İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
GünAzTv: Danışıqlar prosesində İrəvanın vəziyyəti bir qədər də ağırlaşa bilər.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr bir sıra beynəlxalq təşkilatlar səviyyəsində də davam etdirilir. Ermənistan prezidenti Serc Sarkisyanın Brüssel səfəri zamanı onunla görüşən avropalı təmsilçilər münaqişənin tezliklə nizama salınması üçün Ermənistan prezidentindən qəti addımlar gözlədiklərini söylədilər. Bu yanaşmanı nəzərə alan ekspertlər bildirirlər ki, növbəti mərhələdə dünya birliyinin diqqəti İrəvana yönələcək, çünki problemin həllini xeyli yaxınlaşdıran Madrid prinsiplərinə yeni təklifləri verməyən məhz Ermənistandır. Cavabın yubadılması münaqişə ətrafında qeyri-müəyyən vəziyyət yaradır və Azərbaycanda müharibə ilə bağlı bəyanatların sayının artmasına səbəb olur.
Azərbaycan prinsipial məsələlərdən geri çəkilməyəcək
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının tutduğu mövqe artıq bəllidir və Prezident İlham Əliyev sözügedən mövqeni Respublika Gününə həsr olunmuş tədbirdə bir daha ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan prinsipial məsələlərdən geri çəkilməyəcək. Prinsipial məsələ isə ərazi bütövlüyünün təmin olunmasıdır və rəsmi Bakı bütün imkanlardan istifadə edərək beynəlxalq hüquq normaları əsasında münaqişənin tənzimlənməsinə nail olmağa çalışır.
Əslində, Azərbaycanın ədalətli mövqedə olduğunu beynəlxalq təşkilatların son bəyanatları da təsdiq edir. İslam Konfransı Təşkilatının bəyanatı ilə yanaşı Avropa Parlamentinin qətnaməsi, Avropa İttifaqının separatçı recimin qondarma seçkiləri ilə bağlı qətiyyəti, eyni zamanda bu həftə Sarkisyanın Brüsseldə NATO və Avropa Komissiyasının nümayəndələri ilə apardığı danışıqlarda səslənən fikirlər İrəvan üçün məqbul sayılmayan seytnot vəziyyətini yaxınlaşdırır. Lakin bu vəziyyətdən Ermənistanın bərabər əsaslarla çıxacağı güman olunmur, belə ki, «mərhələli həll» planına əsaslanan Madrid prinsiplərinə dair yeni təkliflər siyasi konfiqurasiyanı Sarkisyan iqtidarının əleyhinə dəyişir. Dağlıq Qarabağdakı qondarma parlament seçkilərinə münasibət deyilənlərin əyani təsdiqi sayıla bilər.
Rəsmi Bakı sözügedən seçkilərə reaksiyasını dərhal ortaya qoydu. Azərbaycanın Xarici İşlər Nazirliyi həmin aktı pisləyən bəyanatla kitfayətlənməyərək bu seçkilərdə müşahidəçi qismində iştirak edən təşkilat və şəxslərə sərt mesacını da göndərdi. Belə ki, nazirlik separatçı recimin seçkilərinə qatılan təşkilatlar üçün diskriminativ səciyyə daşıyan bəyanat verərək onların nümayəndələrinin ölkəmizə gəlişinə qadağa qoyulacağını qeyd etdi. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, dünya birliyinin qondarma parlament seçkilərinə reaksiyası Azərbaycanın maraqlarına cavab verir və beynəlxalq hüquq normalarına tamamilə uyğundur.
Danışıqların növbəti mərhələsi Azərbaycanın xeyrinə işləyə bilər
Beynəlxalq təşkilatların separatçı recimin seçki aksiyasına münasibəti danışıqların növbəti mərhələsində Azərbaycanın xeyrinə işləyə bilər. Məsələ ondadır ki, Minsk qrupunun hər 3 həmsədr ölkəsi – Rusiya, Fransa və ABŞ, həmçinin ATƏT, Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatlar dırnaqarası seçkini tanımayan bəyanat verdilər. Avropa Parlamenti və Avropa İttifaqının son qətnamələrini də bura əlavə etsək, Ermənistanın «qapalı dairə»yə düşdüyünü söyləmək olar.
Ehtimallara görə, indiki durum yaxın zamanlarda intensivləşəcək danışıqlar prosesində İrəvanın vəziyyətini bir qədər də ağırlaşdıracaq. İyunun 5-də Avropa şəhərlərinin birində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin nəzərdə tutulan görüşündə hər iki dövlətin Madrid prinsiplərinə dair təklifləri diqqət mərkəzində olacaq. Hələlik İrəvanın bu məsələ ilə bağlı mövqeyi aydın deyil, ancaq Ermənistanın müdafiə nazirinin danışıqlardan sonra işğal edilmiş torpaqların geri qaytarılmayacağına dair bəyanatı tunelin qurtaracağında işığın görünmədiyindən xəbər verir. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da son açıqlamasında qarşıdakı görüşdə İrəvanın Madrid prinsiplərinə dair mövqeyinin nədən ibarət olduğunu aydınlaşdırmaq istədiklərini bəyan etdi.
Türkiyənin mövqeyini Qərb dünyasında anlayışla qarşılayırlar
Deməli, rəsmi Bakı münaqişənin həllində hazırda topun Ermənistanın tərəfində olduğunu və indi çox şeyin ermənilərin mövqeyindən asılı olduğunu düşünür. Bu mövqeni Qərb təşkilatları da bölüşür. Avropa Parlamentinin məlum qətnaməsi, NATO və Avropa Komissiyası rəhbərlərinin Sarkisyanla danışıqlarda sərt münasibəti bu gün Avropa ölkələrinin də Qarabağ probleminin tezliklə həllini arzu etdiklərini, bu məqsədlə Ermənistandan ciddi addımların atılmasını gözlədiklərini deyirlər. Öz növbəsində avropalı diplomatlar Azərbaycanın maraqları naminə təbliğat aparılmasının da vacib olduğunu bildirirlər.
Bütün bunlara baxmayaraq, İrəvan hələ də üzərinə böyük məsuliyyət götürmək istəmir. Məsələn, Serj Sarkisyan deyir ki, Qarabağ münaqişəsinin nizamlanmasında ciddi və ardıcıl iş aparılmalıdır. Qarşı tərəf Dağlıq Qarabağ üçün indiki status-kvonu daha məqbul sayır. Üstəlik, ermənilər danışıqlar prosesinə kənardan kiminsə cəlb edilməsinin əleyhinə çıxırlar. Söhbət Türkiyədən gedir. İrəvan var gücü ilə Ankaranı prosesdən uzaqlaşdırmağa, ən azından onun protokolların ratifikasiyasını Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirmək səylərini heçə endirməyə çalışır. Sarkisyanın Ankaraya güvənmədikləri ilə bağlı Brüsseldə verdiyi bəyanata isə Türkiyədən sərt cavab gəldi. Belə ki, qardaş ölkənin xarici siyasət idarəsi bəyan edib ki, Sarkisyanın aqressiv bəyanatları sülh dili ilə danışan ölkələrin istədiyi atmosferə uyğun deyil. Bu bəyanatların daxili siyasətin bir aləti olduğuna diqqət çəkən rəsmi Ankara həmin mövqenin nə Ermənistana, nə də normallaşma prosesinə faydası olmadığını bildirir. Onu da xatırladaq ki, Türkiyənin mövqeyini artıq Qərb dünyasında anlayışla qarşılayırlar. Yeri gəlmişkən, müşahidəçilər iyunun əvvəlində Soçidə Rusiya, Türkiyə və Ermənistan prezidentlərinin nəzərdə tutulan görüşünün bu məsələdə ciddi irəliləyişə səbəb ola biləcəyini vurğulayırlar. Bunlara rəğmən, Avropa ölkələri, eləcə də Rusiyanın Türkiyə ilə bağlı planları erməni tərəfinin yürütdüyü siyasətin effekt verəcəyini şübhə altına qoyur. Sarkisyanın Avropa turnesinin demək olar ki, iflasa uğraması bu uğursuz siyasətin əlaməti sayıla bilər.
“1-ci kanal”ın Analitik Qrupu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN