrunda mübarizə aparırdılar. İndi elə proses yoxdur. Erməni xalqının öz müqəddəratını təyin etməsi hüququndan danışırlarsa, onlar çoxdan öz müqəddəratlarını təyin edib və öz dövlətlərini yaradıblar. Azərbaycandakı bir ovuc erməni bura gəlmə bir xalqdır. Onlara öz müqəddəratını təyin etmək prinsipi şamil edilirsə, onda gərək dünyanın hər yerinə səpələnmiş və sayları 200 min olan milli azlıqların hamısına öz müqəddəratını təyinetmə hüququ verilsin. Təsəvvür edin. Məsələn, Gürcüstanın ərazisində abxazlar aborigen bir xalqdır. Onlar həmin ərazilərdə bəlkə də gürcülərdən də əvvəl yaşayırlar. Osetinlər də onun kimi. Nəyə görə bu xalqlar öz müqəddəratını təyin edə bilmir, amma Azərbaycan ərazisinə təxminən 200 il bundan əvvəl gəlmiş, bunun şərəfinə də özlərinə abidə qoymuş bir xalqa öz müqəddəratını təyinetmək hüququ şamil edilsin? Bu, açıq-aşkar ideologiyası bəlli olmayan bir tərəfkeşlikdir. Amma bunun arxasında ermənilərin açıq müdafiə olunması elementləri gizlənir və bu səbəbdən də bunu qəbul etmək çətindir."İndiki halda münaqişənin nizamlanması ilə Rusiya özü məşğul olmaq istəyir"- Danışıqlarda Ermənistanın konstruktiv möqe sərgiləyəcəyi gözlənsə də, bu, baş vermədi. Sizcə, Ermənistanın bu mövqeyini davam etdirməsində hansı təsirlərin rolu var - Qərbin, yoxsa Rusiyanın?- Ermənistan çox hiyləgər siyasət aparır. Qərbin mövqeyindən istifadə edir, amma daha çox Rusiyadan yararlanır. Ermənistan faktiki olaraq Rusiyanın bir quberniyasıdır. Ermənistanda bütün proseslər Kremldən tənzimlənir və bütün təlimatlar da oradan gəlir. İndiki halda da Dağlıq Qarabağın nizamlanmasını bütünlüklə əlinə almış Rusiya prosesin həlli ilə özü məşğul olmaq istəyir. Bu səbəbdən də qeyd etdiyim kimi, sentyabrda Medvedyevin Bakıya və İrəvana səfəri zamanı yeni formulanı ortaya atıb, problemin həllinə cəhd edəcəklər. Ermənistan bu cür halaypozanlıq edirsə, sözsüs ki, Rusiyaya arxalanır, eyni zamanda Fransadan böyük siyasi dəstək alır. Amerikanın da mövqeyi Ermənistanın maraqlarına tam cavab verir. Buna görə də dünyanın bu məsələyə münasibətdə tutduğu mövqe beynəlxalq hüquq normalarına, Helsinki yekun aktının müddəalarına ziddir."Xarici dəstək olmasa Ermənistan bir gündə çökər"- Ermənistanın eks prezidenti Levon Ter-Petrosyan həm Dağlıq Qarabağ, həm də Ermənistan-Türkiyə sərhədlərinin açılmasında Rusiyanın roluna güvənməyi vacib sayaraq, Qərb üçün Dağlıq Qarabağ münaqişəsinin prioritet olmadığını bildirib. Sizcə erməni müxalifətçisinin bu şəkildə Qərbin üzərinə getməsi nəyə işarədir?- Fransanı «bu məsələdə maraqlı deyil» damğası ilə ittihamlamaq düzgün deyil. Fransa hətta Rusiya qədər bu məsələdə maraqlıdır. Sadəcə olaraq proseslərə müdaxilə etmək üçün əlində kifayət qədər rıçaqlar və potensial yoxdur. Fransa da çox istəyir ki, Dağlıq Qarabağ müstəqil olsun və ikinci bir erməni dövləti yaransın. Bu, Fransanın ermənilərlə yaxınlığından və oradakı erməni diasporasının fəal təsirindən irəli gəlir. Ermənilər Amerikada da kifayət qədər böyük qüvvədilər. Amma Amerika üçün Qarabağın kimdə olması o qədər də əhəmiyyətli deyil. Amma bütün bunlara baxmayaraq, tutduğu mövqe düzgün deyil. Yəni, millətlərin öz müqəddəratını təyin etməsi hüququnu Amerika müdafiə edib. Ona görə də Petrosyan Qərbi bir az da qızışdırır ki, daha çox maliyyə yardımına nail olsunlar. Amerika daha nə etməlidir? Bakının başı üzərindən Dağlıq Qarabağdakı separatçı rejimə 10 milyon yardım göstərir. Fransadan, Rusiyadan erməni separatçılarına nə qədər xəlvəti pullar, silahlar gəlir. Bunların hamısını hesablayıb ictimai rəyə təqdim edə bilmirik. Bəlkə erməninin nəyisə var, nəsə istehsal edir? Xarici dəstək olmasa Ermənistan bir gündə çökər. O cümlədən, Petrosyan hazırda müxalifətçi olsa da erməni təbiətini qoruyub saxlayır.«Beş rayon qaytarılandan sonra Azərbaycanın davranışları tamamilə dəyişə bilər»- Bəllidir ki, Ermənistan tərəfi yenilənmiş Madrid sənədinə qarşıdır. Azərbaycan tərəfi isə bu sənədlə razıdır. Həmin sənədə uyğun olaraq bəzi rayonlardan sonra Kəlbəcər və Laçının 5 il müddətində qaytarılması təklifi də tərəfimizdən razılaşdırılıb. Ermənilər isə bundan da narazıdır. Ümumiyyətlə, yenilənmiş Madrid sənədi formatında münaqişənin həllinin bizim üsün bəhrəsi nə olar? Ermənistanın məsələyə bu formada yanaşmasında şübhəli elementlər nədir?- Yeniləşmiş Madrid prinsiplərində nəzərdə tutulmuş müddəalar Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə imkan vermir. Amma güman etmirəm ki, Azərbaycanın siyasi rəhbərliyi bu prinsiplərdəki təhlükəni görmür. Görürlər. Amma bu müddüalara razı olmaqla işğal olunmuş əraziləri sülh, danışıqlar yolu ilə qaytarmağa cəhd edirlər. İndiyə qədər hələ ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsində hər hansı bir vəd vermir. Ona görə də işğal altında olan kənar 5 rayon qaytarılandan sonra Azərbaycanın davranışları tamamilə dəyişə bilər. Hər halda, ərazimizin strateji cəhətdən əhəmiyyətli olan bir hissəsini özümüzə qaytarmaq istəyirik. Yeri gəlsə, bunu hətta müharibə ilə qaytaracağımızı təhdid etməklə, bunun bizim üçün çox əhəmiyyətli olduğunu nümayiş etdirmək istəyirik. Ona görə də Azərbaycan yeniləşmiş Madrid prinsiplərini qəbul etməyə məcburdur və diplomatik gedişlər edir. Mən bunu bütövlükdə sülhyaratma prosesini irəliyə aparmaq məqsədilə atılmış addım kimi dəyərləndirirəm.- Almatı görüşündə ötən danışıqlar ərəfəsində verilən bəyanatları xatırladan həmsədrlər, bu dəfəki sənədlə münaqişənin sülh yolu ilə həlli şərtini sanki qüvvətləndirdi. Məqsəd nədir?- Həmsədrlər yenə də demək istəyirlər ki, silahlanma, hərbi büdcəni artırma, Ermənistana qarşı müharibə fikrində olma, Ermənistanı müharibə ilə təhdid etmə, torpaqlarını güc yolu ilə qaytarmağa cəhd etmə və sairə. Bir sözlə, Azərbaycanın əl-qolunu bağlamaq istəyirlər. Bu bəyanatı qəbul edən şəxslər bir dəfə də olsun Ermənistana tutduğu qeyri-konstruktiv mövqeyinə görə iradlarnı bildiriblərmi? Bir dəfə də olsun hadisənin təfərrüatına diqqət yetirib onun haqqında səriştəli rəy bildiriblərmi? Xeyir. Ümumi sözlər, ümumi ritorika: «hər şey sülh yolu ilə həll edilsin». «Tos-tos» deməklə donuz darıdan çıxmır axı! Erməni nə Dağlıq Qarabağı, nə ondan kənarda olan işğal etdiyi torpaqları qaytarmaq istəmir. Heç kəs də ona «işğalçısan, işğal etdiyin torpaqları qaytar» demir. Amma kamufulyarlı bəyanatlarla sülh yaratmaq istəyirlər. Bu çox riyakar və gerçəkliyə tövhə verməyən bir siyasətdir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. İndiyə qədər baş verən proseslərə düzgün siyasi qiymət verib, onun nəticəsində də tərəflərin günahını müəyyənləşdirmək lazımdır. Bütün bunlar da sülhyaratma prosesnin əsasında dayanmalıdır.«Medvedyevin Bakı-İrəvan səfərindən sonra prezidentlərin üçtərəfli görüşü baş tuta bilər»- Danışıqların nəticəsizliyi Ermənistan-Azərbaycan prezidentlərinin nəzərdə tutulan sonrakı görüşünə təsirini göstərdi?- Görüş alındı, amma nəticəsi olmadı. Bu, o demək deyil ki, hər şeyi çevirib başqa formada başlamaq lazımdır. Danışıqlar prosesinin müxtəlif formatları var və onların ən yüksəyi prezidentlərin görüşüdür. Düzdür, bu görüşlərdə ciddi nəticə əldə olunmasa da, hər halda sonrakı görüşlərə daha böyük ümid bəsləyirlər. Ona görə də güman edirəm ki, Medvedyevin Bakı-İrəvan səfərindən sonra prezidentlərin üçtərəfli görüş ideyası meydana çıxa bilər.- Qabil müəllim, Rusiya hər vəchlə danışıqlar prosesinin daxilinə nüfuz edir. Bəs, Türkiyənin rolu nə yerdədir?- Rusiya prosesin içindədir, Türkiyəni isə prosesə yaxın buraxmırlar. Amma Türkiyə prosesə təsir götərməyə çalışır. Ən azı sərhədləri açmaması prosesə təsirin bir formasıdır. ATƏT-in xarici işlər nazirlərinin görüşündə isə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan xarici işlər naziri ilə görüşdü və güman edirəm ki, lazımi tövsiyələrdə bulundu. Amma bütövlükdə hər şey Rusiyanın əlindədir, ona görə də bu məsələdə Rusiya ilə Türkiyənin mövqeyini eyniləşdirmək olmaz. Türkiyə proseslərə son dövrlərdə daxil olub və hər dəfə də müqavimətə rast gəlib. - Deyəsən, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən aktivləşib.- Bu, ötəri bir məsələdir. Türkiyə heç zaman sərhədlərini Dağlıq Qarabağ problemi müəyyən bir mərhələyə gəlməyincə açmayacaq.- Dağlıq Qarabağ üçün əsas təhlükə hesab olunan sülhməramlıların bölgədə yerləşdirilməsi məsələsi ilə bağlı nə söyləyərdiniz?- Sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi məsələsi Azərbaycanın maraqlarına uyğun bir şey deyil. Bu, bölgədə yeni bir siyasi şərait yarada bilər. Amma başqa çıxış yolu yoxdur. Azərbaycan tərəfi sülhayrıcı qüvvələr kimi şərtləri formalaşdırdıqdan, böyük sülh sazişi bağlanıldıqdan sonra bölgəyə sülhməramlı qüvvələrin gətirilməsinə etiraz edə bilməz.Tahirə QafarlıMilli.Az
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran polisi iki bəlucu güllələdi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Təbrizdə girov götürmə hadisəsi baş verib
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda 15 məhbus edam edildi
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır
Xameneinin SEPAH-dakı nümayəndəsi: İsrailin məhv edilməsi hədəfindən vaz keçməyəcəyik
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam
İran həbsxanasında daha bir məhbus intihar etdi
Pezeşkian: Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib
Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat
Təbrizin Həsən Padşah meydanı hələ də xarabalıq vəziyyətində qalmaqdadır
Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi