SON XƏBƏRLƏR

Rəsmi Tehran sanksiyaların təsiri barədə etiraf etdi

2021.10.20, 07:36
Rəsmi Tehran sanksiyaların təsiri barədə etiraf etdi

Gunaz.tv

GünAzTv: İranın atom enerjisi agentlyi bildirir ki,ölkəyə qarşı beynəlxalq sanksiyalar nüvə proqramının inkişafını ləngidə bilər. Bu, ilk dəfədir ki, İranın yüksək səviyyəli rəsmisi belə bir etirafla çıxış edir.

 

İranın yarı-rəsmi İSNA xəbər agentliyi Əli Əkbər Salehiyə istinadən xəbər verir ki, İran sanksiyaların qeyri-effektiv olduğunu deyə bilməz. Bu, ilk dəfədir ki, İranın yüksək səviyyəli rəsmisi belə bir etirafla çıxış edir. Bununla belə, Salehi sanksiyaların İranın nüvə fəaliyyətlərinin qarşısını almayacağını deyib. BMT Təhlükəsizlik Şurası İranın uran zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyinə görə ölkəyə qarşı sanksiyaların dördüncü raundunu keçən ay tətbiq etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar