SON XƏBƏRLƏR

Milli fəal Cəfər İsmayılzadə müvəqqəti azadlığa buraxılıb

2022.09.09, 05:16
Milli fəal Cəfər İsmayılzadə müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Milli fəal və idman ustası Cəfər İsmayılzadə 92 günlük həbsdən sonra  250 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ehsan Qəzalinin başçılıq etdiyi Dövlət və İnqilab Prokurorluğunun 25-ci bölməsində milli fəala qarşı "hökumət əleyhinə təbliat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmaq üçün xalqı qırğına təhrik etmək" ittihamı irəli sürülüb.

Qeyd edək ki, Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunub.

Bundan öncə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar.

2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı beynəlxalq yarışlarda medallar qazanıb. 

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar