ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
GünAzTv mətbuat mərkəzi Politiloq Vəfa Quluzadənin Birləşmiş Ştatların Dövlət Katibi Hilları Klintonun Qafqaz ölkələrinə səfəri barədə Milli.Az xəbər portalına verdiyi müsahibəni olduğu kimi təqdim edir. - Amerikanın Dövlət Katibi Hillari Klintonun Cənibi Qafqaz ölkələrinə səfərini necə xarakterizə edərdiniz və səfərin nətricələri sizin proqnozlarınızı doğrultdumu? - Hillari Klintonun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Bunu Amerikanın bizim regiondakı fəallığını güclü şəkildə artırmağa hazırlıq kimi də qəbul etmək olar. ABŞ çoxdan bu addımı atmağa hazırlaşır, lakin onlar bu irəliləyişin, hücumun yaxşı hazırlanmasını təşkil etməli idi ki, bunu həyata keçirsin. Ona görə də Hillari Klinton çox məsələlərə toxunub və çox məsələlərdə də istədiyinə nail olub. Bizim üçün ən önəmli olanı isə Dağlıq Qarabağ probleminin həlli yollarıdır. Yəni, Amerika Cənubi Qafqazda sülhün bərqərar olmasını israrla gündəmə gətirir. Və artıq bu sahədə Rusiyaya da təsir edir. Məsələn, Rusiyanın Amerika və Fransa ilə birgə bəyanat imzalaması bundan xəbər verir. Düzdür biz bu bəyanatdan tam olaraq razı deyilik. Lakin burada bizim yeddi rayonun işğaldan azad olunmasından söhbət gedir, biz bununla razıyıq. Qarabağ məsələsinin həllini isə onlar bizim arzumuzun əksinə yox, gələcəkdə müəyyənləşdirilmək üçün müvəqqəti status verilməsini vəziyyətdən çıxış yolu hesab edirlər. Yəni bizim iradəmiz olmadan Dağlıq Qarabağ məsələsi həll etmək olmaz. Artıq Rusiya bu sənədə imza atıb, baxmayaraq ki, burada onlar tərəfindən oyun da var, gediş də var. Rusiya Ermənistanı məcbur edəcək ki, əvvəl bizdən Dağlıq Qarabağa müvəqqəti status tələb etsinlər və sonra Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etsinlər. Bu isə bizim üçün qeyri-məqbuldur, əgər Ermənistan bu məsələlərin həllində Rusiyanın təzyiqi altında hərəkət etsə onda bu problemlərin həlli çox uzun çəkəcək. Yox, əgər ermənilər özlərində güc və taqət tapıb heç olmasa 5-10% Rusiyadan asılı olmadan müstəqil hərəkət edə bilsə, onda proses indi də başlaya bilər. Odur ki, hazırda Dağlıq Qarabağ probleminin həlli yollarında gedən proseslər bizim optimist olmağımıza imkan verir. ABŞ-ın Azərbaycandakı maraqları milli təhlükəsizliyimizin təminatçısıdır?Eyni zamanda başqa məsələlər, Azərbaycanla Amerika strateji partnyordur. Dövlətimizin və ABŞ-ın milli maraqları üst-üstə düşür. Səbəb də ondadır ki, Amerikanın Azərbaycandakı maraqları Azərbaycanı Rusiyanın işğalından və hər cür təxribatdan qoruyur. Çünki gizlətmək olmayacaq ki, bunu ermənilər edib yaxud başqa bir ölkə. Əgər Rusiya erməniləri yeni müharibəyə sövq etsə, bu, hamıya məlum olacaq. Çünki Rusiya Ermənistanı təlimləndirir, silahlandırır və s. Buna görə də bizim milli təhlükəsizliyimizin faktorlarından biri ABŞ-ın Azərbaycandakı maraqlarıdır. Odur ki, biz Amerika ilə əməkdaşlıqda maraqlı olmalıyıq, eyni zamanda onlar da bizim respublikamıza maraqlıdır. Birincisi, Azərbaycanın olduqca əhəmiyyətli geostrateji məkanı. Amerikanın kommunikasiyaları Azərbaycandan keçir, misal üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, nəqliyyat dəhlizləri, Böyük İpək Yolu marşrutları. Bunlar hamısı ABŞ-ın ölkəmizdəki böyük strateji maraqlarıdır. Və Azərbaycan onlarla bu sahədə güclü əməkdaşlıq edir, odur ki, Amerika Azərbaycandan çox məmnundur. Respublikamız enerji ehtiyatlarına nəzarət edir, birincisi ölkəmizin güclü enerji ehtiyatları var, bundan başqa Mərkəzi Asiyadan gedən enerji ehtiyatları əgər Çinə və yaxud Rusiyaya getsə, bu, Amerikanın maraqlarına uqğun gəlmir. Amma Azərbaycan üzərindən Qərbə getsə, bu, onların maraqları çərçivəsindədir. Burada bizim də böyük maraqlarımız var. Amerika dünyanın yeganə fövqəl dövlətidir və Rusiyanın qarşısını ala biləcək gücə malikdir. Ona görə hərbi əməkdaşlığımız, Azərbaycanın Amerika ilə Əfqanıstan və İraqda keçirilən əməliyyatlardakı əməkdaşlığı və s. Bakı ilə Vaşinqtonu yaxınlaşdırır. O ki, qaldı ABŞ-ın demokratik tələblərinə, yəqin ki, Hillari Klintonun özü bura səfəri zamanı bütün nöqsanlarımızı bilərək, Azərbaycanın keçmiş Sovet ölkələri araqsında ən çox inkişaf etmiş Respublika olduğunun şahidi oldu. Sözsüz ki, Azərbaycan az bir müddət ərzində Avropa ölkəsinə çevrilə bilməz, lakin ölkəmız bu istiqamətdə irəliləyir və xeyli uğurlar qazanıb. Odur ki, Amerika Azərbaycanı dəstəkləməlidir və bunu edəcək də. Və mən hesab edirəm ki, Hillari Klintonun ölkəmizə səfərindən sonra Azərbaycan Amerika münasibətləri ən yüksək səviyyəyə çatacaq. - Klintonun səfərindən əvvəl ABŞ Konqresinin Dağlıq Qarabağa 10 milyon dollar birbaşa yardım ayrılmasından mətbuatda xəbər yayılmışdı. ABŞ-ın bu addımı iki dövlət arasında münasibətlərə kölgə sala bilərmi? - Əvvala qeyd edim ki, bu yardım birinci il deyil ki verilir. Hələ 2002 – 2003-cü illərdən Amerika Dağlıq Qarabağa $ 10 miılyon yardım göstərir. Amma bunun müqabilində orada heç bir inkişaf müşaidə olunmur. Çünki bu məbləğ erməni separatçılarına verilmir, bu, Amerikanın Dağlıq Qarabağdakı məqsədlərinin həyata keçirilməsinə xərclənir. Ermənistanda da ABŞ-ın ayırdığı milyonlar Amerikanın məqsədləri üçün sərf olunur. Orada demokratik institututların gücləndirilməsində, Amerikadan Ermənistana gedən məmurların xərclərini ödəmək məqsədilə və bundan başqa ABŞ-da olan fermerlərin satılmayan lüzumsuz malları olduqda amerikalılar həmin pullarla onları ermənilərə satacaq və s. O cümlədən bu Azərbaycana da aiddir. Azərbaycanla Amerikanın münasibətlərinə soyuqluq gətirmək məqsədilə bəzən bizə dost olmayan ölkələr bu yardımların verilməsini şişirdərək müxtəlif fikirlər yaratmağa çalışırlar. Əslində ABŞ zəmin yaradır ki, Ermənistanı Dağlıq Qarabağla bərabər Rusiyadan ayırıb region dövlətləri etsin. Ona görə də Amerika bu dövlətlərlə mülayim siyasət aparır, yardım siyasətini aparır və nəticəsi də olacaqdır. Ermənistan ABŞ-la özünü dost kimi görür. Rusiya isə buna qısqanclıqla yanaşır. Ancaq Rusiyanın bunun garşısını almaga gücü çatmır, buna görə mən hesab edirəm ki, ABŞ Ermənistana nə qədər yardım etsə də bundan qıcıqlanmaq lazım deyil. Qoy Amerika Ermənistanla Dağlıq Qarabağ separatçılarına o qədər yardım etsin ki, onlar axırda Azərbaycan vətəndaşlarına çevrilsinlər. Ermənistan da Azərbaycanın normal dost münasibətində olan qonşusuna çevirilsin. Mən Amerikanın bu regionda qlobal siyasətini belə görürəm. Amerika balaca bir dövlət deyil ki, bir cırtdana o biri cırtdanın əleyhinə qalxmağa kömək etsin. Bunun mənası da yoxdur. - Britaniyalı politoloq Tom de Val deyir ki, Klinton Yeravanda erməniləri Dağlıq Qarabağ ətrafında olan 5 rayonla bərabər Laçın və Kəlbəcərdən qoşunları çıxarmağa razı salacaq... - Mən bununla razıyam və yadımdadır ki, KiVest- də söhbət Kəlbəcərin, Laçının və hətta Şuşanın da tam işğaldan azad olunmasından gedirdi. Ona görə mən hesab edirəm ki, bəlkə də artıq vaxtı çatıb ki, bu məsələlərlə Hillari Klinton da məşğul olmağa başlayıb. Misal üçün 1999-cu ildə bunun vaxtı çatmamışdı, o vaxtı Rusiya güzəştlər üzərində qurulmuş sülh prosesini tamamilə darmadağın etdi. Erməni parlamentinin rəhbəri güllələndi və 1999-cu ildə ATƏT-in İstambul sammitinin gündəliyindən bu güllələnmədən sonra Dağlıq Qarabağ məsələsi kənara atıldı. Orada iki məsələ həll olunmalı idi - Gürcüstandan rus qoşunlarının bazalarının çıxarılması və bir də Dağlıq Qarabağ məsələsinin həlli. Birincisinə Rusiyanın gücü çatmadı, Yeltsini qol çəkməyə məcbur etdilər ki, bazaları oradan çıxaracaqdır və bunu etdilər də. Amma Dağlıq Qarabağ məsələsini tamamilə gündəlikdən çıxartdılar. Amma indi Amerika bütün keçmişdə olanları nəzərə alacaq. Rusiyanında hansı addım atacaqları artıq məlumdur. Onun da preventiv surətdə qarşısını almaq olar. Üstəlik artıq Rusiya Amerika ilə yaxın əməkdaş olmağa hazırlaşır. Çünki başqa çıxış yolu yoxdur. Amerika qlobal dövlət olduğu halda, nüvə dövləti olmağına baxmayaraq Rusiya regional dövlətdir. Və Rusiyanın Amerikadan, Avropadan və NATO-dan da asılılığı günü-gündən artır. Ona görə də bunların hamısı Qarabağ məsələsini yəni bizim problemimizin həllini daha da yaxınlaşdırır. ABŞ İranla bağlı Azərbaycandan heç nə tələb etmir- Son zamanlar Azərbaycana ABŞ-dan yüksək səviyyəli dövlət nümayəndələrinin səfərləri müşahidə olunur. Belə bir fikir var ki, Amerikanın əsas məqsədlərindən biri Azərbaycanı gələcəkədə İrana qarşı keçiriləcək əməliyyata cəlb etməkdir... - Mən hesab edirəm ki, bu İran məsələsini ortaya qoymaq təxribata uğramaq deməkdir. Amerika heç vaxt Azərbaycandan İranı vurmaq üçün öz ərazisindən verməyi tələb etməz. Bunu tamamilə siyasətdən uzaq, coğrafi bilikdən uzaq olanlar deyə bilər. Amerikanın Azərbaycan ərazisindən İranı vurmağa ehtiyacı yoxdur. Amerika əsgərlərinin bazaları İraqda, Qatarda, Türkiyədə dayanıbdır. Deyək ki. Türkiyə buna imkan vermədi, Amerikanın təyyarə, raket daşıyan gəmiləri Fars körfəzinə vaxtilə necə olub, yenə də girəcəklər. Əfqanistan da Amerika goşunları var, yəni ABŞ-ın imkanları genişdir. Demək olar ki, bütün İran Amerika bazaları tərəfindən mühasirədədir. Azərbaycan heç vaxt İrana qarşı bu cür addım atmaz, bunu Vaşinqton yaxşı başa düşür. İran bizi qonşu olan və bizə kömək edən dövlətdir. Bizim 700 min vətəndaşımız yurdlarından didərgin düşəndə bizə ilk humanitar yardımın edən İran olub. Blokadada olan Naxçıvana biz İranın ərazisi vasitəsilə gedirik, İran vaxtilə Naxçıvana qaz, elektrik enerjisi, yanacaq verib. Bunları inkar etmək mümkün deyil və bizim heç bir haqqımız yoxdur ki, İranın əleyhinə hər-hansı bir düşmən aktına imkan verək və biz bunu etməyəcəyik. Və ABŞ da bunu bilir və əminəm ki bizdən heç nə tələb etmir. - Bu gedişlə Qarabağ probleminin ədalətli həlli nə vaxt baş tuta bilər? - Bunun hamısı Kremlin imperiya siyasətinin dəyişməsindən aslıdır. Bu, bir gün baş verəcək ola bilsin ki, 6 aydan sonra. Ola bilsin bir ildən sonra baş versin, dəqiq tarix demək çətindir. - Sizin fikirinizcə, Moskva göz görə-görə imkan verəcək ki, Dağlıq Qarabağ kimi siyasi kartı əldən çıxsın? Axı bu günə kimi bu münaqişə Azərbaycana və Ermənistana Kremlin ən güclü təsir vasitəsi olub. - Kreml artıq başa düşüb ki, o, yenidən güclənib Sovet imperiyası ola bilməyəcək ki, itirilmiş koloniyaları geri qaytarsın. Əksinə, Rusiyanın öz daxilində parçalanma gedir. Şimali Qafqaz Rusiyanın tərkibindən çıxmağa doğru gedir, Rusiyanın başqa vilayətlərində tamamilə seperatçı əhval-ruhiyyə var. Dağıstanda, Tatarıstanda, Kalmıkiyada separatçılar var. Moskva bunları necə ələ almağın mümkünlüyünü axtarır, bir sözlə, onlar başlarını itiriblər. Hərbi güclə mümkün deyil, çünki bu güc Rusiyada günü-gündən əriyib yox olur. İqtisadi güc də yoxa bərabərdir. - Amma Ermənistan ərazisində Rusiyanın iki hərbi bazası var. Bu faktor hadisələrə hansı təsiri göstərə bilər? - Hərbi baza heç nəyi həll etmir. Rusiya Qırğızıstana əsgər göndərə bilmədi. Niyə? Başa düşdü ki, Qırğızıstanı alandan sonra Rusiya Qırğızıstan iqtisadiyyatını öz çiyninə götürməlidir. Bunu edə bilməyəcək və təbii ki, rus əsgəri ora getsə Rusiya əleyhinə cihad başlayacaq. Əfqanıstanda olan bütün özbəklər ora gələcək, Özbəkistandan da ora gələnlər olacaq, orada Cihadu İslami təşkilatı aktivləşəcək. Baxmayaraq ki, Qırğızıstanın prezidenti Roza Otumbayeva Rusiyaya yalvararaq qoşun göndərməyi xahiş etdi, amma Moskva bu addımı ata bilmədi. İndi Otumbayeva BMT-yə və başqa beynəlxalq təşkilatlara müraciət edir. Artıq Rusiya nə SSRİ, nə də çar Rusiyası qüdrətində olan dövlət deyil. - Son vaxtlar belə söhbət gəzir ki, ABŞ Cənubi Qafqazda özünün əsas müttəfiqi kimi Gürcüstanı deyil, Azərbaycanı görmək istəyir. Ola bilərmi ki, Azərbaycan Amerika münasibətləri strateji baxımdan ABŞ - İsrail və ya ABŞ – Səudiyyə Ərəbistanı səviyyəsinə çatsın? - Heç vaxt. Amerika qlobal dövlətdir. Azərbaycana önəm verəndə Gürcüstandan əl çəkməyəcək. Azərbaycanı, Ermənistanı, Gürcüstanı, bir sözlə, bütün Cənubi Qafqazı əməkdaşlıq edən Avropa İttifaqı dövlətləri sayağı bir məkan etmək istəyir. Ceyhun Nəcəfov Milli.Az
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN