İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
GünAzTv: Türk tarixçilərinin arxivlərdən tapdıqları yeni sənədlər "müstəqilliklərini" qeyd edən ermənilərin bayram keflərini yamanca pozub.
Bir neçə gün əvvəl Rusiyanın dövlət arxivlərində üzə çıxarılan tarixi sənədlər Ermənistanda və xaricdə fəaliyyət göstərən erməni lobbilərini ciddi narahat edib. Xatırladaq ki, 1918-ci il mayın 28-i həm də Ermənistanın Qafqaz Seymindən ayrılaraq müstəqilliyini elan etdiyi gündür və ermənilər üçün belə bir bayram əhvallı tarixdə onların vəhşiliyini əks etdirən sənədlərin açıqlanması İrəvanın ovqatını korlayıb. Qaynar.info xəbər verir ki, "Yeni çağ" qəzetinin yazdığına görə, ötən əsrin əvvəllərində Qafqaz Hərbi Məhkəməsinin bir qrup erməni hərbçisinin cinayət işinə dair çıxardığı hökmdə yazılıb ki, həmin əsgərlər türk qadın və qızlara təcavüz etdikləri və onlara dəhşətli işgəncə verdiklərinə görə günahkar biliniblər. Eyni zamanda sənədin saxlandığı qovluqda rus - Qafqaz ordusunun komandanı Odişeledzinin Moskvaya göndərdiyi teleqram da tapılıb. Həmin teleqramda yazılıb ki, erməni silahlıları Qafqazda və Anadoluda türklərə qarşı kütləvi qırğınlar törətməyə başlayıb. Haqqında danışdığımız sənədləri İstanbul Universiteti Atatürk əsasları və İnqilab Tarixi İnstitutunun tədqiqatçısı Məhmət Bora Perinçək sovet arxivlərində 1915 - 23-cü illərə aid məlumatları araşdırarkən üzə çıxarıb. Yeri gəlmişkən, həmin sənədlərdə SSRİ-nin odövrkü ən yüksəkvəzifəli rəsmiləri də ermənilərin türklərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyirlər. M.Bora Perinçək bildirib ki, Moskva arxivində çar generallarının və zabitlərinin yazdığı yüzlərcə raport, eləcə də o dövrün hərbi məhkəmələrinin yüzlərcə hökmünün yazılı surəti var ki, I Dünya müharibəsi zamanı işğal edilən bölgələrdə ermənilərin törətdiyi qətliamların üstünü açır.Perinçəkin tapıntısına əsasən, "Sovet arxiv sənədləri işığında türk - erməni əlaqələri. 1915 - 23-cü illər" mövzusunda yazılmış arxiv sənədlərində Rusiyanın Osmanlı dövlətinin ərazilərindən, o cümlədən Qafqaz torpaqlarından pay almaq məqsədi ilə müharibə aparan ölkələrdən biri kimi göstərilib: "Çar Rusiyası XİX əsrin ortalarından 1917-ci ilədək tərəf olaraq erməni məsələsinin içindədir. Bu dönəmə aid sovet arxivlərində bir çox sosialist Ermənistanı sənədini tapmaq mümkündür. Erməni dövlət arxivlərində də istənilən qədər önəmli sənəd var ki, bu gün onları araşdırmağa imkan vermirlər. Hansı ki, həmin sənədləri Rusiyanın dövlət arxivləri vasitəsilə oxumaq mümkündür. Bu sənədlərə Ermənistan, eləcə də Azərbaycan və Gürcüstan arxivlərinin materiallarını da əlavə etdiyimiz zaman Moskvanın məhz ermənilərin əli ilə müasir Türkiyə və Azərbaycan ərazilərində öz məqsədlərinə çatmaq naminə qırğınlar törətdiyini görə bilərik". Rus arxivlərində istər çar, istərsə də sovet Rusiyasının, eləcə də "daşnak" və sovet Ermənistanının ən yuxarı vəzifələrdə oturan rəhbərləri tərəfindən imzalanmış çox gizli raport və yazışmalar saxlandığını deyən Perinçək bildirib ki, həmin sənədlər arasında Anadolu kəndlərində, eləcə də Azərbaycanın müxtəlif bölgələrində günahsız insanların necə və hansı şəraitdə məhv edildiklərini isbatlayan dəlillər tapılıb. Hansı ki onları öyrənib qondarma erməni soyqırımı iddiaları ilə dünya birliyinin fikrini çaşdıran ermənilərin təbliğatını dayandırmaq mümkündür. Eyni zamanda həmin sənədlərlə Ermənistanın heç də təkbaşına deyil, məhz arxasında dayanan rus imperialistlərinin ciddi dəstəyindən yararlanmaqla Türkiyə və Azərbaycanda soyqırım törətdiyini dünyaya sübut etmək olar. Türk ordusunun Qafqaz cəbhəsi komandanı Vəhbi paşanın rus ordusunun Qafqas cəbhəsi komandanı general Prjevalskiyə yazdığı 22 yanvar 1918-ci il tarixli məktubda da ermənilərin törətdiyi vəhşətdən bəhs olunur. Məktubun mətni belədir: "Rus qoşunları Ərzincandan çıxan kimi ermənilər aktivləşərək rastına çıxan hər bir müsəlmanı qətlə yetirməyə başlayıb. Artıq kəndlərə açıq həmlələr edirlər, qadınlar-qızlar təcavüzə uğrayırlar. Ərzincandan 18 kilometr aralı yerləşən Zəkkih kəndi yer üzündən silinib. Eyni proses Azərbaycanda da gedir: Bakıda, Şamaxıda, Salyanda kütləvi qətllər törədilir." Bütün bunlar isə başı müharibəyə qarışmış Osmanlını daha da zəif salaraq torpaqlarının müəyyən hissəsini ələ keçimək, eləcə də müstəqilliyini elan edən Azərbaycanı yenidən Rusiyaya bağlamaq istəyindən irəli gəlirdi. M.Bora Perinçəkin araşdırmasına görə, Türkiyə və Azərbaycan, müəyyən qədər də Gürcüstan ərazilərindən - şərqdə Kür-Araz çaylarının qovuşduğu yerdən başlayaraq qərbdə Qara dəniz sahillərinədək uzanan, Gürcüstanın Cavaxetiya bölgəsini əhatə edən (amma çox qəribədir ki, İrandan bir ovuc da olsun torpaq istənilmir - V.T.) "böyük Ermənistan" yaratmaq istəyən ermənilər çar ordusunda yerli dili bilən və kəndlərə yaxşı bələd olan xüsusi agentlər kimi çalışırdılar. Buna sitat kimi o illərdə Gürcüstan hakimiyyətində təmsil olunan ermənimənşəli Karinyanın dediyi "Erməni könüllülər işğal altındakı bölgələrdə bütün gücünü göstərərək türklər və azərbaycanlıların fiziki məhv edilməsinə çalışırdılar" sözlərini göstərmək yerinə düşərdi.Rus Qafqaz ordularının komandanı Odişelidzenin Moskvaya yolladığı teleqramda yazılanları oxuyaq: "Erməni birlikləri qadınlar və körpələr də daxil olmaqla silahsız türk xalqına qarşı kütləvi vəhşiliklər etməkdədirlər. Stalinin 1920-ci il noyabrın 3-də Çiçerinə göndərdiyi teleqramda yazılır ki, türklərin ermənilərə hücumları ilə bağlı söylənilənlər yalandır. Van, Muş və Bitlisin ermənilərə verilməsi imperialist maraqlardan irəli gələn, təxribatçı tələbdir". //QayNar
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN