Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
GünAzTv: Gənclər Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüylə əlaqədar toplantı keçirdi.Bütöv Azərbaycan Birliyinin (BAB) qərargahında Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum günüylə əlaqədar "Elçibəy gəncliyin gözü ilə" adlı toplantı keçirildi. Tədbir Əbülfəz Elçibəyin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə öz işinə başladı. Daha sonra BAB sədri Aqil Səmədbəyli toplantını açaraq bildirdi ki, 24 iyun Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür: "Tədbirin məqsədi də mərhumu bir daha xatırlamaq, onun ideyalarına nəzər salmaq, onun gələcəklə bağlı fikirlərinə nəzər yetirmək, bir sözlə yaddaşlarımızı təzələməkdir". Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, "İşıq" İctimai Birliyinin nümayəndəsi Əşrəf Əmirli dedi ki, Əbülfəz Elçibəyin xalq üçün gördüyü ən böyük işlərdən biri millətin ruhunun özünə qaytarılması yolunda apardığı mübarizə idi: "XX əsrin əvvələrində ölkəmizdə milli ziyalılar yetişdi, millət üçün xeyirli işlər görüldü, amma sovet repressiya maşını onlara imkan vermədi, onları məhv etdi. Ancaq millətin ruhunu tam məhv edə bilmədi. Elçibəyin fonunda millətin ruhu özünə gəlməyə başladı. Həmin dövrdə Əbülfəz Elçibəy olmasaydı, bəlkə də müstəqillik qazanardıq, amma Milli Azadlıq Hərəkatımız həminki səviyyədə olmayacaqdı. Buna görə də mən Elçibəyi milli ideoloqumuz kimi qəbul edirəm və ona böyük sayğı göstərirəm".BDU-nun digər tələbəsi, "Turan" Gənclər Təşkilatının təmsilçisi Turan Həsənli Əbülfəz Elçibəylə bir dövrdə yaşadığı üçün fəxr etdiyini söylədi: "İlk dəfə onun şəklini evimizdə görmüşəm. Atam mənə bu böyük şəxsiyyət haqqında çox danışdı. Elçibəy Naxçıvandan Bakıya qayıdandan sonra onunla görüşmək mənə nəsib oldu. Buna görə də özümü xoşbəxt sayıram. Bu şəxsiyyəti daha dərindən dərk etməyə başladım. Onun o dövrdə Azərbaycana necə bir ideologiya bəxş etdiyini gördüm. Elçibəy yalnız Azərbaycanın deyil, eyni zamanda Türk Dünyasının ən görkəmli şəxsiyyətidir. O, türk milli kimliyi, düşüncəsi yolunda mübarizə aparmış və bu yolda şəhid olmuş ən böyük şəxsiyyətdir. Bu gün Elçibəyin yeri görünür. Bu gün ona layiq olduğu qiymət verilmir, amma gələcək nəsilin Elçibəyi daim yüksək tutacağına əminəm. Onun xatirəsi həmişə yaddaşlarda yaşayacaq".Qərb Universitetinin tələbəsi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının üzvü Ceyhun Nəbiyev Əbülfəz Elçibəyi özünün ən böyük kumiri saydığını vurğuladı: "1976-cı ildə o, dissidentlik fəaliyyətilə həbs edilib, o, sovet ərazisində yaşayan türk xalqlarının ən böyük dissidenti sayılırdı. O öz fikirlərilə sovet hakimiyyətinin insanlara qarşı etdiyi zülmü hayqırırdı. 1992-ci il 7 iyun seçkilərində Elçibəy Azərbaycanın xalqın seçdiyi ilk prezidenti oldu. Qısa müddət bu vəzifə də olmasına baxmayaraq, çox böyük işlər gördü. Demokratiyanı ilk dəfə Azərbaycana gətirdi. Məhz buna görə İngiltərənin baş naziri Marqaret Tetçer Elçibəyi dünyanın ən böyük demokratı elan edib. Daha sonra o, rus ordusunu Azərbaycandan çıxarılmasına nail oldu. Xarici siyasətdə Elçibəyin ən böyük uğurlarından biri ilk olaraq MDB-də məkanında məhz Rusiya ilə diplomatik əlaqələr qurmasıdır". BDU-nun tələbəsi Qədir Aslanov bildirdi ki, Əbülfəz Elçibəy xalqının böyük oğludur: "Elçini tanrı göndərir, bu elçini isə xalq özü seçmişdi. Elçibəy bir müddət Misirdə tərcüməçi işləmişdi. 1969-cu ildə Nikita Xruşşov Misirə səfər edərkən Elçibəy onunla əllə görüşməkdən imtina etmişdi. Çünki Kıbrıs məsələsində Xruşşov Yunanıstanın dəstəkləyirdi. Bu o dövr üçün çox böyük bir şey idi. Bu tarixi bir addım idi. Onun haqqında fikri konkretləşdirmək olmur. Elçibəy elə bir demokratik mühit yaratmışdı ki, millət onu tam dərk edə bilmədi. O deyirdi ki, bizim problemimiz Qarabağ deyil, Güney Azərbaycandır. O zaman çoxları onu başa düşmürdülər. Bu fikir o insanın nə qədər böyük biri olmasından xəbər verir. Mən o insanı görməsəm də, ancaq qəlbimdə ona çox böyük bir sevgi daşıyıram".DAK Gənclər Təşkilatının sədri Samir Turan dedi ki, o, Elçibəy haqqındakı düşüncələrinin bir faizini belə sözlə ifadə edə bilmir: "Düşünürəm ki, söz deməkdən çox biz gənclər onun qoyduğu yolu getməliyik. Bu gün Qırğızıstandakı hadisələrə, Güneydəki olaylara baxanda insanın ürəyi ağrıyır. Biz taktikasızlıq, ideologiyasızlıq içərisində əriyib gedirik. Ancaq 20 il bundan öncəki gəncliyə baxanda çox şükür ki, bizim beyinlərimiz kommunist düşüncəsilə doldurulmayıb, kənar təsirlərə məruz qalmamışıq, hələlik dini ekstremizmə az qoşulmuşuq. Amma bugünkü gənclik bir az yuxuya dalıb. Elçibəyin düşüncələrinə baxanda görürük ki, əsas yeri birləşmək düşüncəsi tutur. O deyirdi ki, biz hər bir işi yalnız birləşdikdən sonra daha mükəmməl görə bilərik. Elçibəy bunları biz gənclər üçün deyirdi. Həqiqətən də biz gənclər nə qədər bu işi görməsək, daha çox şey itirəcəyik. Daha çox işləmək lazımdır. Bizim potensialımız var. Hər bir gənc internetdə oturaraq millət, vətən üçün çox xeyirli işlər görə bilər"."Dalğa" Gənclər Təşkilatının təmsilçisi Orxan Nəbiyev Əbülfəz Elçibəyi bir insan kimi çox sevdiyini söylədi: "O çox humanist bir şəxs idi. Elçibəy bir millətçi olsa da, onun 1993-cü ildə ölkəmizdə yaşayan milli azlıqların kütləvi informasiya vasitələrində öz dillərində dövlət hesabına qəzet çıxarmaq haqqında fərman verməsi məni çox təsirləndirir. Bir çoxları Elçibəyin lider olmadığını deyirlər. Bu gün özünü lider sayan hansı bir şəxs Nyu-Yorkda 4 min nəfəri Bütöv Azərbaycanla bağlı bir tədbirə toplaya bilər? Elçibəy Avropanı dəyərlər toplusu kimi qəbul edirdi. O, səmimi bir insan idi, ona görə də xalq onu sevir. Bu gün hansı bir şəxsdən Elçibəy haqqında soruşsaq, həmin insanın gözləri dolacaq".BDU-nun tələbəsi, "Bütöv Azərbaycan" Gənclər Təşkilatının təmsilçisi Tural İsmayılov vurğuladı ki, Elçibəy türkçülük və demokratiyanı vəhdət şəkildə inkişaf etdirdi: "O deyirdi ki, türk tarixini qorumaqla bərabər, gələcəyini də unutmamalıdır. Elçibəy humanist bir insan idi. Onun prezidentliyi dövründə bir jurnalist onu tənqid etmişdi və o, həmin jurnalisti yanına çağıraraq yaxşı etdiyini söyləmişdi. Çünki Elçibəy öz millətini belə cəsarətli olduğunu görəndə çox sevinirdi. O, yeganə insan idi ki, millətçiliklə irqçiliyi bir-birindən fərqləndirirdi".
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN