SON XƏBƏRLƏR

Türk ölkələrinin futbolçuları Türkiyədə legioner sayılmayacaqlar

2021.10.20, 07:36
Türk ölkələrinin futbolçuları Türkiyədə legioner sayılmayacaqlar

Gunaz.tv

GünAzTv: Türkiyə Futbol Federasiyası (TFF) Azərbaycan vətəndaşı olan futbolçularla bağlı yeni qərar qəbul edib.

TFF-nin son iclasında birinci liqanın hər bir klubuna 3 əcnəbi futbolçu transfer etmək hüququ verilib.

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Yeni qərara əsasən bundan sonra türk ölkələrinin – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın oyunçuları birinci liqada legioner sayılmayacaqlar. Klublar bu ölkələrdən cəmi 2 oyunçunu transfer edə bilər.

 Qeyd edək ki, buna qədər türk ölkələrindən 3 futbolçunun adını iştirak ərizəsinə daxil etmək mümkün idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar