SON XƏBƏRLƏR

Ukraynada Rusiyanın daha dörd qırıcısı vurulub

2022.03.14, 05:12
Ukraynada Rusiyanın daha dörd qırıcısı vurulub

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Martın 13-də gün ərzində dövlətin hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, Su-34 və Su-25 kimi qırıcılarından ibarət qrup ukraynalı hərbçilərin müdafiə istehkamlarına zərbələr endirməyə cəhd göstərib. 

Hava hücumundan müdafiə qüvvələri düşmənin hava hədəflərinə zenit raketləri endirib. İlkin olaraq düşmənin üç təyyarəsi vurulub”, - məlumatda deyilir.

Bundan əlavə, zenit raket bölmələri işğalçıların üç helikopterini və bir pilotsuz uçuş aparatını məhv edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar