ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-dən çox artıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
GünAzTv: Dünya təhlilçiləri İslam ölkəsinə beynəlxalq təzyiqlərin güclənməsindən qorxulu nəticələr çıxarır.
Son dövrlər İrana qarşı beynəlxalq ictmaiyyət tərəfindən artan təzyiq fonunda Dağlıq Qarabağ münaqişəsinin adı da buna paralel olaraq daha tez-tez hallanmağa başlayır. Məsələ ilə bağlı Türkiyənin TÜRKSAM mərkəzinin direktoru Sinan Oğan isə olduqda maraqlı bir açıqlma ilə çıxış edib. Onun sözlərindən belə aydın olur ki, İran öz üzərindən diqqəti yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandıra bilər: "İran regionda diqqəti yayındırmaq məsələsində böyük ustadır. Məsələn, dünyanın diqqəti İrana qarşı iqtisadi embarqolara yönəldiyi bir vaxtda gözlənilmədən İsrail hərbçiləri Qəzzaya humanitar yardım aparan Türkiyə gəmilərinə hücum etdi. Bəzi türk ekspertləri hesab edir ki, Qəzzaya humanitar yardım göndərilməsini təşkil edən şəxslərlə İran arasında sıx əlaqələr olub. Sabah da İran küncə sıxışdırılanda, diqqəti özündən yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandıra bilər. Bunun üçün İran Ermənistana vədlər verər ki, onun təxribatçı hərəkətlərini dəstəkləyəcək. Tehranın İrəvanla münasibətləri isə çox sıxdır". Xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyulun 17-18-də İranda səfərdə olub. Onu Tehrana İranın müdafiə naziri Əhməd Vahidi dəvət edib. Seyran Ohanyan səfər çərçivəsində iranlı həmkarı ilə danışıqlar aparıb. Onun İranın hərbi-siyasi rəhbərliyilə görüşləri də keçirilib. Tərəflər regional və beynəlxalq məsələləri, eləcə də ikitərəfli maraq doğuran mövzuları müzakirə edib. Məlumatlara görə, tərəflər arasında hərbi əlaqələrin gücləndirilməsi də müzakirə olunub. Bu yaxınlarda isə İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər edəcək. Bunu Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan bildirib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsilə bağlı tutduğu mövqeyə görə Tehrana minnətdar olduğunu deyən səfirin sözlərinə görə, Ermənistan rəhbərliyi Əhmədinejadı İrəvana səfərə dəvət edib. "Uyğun vaxtda səfər baş tutacaq" - deyə Arakelyan qeyd edib. Beləliklə, İran və Ermənistan arasında sıx münasibətlərin formalaşması aydın görünür və İran öz üzərindən təzyiqləri yayındırmaq üçün, həqiqətən də, İrəvana təsirlərindən istifadə edərək Qarabağ münaqişəsini alovlandıra bilər. İrana təzyiq isə getdikcə artır. Belə bir vaxtda isə İran parlamenti uranın 20 faizədək zənginləşdirilməsi barədə qanun layihəsi qəbul edib. İndi layihəni ölkənin ali qanunverici orqanı olan İnqilab Şurası təsdiqləməlidir. Sənəddə deyilir ki İran ona tətbiq edilmiş beynəlxalq sanksiyalara qarşı tədbirlər görməlidir. İran uran zənginləşdirilməsi üzərində işi dayandırmaqdan imtina etdiyinə görə BMT-nin Təhlükəsizlik Şurası iyunun 9-da ona qarşı yeni sanksiya tətbiq elədi ki, bu artıq sayca 4-cüdür. Beynəlxalq aləm ehtiyat edir ki İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər. Tehran ittihamı rədd edir və nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir. Kuba inqilabının lideri Fidel Kastro hesab edir ki, İrana hücum artıq həll olunmuş məsələdir.Kastro Tehranın 20 kiloqram uranı 20%-dək zənginləşdirdiyini xatırladıb və bunun nüvə obyektinin yaradılmasına kifayət etdiyini söyləyib: "Bu, İrana hücum etmək haqda artıq çoxdan qərar qəbul etmiş şəxsləri daha da əsəbiləşdirir". Bu arada isə Britaniyanın Bredford Universitetindən sülh araşdırmaları üzrə professor Pol Rocers bildirib ki, Amerikanın İrana qarşı hərbi əməliyyatlara başlamaq ehtimalı azdır, lakin İsrailin bu addımı atacağı risqi çoxalıb: "İsrail Birləşmiş Ştatlardan uzaq məsafələri qət edə bilən bombardmançı təyyarələr alıb. Uzaq məsafələrə uça bilən pilotsuz kəşfiyyat təyyarələrini təkmilləşdirib və belə ehtimal var ki, İraqın şimalında, habelə Azərbaycanda hərbi əməliyyatları dəstəkləmək üçün mərkəzlər yaradıb. Bütün bunlar İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq potensialını artırır". Bildirilir ki, İsrail liderləri İrana qarşı bütün variantların masa üzərində olduğunu bəyan edir. Əsas ofisi Londonda yerləşən "Oxford Research Group" mərkəzinin analitiklərinin qənaətinə görə, İsrailin əməliyyatları təkcə nüvə və raket potensialının sıradan çıxarılmasına yönəlməyəcək, eyni zamanda zavodları, elmi-tədqiqat mərkəzlərini və laboratoriyaları da hədəfə alacaq. Bu isə mülki əhali arasında böyük tələfata gətirib çıxaracaq. Həmçinin, bombardmanlar zamanı Tehrandakı hədəflər də vurulacaq, çox güman ki, İranın nüvə fəaliyyətini idarə edən texnokratları da aradan götürməyə cəhdlər olacaq. İranın daxili işlər naziri Məhəmməd Mustafa Nəccar isə bildirib ki, ölkəsi tezliklə sərhədlərinin mühafizəsini gücləndirəcək. O deyib ki, ABŞ-ın və İsrailin himayə etdiyi terrorçu qruplar vaxtaşırı İranda vəziyyəti qarışdırmaq üçün müəyyən təxribatlar və terror aktları törədir: "Biz bunu bilirik və bu cəhdlərin qarşısını alacağıq. Onlar qonşu ölkələrdə xüsusi təlim keçərək elə həmin ölkə vasitəsilə istər qanuni, istərsə də qanunsuz şəkildə İran sərhədlərini keçib öz çirkin niyyətlərini həyata keçirirlər". Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri 5 iyul axşamı Zahidan şəhər məscidində terror aktı törədənlərin izinə düşüb. Təhlükəsizlik qüvvələrilə terrorçular arasındakı toqquşmada 6 terrorçu öldürülüb. Baki-Xəbər
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN