İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
GünAzTv: Rusiya və İranın yeni oyununun iştirakçısı olan sabiq prezident özünün silah və narkotik ticarətini də gücləndirmək istəyir.
Erməni siyasətçilərinin vaxtaşırı İrana səfər edərək, orada bir sıra siyasətçilərlə görüşməsi kifayət qədər maraqlı məsələdir. Gündəmi məşğul edən həmin səfərlərin arxasında hansı planların dayandığı isə müxtəlif cür şərh olunur. Hələlik aydın olan məsələ budur ki, indiyə qədər İrana səfər etmiş erməni siyasətçiləri arasında keçmiş prezident Robert Koçaryan və Dağlıq Qarabağdakı erməni terrorçularının sabiq rəhbəri Samvel Babayan daha aktivdir. Erməni mətbuatı iz azdırır Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan və Dağlıq Qarabağdakı erməni terrorçularının sabiq rəhbəri Samvel Babayanın İrana səfərlər etmələri erməni mətbuatı tərəfindən daha çox siyasi maraq fonunda şərh edilir. Əksər qəzetlər bununla bağlı yazırlar ki, Koçəryanın Tehran siyasətçiləri ilə görüşməsi onun yenidən siyasətə qayıtmasını təmin etmək üçündür. Eyni zamanda, o da vurğulanır ki, İranın da dəstəyini almağa çalışan sabiq prezident indiki dövlət başçısı Serj Sərkisyan hakimiyyətini devirməyi planlaşdırır. Ermənistanda siyasi vəziyyətin kritik olduğu və Sərkisyan hakimiyyətinin artıq Rusiya və İranın maraqlarına cavab verən fiqur olmadığı fikrini də gündəmə gətirən erməni mətbuatı hesab edir ki, yaxın gələcəkdə ölkədə iqtidar dəyişikiyi baş verəcək və Rusiya ilə yanaşı, İranın da bu məsələdə rolu lazımdır. Köçəryan bir müddət əvvəl bununla bağlı açıqlama verərək bəyan etmişdi ki, onun yenidən hakimiyyətə gəlmək niyyəti yoxdur. Onun sözlərinə görə, kimlərsə bu fikirləri gündəmə gətirərək, onun haqqında yalan məlumatlar yayır. Hətta ünvan olaraq erməni müxalifətini belə göstərmişdi. Samvel Babayana gəldikdə isə o, İrana səfər etməsi ilə bağlı yayılmış məlumatları təsdiqlərəyək, bunun şəxsi işləri ilə bağlı olduğunu vurğulayıb. Erməni mətbuatı bu səfərlə bağlı yazıb ki, əslində, Babayan Tehrana getməklə Robert Koçaryanın hakimiyyətə qayıtması üçün İrandan dəstək alması barədə danışıqlar aparıb. Hətta o da vurğulanır ki, Koçaryan Babayana söz verib ki, əgər yenidən hakimiyyətə gələrsə, onu müdafiə naziri təyin edəcək. Hərçənd sözügedən şəxs bunları təkzib edərək, belə bir niyyətinin olmadığını açıqlayıb. O qeyd edib ki, əgər siyasətə qayıtmaq fikri olsa, bunu gizlətməyəcək.Bütün bunların fonunda şübhə doğuran üçüncü məqam isə İranın məsələ ilə bağlı açıqlamasında özünü göstərir. Belə ki, Tehran tərəfi açıqlamasında bəyan edib ki, prezident Mahmud Əhmədinejat və XİN başçısı Mənüçöhür Möttəki ilə Koçaryanın görüşündə siyasi çalarlar axtarmaq lazım deyil. Həmin açıqlamanı verən Möttəki deyib ki, həmin görüşlər köhnə dostların bir araya gəlməsi, yaxşı vaxtların xatırlanması və gələcək planların ayaqüstü müzakirəsi olub. Koçaryan - Nakrotik və silah baronu Bu deyilənlər sadəcə, iz azdırmaq kimi başa düşülə bilər. Çünki keçmiş prezident və onun ən yaxın adamının ard-arda Tehrana səfər etməsi heç də köhnə vaxtların xatırlanması və ya qeyri-siyasi bir addım kimi səciyyələnə bilməz. Ortada mütləq nəsə bir şeylər var və bunu da təhlillər nəticəsində üzə çıxarmaq mümkündür. Hələ xeyli əvvəl Robert Koçaryan Ermənistan prezident olan zaman Qərb mətbuatı onunla bağlı maraqlı bir məlumat yaymışdı. İrəvan aeroportundan qalxdıqdan sonra Avropa dövlətlərindən birində saxlanılan silahla dolu bir təyyarə qalmaqalından sonra üzə çıxmış həmin məlumatda deyilirdi ki, Koçaryanın silah alverində əli var. Qeyd edilirdi ki, Ermənistan prezidenti Rusiya ilə yaxın əlaqələrə malik olduğundan onlardan silah alaraq, başqa dövlətlərə sata bilər. O da vurğulanırdı ki, sözügedən şəxs aldığı silahları erməni diasporunun əliylə Yaxın Şərqdəki erməni terror təşkilatlarına və Türkiyədəki PKK terror təşkilatına ötürməklə məşğul olur. Bu məlumata İrəvandan rəsmi münasibət bildirilmədiyindən vəziyyət qeyri-müəyyən olaraq qaldı. Amma çox keçmədi ki, Koçaryanın təkcə silah məsələsində deyil, həmçinin narkotik alverində də adı hallanmağa başladı. Ermənistanın tranzit ölkə olduğunu yazan qəzetlərin şərhinə görə, Türkiyə ilə sərhədlərin bağlı olmasına rəğmən Əfqanıstandan gətirilən narkotik vasitələr gizli yollarla qonşu ölkəyə daşınır. Həmçinin Dağlıq Qarabağın nəzarətsiz zona olması da onun işlərinə geniş faydalar verir. Həm ziyarət, həm ticarət...Məlumatlarda qeyd olunur ki, İranla sıx əlaqələrin kökündə dayanan amillərdən biri də silah və narkotik məsələləridir. Belə ki, Koçəryan illərdən bəri başçılıq etdiyi bu mafiyanın sayəsində milyardlar sahibi olub. Hətta bu yaxınlarda erməni siyasətçiləri mətbuata açıqlama verərək, onun sərvətinin 5 milyard dollar olduğunu söyləmişdilər. İran məsələsinə gəldikdə isə burada iki amilin ikisinin də rolu ola biləcəyi şübhəsizdir. Əvvəlcə, silah məsələsinə diqqət yetirək. Məlumdur ki, erməni diasporu Livanda «Asala» və «ARA» kimi terror təşkilatlarını maliyyələşdirir. Onlardan siyasi təzyiq vasitəsi kimi istifadə edən diaspora birbaşa silahla təhciz məsələsində iştirak etməkdə çətinlik çəkir. Çünki pul verib maliyyələşdirdikləri bu terror təşkilatlarının adı gəldiyi zaman, onlarla əlaqələrini inkar edirlər. Belə olan təqdirdə, Ermənistan hakimiyyətinin həmin məsələdə onlara yardımçı ola biləcəyini artıq dəfələrlə sınaqdan keçiriblər. Həmin bölgədə İranın da ciddi maraqları və təsir imkanları mövcuddur. «Hizbullah» və «Həmas» kimi təşkilatlara həm maliyyə, həm də silah yardımı edən Tehran həmin vasitələrin oraya daşınmasının yollarını ermənilərdən daha yaxşı bilir. Belə olan təqdirdə, İran səfəri fonunda həmin silah alveri məsələsinin geniş müzakirə edildiyini düşünmək mümkündür. Yəni, Koçaryan silah alverinin başında duran şəxs kimi, İranın bəzi dairələri ilə danışıqlar aparıb, Livandakı erməni terror təşkilatlarına silah çatdırılması barədə razılaşma əldə edə bilər. Bu işin içində erməni diasporunun barmağının olduğundan xəbərdar olan Tehran isə ona «yaşıl işıq» yandırmaq gücündədir.Narkotik məsələsini isə araşdırmaq elə də çətin deyil. Bu gün Əfqanıstandan gətirilən narkotik maddələrin Avropa bazarlarına çıxarılması üçün Ermənistan yetərli qədər əlverişli mövqedə yerləşir. Digər tərəfdən, işğal altındakı torpaqlarımızda da iri narkotik plantasiyaları mövcuddur. Hələ bir müddət əvvəl Almaniyanın «Bild» jurnalı da bu barədə araşdırma dərc edərək xəbər vermişdi ki, Ermənistan Avropaya narkotik daşıyan əsas ölkələrdən biridir və bu prosesin başında İrəvan hakimiyyətinin rəhbərliyində təmsil olunanların olduğu təsdiqlənməkdədir. Buna qədər isə bəzi Qərb və Rusiya mətbuatı isə daha şok bir açıqlama yaymışdı. Həmin məlumatda deyilirdi ki, Koçaryan və Dağlıq Qarabağdakı separatçıların keçmiş başçısı Arkadi Qukasyan narkotik ticarətində şərikdirlər. Hətta o da iddia olunurdu ki, Xankədi və Köycə gölü yaxınlığında bu iki şəxsə məxsus narkotik maddələri qablaşdıran və hazırlayan xüsusi fabriklər fəaliyyət göstərir. Bütün bunların fonunda belə başa düşmək olar ki, İrana səfər çərçivəsində əsas maraq silah və narkotik ola bilər. Amma siyasi amillər də yox deyil. Əksinə, siyasi şərhçilər o qənaətdədirlər ki, Koçaryanın Tehranda görüşlər keçirməsi xüsusi hazırlanmış planın tərkib hissəsidir. İran Ermənistanda çevriliş edə bilərmi? Erməni mətbuatının iz azdırma cəhdini təsdiqləyən bir başqa amilə diqqət yetirək. Yuxarıda qeyd etdik ki, erməni mətbuatının iddialarından biri də İranın Ermənistanda hakimiyyət dəyişikliyi etmək niyyətində olmasıyla bağlıydı. Bu versiyanın inandırıcı olmadığını təsdiqləmək elə də çətin məsələ deyil. Ona görə ki, bunun üçün Tehranın İrəvandakı siyasi imkanlarını hesablamaqla hər şey aydınlaşmış ola bilər. Ermənistan xristian ölkəsidir və burada müsəlmanların sayı barmaqla sayılacaq qədərdir. İranda isə hakimiyyətdə din xadimləri oturur və onların erməni siyasi dairələri arasında mövqeləri elə də böyük deyil. Bu gün Ermənistandakı siyasi partiyaların da İranın təsiri altına düşə biləcəyi mümkün görünmür. Ona görə ki, Tehranın İrəvanda həyata keçirə biləcəyi tutarlı ideoloji imkanları da mövcud deyil. Digər tərəfdən, İran yaxşı bilir ki, Ermənistan Rusiyanın vassalıdır və buraya hər hansı bir müdaxilə Tehranla Moskva arasında münasibətlərin korlanmasına gətirib çıxara bilər. O səbəbdən də, İran yeni bir konfrantasiyanın yaranmasında maraqlı olmadığından belə bir varianta baş vuracaq qədər ağlını itirməyib. Beləliklə, rtaya atılmış iddiaların heç bir əsası yoxdur və bunu düşünməyin özü də yersizdir. Yeni «enerji oyunu» başlayır?İşin içindəki siyasi çalarları araşdırdıqda ən çox diqqəti çəkən məqam kimi, enerji məsələsi gözlər önünə sərilir. Bölgədə həyata keçirilmiş iri enerji layihələrindən kənarda qalan, hal hazırda da buna görə, min bir peşmanlıq hissi keçirən Ermənistan yenidən kimlərinsə əlində alətə çevrilməkdədir. Rusiya və İranın əlindəki alət missiyasını həyata keçirən İrəvanın bu iki ölkə arasında tarazlığı qorumaq üçün cəhdlər etməsi isə hələlik boşa çıxır. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) ekesperti Arif Kəskin bununla bağlı deyir ki, İranın Ermənistanda ən böyük marağı enerji layihələri ilə bağlıdır. Onun sözlərinə görə, Tehran hal hazırda İrəvanla ona görə yaxınlıq edir ki, erməni diasporu ilə aralarındakı buzu əridə bilsin. «İran indiki məqamda bölgədə müharibənin başlanmasında maraqlı deyil. Amma erməni diasporu ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bunun üçün də İrəvanın imkanlarından yararlanmaq istəyir. Məqsəd isə odur ki, erməni diasporunun təsirləri sayəsində yeni enerji xətləri çəkərək, öz neft və qazını Avropa bazarlarına çıxara bilsin. Ermənistandan Gürcüstana keçən kəmərlər vasitəsi ilə bunun reallaşmasının mümkün olduğunu yaxşı anlayan İran Ermənistanı bu səbəbdən dəstəkləməkdədir».Kəskin daha sonra deyir ki, erməni diasporu bu məsələdə hələ ki, İrana yaxınlaşmır. O qeyd edir ki, diaspora İranın necə təhlükəli fiqur olduğunu bildiyindən, mümkün qədər ondan uzaq durur. Amma eyni zamanda da, maraqlarını həyata keçirmək üçün onun yanında olduğunu göstərməyə çalışır. Siyasi şərhçi Azər Rəşidoğlu da təqribən Arif Kəskinlə eyni fikirdədir. Milli.Az Xəbər Portalına açıqlama verən Rəşidoğlu bununla bağlı deyib ki, ortada yeni «enerji oyunu» cərəyan edir. Onun sözlərinə görə, Koçaryanın səfəri zamanı silah və narkotik alveri maraqları fərdi istəklərdən irəli gəlir, əslində isə Rusiya və İran bölgədə yeni üçbucaq qurmağa çalışırlar. «Gürcüstanda hakimiyyət dəyişikliyi olmasaydı, o zaman həmin zəncirin bir halqası da onlar olacaqdılar. Amma Qərb Tiflisi tam nəzarətində saxlamaqla Rusiya və İranın böyük bir oyununu pozmaqdadır. Çünki Rusiya NABUCCO layihəsi işə düşdükdən sonra Avropaya edəcəyi təzyiqdən məhrum olacaq. Bu səbəbdən də bölgədə yeni konfiqurasiya quraraq, yeni «enerji oyunu»nu həyata keçirməyə çalışır».Siyasi şərhçi onu da deyir ki, Rusiyaya bölgədə iki ağıldan kəm dövlət lazımdır ki, istənilən vaxt vəziyyəti gərginləşdirməyi bacarsın. Onlardan birinin Ermənistan, digərinin də İran olduğunu vurğulayan Rəşidoğlu hesab edir ki, Kreml Qərbin enerji siyasətini önləmək üçün bir sıra addımlar atacaq. «Moskva çalışır ki, İrəvan və Tehranı öz tərəfində saxlasın. Bu yolla Qazaxıstan neft və qazının Avropaya daşınmasının qarşısını almağı düşünür. Həmçinin Gürcüstana olan münasibət də məhz bu səbəbdən daha aqressiv şəkil alıb. Çünki Gürcüstanın indiki hakimiyyəti Kremlin istəyinin həyata keçmsinə ən ciddi əngəldir. Əgər Tiflisdə ruspərəst biri hakimiyyət başında olsaydı, indi bütün planlar icra olunmuşdu. İran və Ermənistan həm də ona görə Rusiyaya lazımdır ki, adlıra çəkilən dövlətlər regionda sabitliyi hər an poza bilərlər. Bu isə Qərbin bir sıra iri layihələrinin üstündən xətt çəkilməsi anlamına gələ bilər».Ermənistanda hakimiyyətdə Sərkisyanın olmasına rəğmən Koçaryanın İranla danışıqlara cəlb edilməsi məsələsinə gəldikdə isə Rəşidoğlu deyir ki, burada qəribə heç nə yoxdur. Onun sözlərinə görə, Ermənistanın sabiq prezidenti istər Rusiya, istərsə də İran tərəfindən daha ağıllı və nüfuzlu siyasətçi kimi qəbul edilir. «Hələ bir müddət əvvəl Ermənistanda belə bir fikir yaranmışdı ki, Koçaryan yenidən hakimiyyətə gələcək. Bu fikirlərin əbəs yerə gündəmə gətirilmədiyi aydındır. Sərkisyan hələlik ölkəni idarə edə bilir və əgər maraqlar toqquşarsa, onun hakimiyyətdən gedəcəyi yəqinləşəcək. Belə olan halda, Levon Ter-Petrosyanın üzərindən birdəfəlik xətt çəkmiş müttəfiqlər Koçaryanı yenidən hakimiyyətə gətirə biləcəklərini yaxşı anlayırlar».Beləliklə, Ermənistanın sabiq prezidenti Robert Koçaryan bir tərəfdən yeni oyunun iştirakçısı olmaqla yanaşı, həm də öz biznesini genişləndirmək və çiçəkləndirmək üçün imkanlar əldə etməyə başlayıb. Bir tərəfdən Rusiya və İranın enerji oyununa qatılıb, o biri tərəfdən də silah və narkotik alverini gücləndirməyə şans əldə etmiş sabiq prezident bunlardan yararlanmaqdadır. Elə İrana edilən səfərlərin arxasında da məhz həmin amillərin dayandığı şübhəsiz görünməkdədir. Fikrət FəraməzoğluMilli.Az
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN