İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
GünAzTv: Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Turan Yazqanın “Ekspress” qəzetinə verdiyi müsahibəsini olduğu kimi təqdim edirik:Səhhətindəki ciddi problemlərə baxmayaraq, Türk Dünyası Araşdırmaları Vəqfi başqanı, doktor Turan Yazqan 3 ildən sonra Azərbaycana səfərə gəlib. Qeyd edək ki, T.Yazqan paytaxtımızda 1992-ci ildən fəaliyyət göstərən Türk Dünyası Bakı Atatürk Liseyinin və Azərbaycan İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Bakı İşlətmə fakültəsinin yaradılmasının təşəbbüskarı və təşkilatçısıdır. Bizimlə söhbətində Vəqf başqanı bildirdi ki, səfərinin məqsədi bu təhsil müəssisələrində vəziyyətlə yerində tanış olmaq olub.
- Səhhətimdəki problemlər ucbatından son 3 il ərzində Azərbaycana gələ bilməmişdim. Ona görə də, bu torpaqlar, burada təhsil verdiyimiz tələbə və şagirdlər, müəllimlərimiz üçün çox darıxmışdım. Bunun üçün də nəyin bahasına olursa- olsun, hətta xəstə olmağıma rəğmən Bakıya gəldim. Şükürlər olsun ki, hər iki məktəbimizin buraxılış tədbirlərində iştirak etdim. Çox xoşbəxt oldum və qürur duydum. - Hər il zəka testindən sonra Bakı Atatürk Liseyinə qəbul ediləcək şagirdlərin sayının artırılması məsələsi ortaya çıxır. Lakin qəbul sayı az olduğu üçün imtahan verən uşaqların böyük əksəriyyəti kənarda qalır. Eləsə, sayın artırılması istiqamətində yenilik gözlənilirmi? - Təəssüflər olsun ki, yox. Çünki indiki durumda heç bir şey etmək imkanımız yoxdur. Məsələ burasındadır ki, biz də şagird sayının artmasını istəyirik. Çünki hər il məktəbimizə qəbul zamanı bilikləri, bacarıqları olsa da, bəlli say ucbatından böyük sayda uşaqları qəbul edə bilmirik. Halbuki onlar imtahana böyük ümidlə, xüsusi hazırlıqla, gözəl geyinib, sinələrində Türkiyə və Azərbaycanın döş nişanlarını taxaraq gəlir. Bu il də belə olub. 300-ə yaxın uşaq imtahan verib. Lakin biz yer qıtlığı ucbatından onların cəmi 25-ni qəbul edə bilirik. Bacarıqlıların sayı isə bundan 2-3 dəfə çoxdur. Hazırda Bakı Atatürk Liseyinin yerləşdiyi məktəbin yalnız kiçik bir hissəsi bizə məxsusudur. Bu kiçik yerdə 750 şagirdə təhsil veririk. Həmin binanın digər 2/3 hissəsini də bizə versələr, o zaman şagird sayını artıra bilərik. - Ümumiyyətlə, Türk Dünyası Araşmalar Vəqfinin xətti ilə Türkiyədən kənarda nə qədər şagird təhsil alır?- Hazırda Türkiyədən kənarda türk ölkələrdə təhsil verdiyimiz 4000 şagirdimiz var. - Siz zaman-zaman türk dünyası ilə bağlı çeşidli tədbirlərin təşəbbüskarı, ideyaların müəllifi olmusunuz. Bəs, bu gündən baxanda türk dünyasının sabahını necə görürsünüz?- Türk dünyasının mənim düşündüyüm yerə getməsinin şərtləri var. Təəssüflər olsun ki, türk dünyası o yerə getmir. Çünki bəzi türk ölkələrdəki siyasi iradələr çox səmimi olaraq bu məsələyə əyilə bilmir. Bunun da səbəbi var. Belə ki, həm daxili, həm də xarici problemləri çoxdur. Ən böyük nöqsanlardan biri isə işin təməlinə enilməməsidir. - Təməl deyəndə nəyi nəzərdə tutursunuz? - Mən 1980-ci ildən bəri hər bir çıxışımda bəyan edirəm ki, bu işin təməli əlifbadır. Bizim, türk dünyasının 38 cür əlifbası var. Halbuki heç bir dilin iki əlifbası yoxdur. Bu, bizə qəsdən düşünülmüş şəkildə tətbiq edilmiş bir işdir. Bu, bizi, türk dünyasını bölmək üçün həyata keçirilmiş bir plandır. Deməli, ağıllı addım atmalıyıq. Yəni, madam ki, bizi əlifba ilə bölüblər, o zaman biz də əlifba ilə birləşməliyik. Yəni, türk dünyasını birləşdirmək üçün bundan asan bir iş ola bilməz. Türk dünyasının bütün ölkələrinin vahid əlifbaya keçməsi vacib və lazımdır. Əlifba birliyi əldə edilməyəcəyi təqdirdə türk dünyası layiq olduğu yerə gedə bilməyəcək. Çox yaxşı haldır ki, bu gün Azərbaycan latın əlifbasına keçib. Məncə, bu proses Orta Asiyaya doğru irəliləməlidir. - Dediniz ki, bəzi türk ölkələrində siyasi iradə ortaya qoyulmur. Bəlkə də kənar güclər, konkret olaraq Qərb bu iradənin ortaya qoyulmasına mane olur...- Siyasi iradə əlifba məsələsinə məktəblərdən başlaya, şagirdlərimiz arasında türk birliyi ideyası formalaşdıra bilər. Hələ qanlı-qadağalı sovetlər dönəmində şairlər, yazıçılar, bəstəkarlar, qeyrətli ziyalılarımız gizli də olsa, türklük üçün mesajlar veriblər. Bu üzdən onların başı bəlalar çəkib. Məsələn, təkcə Bəxtiyar Vahabzadə hansı təqiblərə tuş gəlib, bunu hər kəs bilir. Lakin bu təqiblərə baxmayaraq, bizlər gizli də olsa, türklüyümüz haqda məlumatlana bildik. Daha doğrusu, sizlər. Buna görə ziyalılarımıza borcluyuq. Əslində, bəlkə də Leninə borcluyuq. - Nə üçün Leninə?- Çünki Leninin yazılı bir əmri vardı. Bu əmr türklərin yalnız mədəniyyət və sənət sahələri üzrə yetişdirilməsini nəzərdə tuturdu. Ona görə də keçmiş SSRİ ərazisindəki türklər siyasi, iqtisadi, idarədən uzaq tutulmuşdular. Geriyə yalnız rəssamlıq, rəqs, musiqi, opera, teatr kimi sənət sahələri qalmışdı. Allahdan ki, belə olmuşdu. Çünki bunun sayəsində türk mədəniyyətini yaşatma imkanı əldə etmişik. Hətta bir çox yerlərdə gizlədilmiş bir türkçülük ruhu da yaşadılıb. - XXI əsr türk əsri olaraq tanımlandı. Bəs, bu əsrə sahib olmağa gücümüz varmı?- Öncə onu deyim ki, heç bir şey sözlə olmur. Yəni, bizlər "XXI əsr türk əsridir" deməklə, bu əsrə sahib ola bilmərik. Sözlə, arzu ilə yanaşı, iş də görməliyik. "Olacaq" demək əvəzinə, "XXI əsr türk əsri olmalıdır!" deyərək, lazım olanı etsək, daha doğru olar. Qısası, "olmalıdır!" qərarında olan, bu şüurla yetişən gənclərimiz olmalıdır. Lakin indiki şəkildə davam etsək, XXI əsr türk əsri olmayacaq. Çünki türk torpaqları əcnəbilər tərəfindən sömürülür, neftimiz-qazımız istismar edilir. Bu işğalçılıq davam edir. Qazaxıstan nefti hələ də Rusiya vasitəsilə Türkiyəyə axır. Biz Türkmənistan qazını Rusiyanın üzərindən keçməklə almaq məcburiyyətindəyik. Beləliklə, istismar olunuruq. Axı, Xəzərin altı ilə Türkmənistan qazını Türkiyəyə nəql etmək olar. Yaxud, Azərbaycanın qətiyyəti və siyasi iradəsi hesabına başa gəlmiş Bakı-Tbilisi-Ceyhan xətti var və Qazaxıstan neftini, deyək ki, Aktau-Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə nəql etmək olar. Bununla həm türk dünyası birbaşa əlaqə qura bilər, həm də soyulmağımıza son qoyular. Türkmənistan Rusiya ilə enerji nəqli ilə bağlı 25 illik müqavilə imzaladı. ABŞ isə gəldi, insanları qətlə yetirdi və İraq neftini ələ keçirdi. Eyni zamanda, 25 il sonranı yüzdə-yüz təminat altına almaq üçün Əfqanıstana əsgər yeritdi. Çünki Əfqanıstan düyün nöqtəsidir, qızıl nöqtədir. Əfqanıstan tarix boyunca çox böyük önəm daşıyıb və bu gün də daşıyır. Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, özümüzə, bizim olanlara sahib olmalıyıq. Dildə, fikirdə, əməldə birliyə nail olmalıyıq. Aqil Camal
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN