SEPAH-a bağlı media: İranın nüvə bombası əldə etməkdən başqa çıxış yolu yoxdur
İran hücumuna görə Bəhreyn BMT-nin təcili iclasını çağırdı
İran mundialla vidalaşdı
Əli Babayi 10 gündür telefon danışığı və görüş hüququndan məhrum edilib.
İran və ABŞ sülh razılaşmasına baxmayaraq qarşılıqlı hücumları və ittihamları davam etdirir
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü
Tramp: İran artıq mövcud olmaya bilər
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı
ABŞ İranın Hörmüz boğazındakı hərbi hədəflərini vurdu
İranda dollar yenidən bahalaşmağa başladı
Netanyahu: İranın Livan razılaşmasında heç bir rolu yoxdur
İranda illik inflyasiya 88,6 faizə çatdı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
İranda qadınların motosiklet sürməsi hələ də vəddə qaldı
İranın PUA hücumu; ərəb ölkələri təcili toplandı
İran universitetlərində sosial xidmətlər ləğv edilir
Hizbullahın silahsızlanmaya etirazı; İranın izi görünür
Əhərdə milli fəal həbs edilib
BƏƏ İranın Bəhreynə PUA hücumunu pisləyib
Tehrana partlayış olub
Pezeşkian Urmiya gölünə görə rəsmiləri qınadı
Xameneinin müşaviri: Anlaşma Memorandumunun pozulmasına cavab "sürətli və sarsıdıcı" olacaq
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
Qəzənfəri yenə Azərbaycan və Pezeşkianı ittiham etdi
İran məhkəməsi 5 ərəb müəllimə həbs czası verdi
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
DÇ-2026: Misir İranla bərabərə qalaraq pley-offa vəsiqə qazandı
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Xameneinin keçmiş müşaviri: ABŞ İrana hücum etsə, Tehran bölgə ölkələrini hədəf alacaq
Səudiyyə Ərəbistanı Ərəb körfəzində neft yükləməsini bərpa edib
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
İranda polis postuna hücum olub - Ölənlər var
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Ərəb körfəzində patrul xidməti həyata keçirir
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Savədəkı Yanvar etirazlarının 30 məhbusu aclıq aksiyasına başlayıb
NYT: Omanın Hörmüz boğazı üçün alternativ marşrutu İranı qəzəbləndirib və hərəkətə keçməsinə səbəb olub
Əbu-Dabi gəmiçiliyin azadlığına zəmanət tələb etdi
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Vaşinqton Beyrut və Təl-Əviv arasında sülhə vasitəçi oldu
GünAzTv: Hələ 1920-ci ildə Məhəmməd Xiyabani Təbrizdə çıxan "Təcəddüd" qəzetinin 24-cü sayında "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq, oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi: "Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!.. Zülm, işgəncə, əzab, müsibət, dar ağacları, zəncir və zindanlar möhkəm olsalar da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu......Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu Vətən dünya işığını səninlə hiss edir...".Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Məhəmməd Xiyabani hərəkatının 90 illiyinə həsr olunmuş elmi-nəzəri konfransda onun bu sözləri də xatırlandı. İnstitutun direktoru Gövhər Baxşəliyeva giriş sözündə Məhəmməd Xiyabaninin mübarizəsindən, həyatından, arzu və amallarından danışdı.İnstitutun Güney Azərbaycan şöbəsinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli (Bije) "Məhəmməd Xiyabani və onun Güney Azərbaycanın azadlıq hərəkatında yeri" mövzusundakı məruzəsində xatırlatdı ki, 1905-1911-ci illər məşrutə hərəkatının məğlubiyyətindən sonra İranda, o cümlədən Güney Azərbaycanda irticanın şiddətlənməsi, ölüm, həbs və sürgünlərin həddən artıq çoxalması milli-demokratik qüvvələrin gizli fəaliyyətə keçməsinə və ya mühacirət etməsinə səbəb oldu.Məhəmməd Xiyabani Qafqaza mühacirət edərək, burada irticadan həm qorunub, həm də gələcək mübarizəsi üçün yeni güc toplayıb, elmini və təcrübəsini artırıb. Əkrəm Rəhimli deyirdi:"1920-ci ilin aprelində Xiyabaninin başçılıq etdiyi hərəkatın rejim əleyhinə ilk izdihamlı mitinqi olub və özü çıxış edib. Mayda onun çağırışı ilə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Təbrizdə əhalinin böyük bir mitinqi keçirilib... Onlar şahın baş naziri Vüsuqüddövlənin ingilislərlə imzaladığı gizli müqaviləyə etiraz və onun ləğvini tələb edirlər... Azərbaycanın bütün bölgələrində dövlət idarələri, poçt, polis, hərbi hissələr üsyançıların əlinə keçmişdi".Bu hərəkat o vaxt məğlub oldu. Məhəmməd Xiyabani həlak oldu. Lakin onun ideallarını öldürmək mümkün olmadı. Azərbaycan Milli Hökuməti 1945-ci ildə Məhəmməd Xiyabaninin ideya və prinsiplərini əsas götürmüş, zamana görə ona əlavələr etmişdi.Filologiya elmləri doktoru Vüqar Əhməd "Məhəmməd Xiyabaninin dini-fəlsəfi görüşləri", tarix elmləri doktoru Solmaz Rüstəmova "Məhəmməd Xiyabani və Komintern", filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli "Məhəmməd Xiyabani hərəkatı və Güney Azərbaycandakı ədəbi mühit", elmi işçi Cəmalə Mirzəyeva "Təcəddüd" qəzeti Məhəmməd Xiyabani hərəkatının ideoloji silahı kimi", elmi işçi Sübhan Talıblı "Məhəmməd Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığında" mövzularında çıxış edərək azərbaycanlıların bu hərəkatına ən fərqli rakurslardan işıq saldılar.Əfsuslar olsun ki, bu hərəkat 1920-ci il sentyabrın 12-də boğuldu. Məhəmməd Xiyabaninin nəşi nərdivana bağlanılmış vəziyyətdə bütün Təbrizdə dolandırıldı. Şah hakimiyyəti bununla Azərbaycan türklərinin gözünü qorxutmaq niyyətində idi. Amma bu hərəkatdan sonra dünyaya gələn gənclər 1945-ci ildə Azərbaycan Milli Hökumətini qurub pəhləvilərə bir daha meydan oxudular. Arxalı köpəklər onu da qan içində boğdular. Onun liderlərinin çoxu da əhalinin gözü qarşısında dar ağaclarından asıldılar. Amma ideal ölmədi. Güney Azərbaycan türkü öz milli haqları uğrunda mücadiləsini başqa şərtlər altında davam etdirdi. 1979-cu ilin fevral inqilabı Təbrizdən alovlandı. Ölkənin mövcud Ana Yasasına dil, milli bərabərlik və s. bu sayaq müddəaların daxil edilməsi bunun məntiqi nəticəsi idi. Amma fars şovinizmi öz mahiyyətini bu dəfə teokratiya cildində aşkara çıxardı.Savaş davam edir. Güneylilər bu gün öz istəklərini daha sərtləşdirib. 2006-cı ilin may olayları zamanı (həmin hadisələr zamanı Güney Azərbaycan türkləri milli heysiyyət və kimliklərini rəsmi "İran" qəzetinin təhqiqinə etiraz edirdi) teokratik hakimiyyətin cəbr aparatı 20 nəfərdən çox dinc etiraz aksiyası iştirakçısını qətlə yetirsə də, Güney Azərbaycan milli hərəkatı hədəflərinə doğru addımlamaqdadır. S.Soltan
Bəhreyn və Küveytdə təhlükə siqnalları işə düşdü
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı
Əli Xamneyinin müşavirinin ölümü ilə bağlı yeni iddia
Bəhreyn İranın atəşkəsi pozduğunu bildirərək PUA hücumunu pisləyib
İran ilk zərbəni özü vursa da ABŞ-ni memorandumu pozmaqda ittiham edib
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək
Şərqi Azərbaycan məhkəməsi daha bir fəalı cəzalandırdı
Hizbullah mənbələri: "Çərçivə sazişinin bizə aidiyyəti yoxdur"
İran ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran polisi iki bəlucu güllələdi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Təbrizdə girov götürmə hadisəsi baş verib
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
İranda 15 məhbus edam edildi
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır
Xameneinin SEPAH-dakı nümayəndəsi: İsrailin məhv edilməsi hədəfindən vaz keçməyəcəyik
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam
İran həbsxanasında daha bir məhbus intihar etdi
Pezeşkian: Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib
Təbrizin Həsən Padşah meydanı hələ də xarabalıq vəziyyətində qalmaqdadır
Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat
Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi