İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
GünAzTv: Hələ ötən ilin yayında İran rəhbərliyi Təbrizdə fars dili və ədəbiyyatının inkişafı məqsədilə 4-cü konfransı keçirməklə Azərbaycan türklərini saymazlığını ortaya qoymuş, bununla dünya türklüyünə belə bir mesaj vermək istəmişdi ki, İranın yiyəsi farslardır və harada istəsə, orada bu dil və etnik qrupla bağlı tədbirlər keçirə bilər.Həmin ötənilki konfransın qayəsi bu idi ki, fars dili iranlıların milli kimliklərinin əsasını təşkil edir, bu dil İranın milli birlik və bütövlüyünün əsas amilidir. Toplantı iştirakçıları İran hakimiyyətindən tələb etmişdi ki, fars dilinin qonşu dövlətlərdə yayılması və tədrisi üçün pul xərcləsin, eləcə də başqa ölkələrə fars dilini bilənlər və onu öyrənmək istəyənlərdən ötrü əlavə imkanlar yaranması üçün fars dili müəllimləri göndərilsin.İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adil içindəki rahatsızlığı ifadə edərək deyirdi ki, əgər fars dilinə maraq göstərilməzsə, bu dil solar və aradan gedər". Parlamentin keçmiş sədri bu gün fars dili və ədəbiyyatı mərkəzinin rəhbəridir. Bundan başqa o, fars mərkəzli düşüncə sistemi, fars şovinizmi, panfarsizm və panirançılığın əsas ideoloqlarından sayılır. Tehrandakı rəhbərlər dəfələrlə dilə gətiriblər ki, əsas dil farscadır, "başqa dillərə isə evlərdən və küçə-bazarlardan başqa yer yoxdur". Məsələn, o vaxtkı prezident M.Xatəmi isə buna qarşı çıxaraq, ölkənin milli birliyinin əsas amili kimi "fars dili, ədəbiyyat, tarixi və mədəniyyəti " olduğunu söyləmişdi.Bir sözlə, bugünkü İranda farslar ölkə əhalisinin yarıdan xeyli azını təşkil etsələr də, bu ölkədə 30 milyona yaxın türksoylu insan yaşasa da, İranı dünyaya "fars ölkəsi" kimi təqdim etməyə çalışırlar və qonşu ölkələrdə (Pakistan, Əfqanıstan, Tacikistan) farscaya yaxın dil və şivələrdə danışanları öz qanadları altına almağa can atırlar. Fəqət bu nə dərəcədə mümkündür?Düşənbə - Tehran işbirliyiİran rəhbərliyi bu gün Tacikistana - Mərkəzi Asiyanın ən zəif və maddi imkansız ölkələrindən birinə özəl maraq sərgiləyir. Bu ölkəni də "farsdilli" bildiyinə görə, bir sıra hallarda bu ölkəyə əvəzsiz yardımlar edir. Halbuki Tacikistan əhalisinin az qala yarısı etnik özbəklərdir. Əfqanıstan da onun kimi - bu ölkə əhalisinin böyük bir kütləsini etnik özbəklər və türkmənlər təşkil edir. Puştunlar isə öz başlarının hayındadır. Pakistanın da öz problemləri özünə bəsdir.Xatırladaq ki, ötən ay İran tərəfi Tacikistanla vizasız rejim barəsində danışıqlar apardı. Müzakirələrin nəticəsində rəsmi Düşənbə vizasız rejimi ləğv etməyə hazır olmadığını bildirdi. Bundan sonra Tacikistan vətəndaşları Tehranın hava limanında İslam Respublikasının vizasını ala bilər. İran iqtisadiyyatına 500 min dollar sərmayə qoymuş tacik iş adamları və tələbələr illik viza ilə təmin olunacaq.
Bu da çox şey anlamına gəlmir.Yeri gəlmişkən, ölkəmiz uyğun qurumları İslam Respublikası ilə viza rejimini ləğv etmək istəmədiyini bəyan edəndə Tehran hakimiyyəti və onun həm bu tayda, həm də o taydakı dəstəkçiləri bundan rəsmi Bakıya qarşı təbliğatda istifadə etməyə çalışdılar. "Farsdilli" taciklər də Tehranın bu siyasi niyyətinə qarşı ehtiyat sərgiləyir. Görünür, bundan yaxşı heç nə gözləmirlər.Tehranın Düşənbədəki səfiri Əliəsgər Şeirdust İran, Tacikistan və Əfqanıstan arasında birliyin yaranması istiqamətində yüksək səviyyədə danışıqlar aparıldığını deyir. Hansı iqtisadi potensialla? - sualı isə açıq qalır.Mədəniyyət və tarix sahəsində dövlətlər arasında əlaqələrin genişləndirilməsindən ötrü təcrübə mübadiləsinin aparıldığını deyən Ə.Şeirdust üç dövlət arasında dil baryerinin olmadığını söyləyib : "Bu məsələdə yeganə fərq dilin adlandırılmasıdır - Əfqanıstanda "dari", Tacikistanda "tocik", İranda isə "fars" deyilir. Amma bu dillərin üçü də eyni kökdəndir. Bizim yalnız dilimiz və mədəniyyətimiz eyni deyil, problemlərimiz də oxşardır. Buna görə də onları həll etmək üçün bizə birləşmək lazımdır". Fəqət öz başının hayında olan Əfqanıstan, yoxsul bir ölkə durumuna düşən Tacikistan bu gün dünyanın gözündən düşmüş İranın yanında yer almaq cəsarətinə baş vurarmı?Yeni hərbi-siyasi məkanBöhran şəraiti üzrə rusiyalı mütəxəssis Lev Korolkovun fikrincə, Tehran bölgədə özü üçün hərbi-siyasi məkan yaradıb. O deyir: "Orta Asiyada yeni geopolitik düzənin qurulmasına hazırlıq gedir. İranın Tacikistanla yaxınlığı Əfqanıstanda və onların nəzarəti altındakı taciklər yaşayan rayonlarda beynəlxalq qüvvələrin fəaliyyətini əngəlləməyə xidmət edə bilər". Mütəxəssis bildirib ki, son zamanlar İslam Respublikası Əfqanıstana yarım milyard dollardan artıq yardım edib. Tacikistanla İranın əməkdaşlığı daha sıxdır. L.Korolkovun dediyinə görə, Rusiyanın "əli çatmadığından" Tehran Düşənbəyə irihəcmli maliyyə dəstəyi verməkdədir.Tehran dünya çapında yalqız qaldığının fərqindədir. Lakin bərk ayaqda onlar Tehranın yedəyində gedəcəklərmi? İraq və Əfqanıstandakı mövcud hakimiyyətə qarşı qüvvələrin Tehran tərəfindən dəstəkləndiyi barədə ABŞ rəsmiləri çıxışlar edir. Ötən həftə Əfqanıstandakı amerikan hərbi kontingentinin generalı Mak Kristall bildirib ki, onların əlində İranın talibanı silah-sursatla təmin etməsinə və onları təlimatlandırmasına dair danılmaz faktlar var."Butovazerbaycanbirliyi"nə istinadən məlumatına əsasən, general jurnalistlərə açıqlamasında deyib ki, İran hakimiyyəti Əfqanıstanda qarşıdurmanın davam etməsində maraqlıdır.Biz İran-Tacikistan münasibətlərinin inkişafına qısqanclıq etmirik. Taciklərlə İranda yaşayan farsların eyni kökdən olduğu hər kəsə bəllidir. Bu baxımdan farslarla taciklərin əlaqəsi təbii sayıla bilər. Amma məsələ burasındadır ki, İrandakı hakim dairələr taciklərlə farsları eyni etnik qrupdan saydıqları halda, nədən Azərbaycan türklərinin türk dünyası ilə qardaşlıq bağlarının genişləndirilməsinə hər vəchlə mane olmağa çalışırlar? Nədən Güneydə Azərbaycan türklərinin milli haqlarını tələb edənlərə "pantürkçü", "panturançı" damğası vurur, onları təqib edir, təzyiqlərə məruz qoyurlar? Bu azmış kimi, bu 30 milyonluq türkü "azəri" adlandıraraq, Azərbaycan türkünün milli varlığını danır, onu assimilyasiya etmək niyyətlərindən əl çəkmək istəmirlər?Heydər Əliyev nəyə etiraz etmişdi?Güney Azərbaycan türkünün pulları hesabına Tacikistana fars dilində ədəbiyyat göndərib, onunla mədəni sahədə əməkdaşlığı genişləndirən Tehran güneyli-quzeyli Azərbaycan türklərinin bir-birinə yaxınlaşmasına düşmən gözü ilə baxır. Yaddan çıxarılmasın ki, İran büdcəsinin yarı payı İran türklərinin hesabına formalaşır. Fəqət onların mədəni işlərinə bir qran belə xərclənmir.Bakıda Dünya Azərbaycanlılarının toplantısında dövlət başçımız İlham Əliyev dünyada 50 milyon azərbaycanlının olduğunu söyləyəndə İran çevrələri, o cümlədən Tehranın ölkəmizdəki səfiri hay-küy saldı. Amma Tehranda bu cür düşünənlər də yaxşı bilir ki, Güney və Quzey Azərbaycan türkləri bir-birinə daha yaxındır, nəinki taciklərlə farslar. Taciklərlə farsları ayıran məqamlar olduğu halda, güneyli-quzeyli türklərin ayrıcı nöqtələri belə yoxdur. Bu birliyi parçalayıb, bir millətin milli varlığını inkar edən bir hakimiyyətin yürütdüyü siyasətin alt qatında perspektivsiz, su üzərində yazı mahiyyətli panfarsçılıqdan başqa nə dura bilər?Azərbaycan Respublikasının İranla viza rejimini ləğv etməməsindən ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə edən Tehran Tacikistanın bənzər addımının üstündən sükutla keçdi.Yeri gəlmişkən, İranın Tacikistandakı səfiri Əliəsgər Şeirdust haqda. İranda milli azlıq durumunda qalmış fars etnik qrupunun təəssübünü çəkən səfir bir Azərbaycan türküdür. Bu təbrizli cənab 1990-cı illərdə dəfələrlə Bakıda olub.Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı tədbirdə iştirak edib. Azərbaycanın bu böyük şəxsiyyətinin Tehranda fars və ərəb dilində çap olunmuş əsərlərini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmişdi. Əliəsgər Şeirdust prezidentdən: "Füzulinin ana dilində də əsərləri var. Niyə siz onun ancaq fars və ərəb dilində olan əsərlərini çap etmisiniz?" - etirazını eşitmişdi...
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN