SON XƏBƏRLƏR

"İndi İrana təzyiq etmək üçün doğru zamandır"-İsrailin müdafiə naziri Benni Qantz

2022.12.20, 13:11
"İndi İrana təzyiq etmək üçün doğru zamandır"-İsrailin müdafiə naziri Benni Qantz

Gunaz.tv

İranın hazırkı vəziyyətini nəzərə alaraq, bu ölkəyə təzyiqlərin artırılması və yeni nüvə sazişinin imzalatdırılması üçün ən münasib zamandır.

İranın nüvə sahəsində geri dönüşü olmayan bir nöqtəyə gələ biləcəyini deyən müdafiə naziri, çox həssas bir vəziyyətin yarandığını deyib.

O, daxili, iqtisadi problemlər, Rusiyaya silah tədarükü və Ukraynaya hücumlarla bağlı beynəlxalq reaksiyalar səbəbindən əziyyət çəkən İran hökumətini "əhliləşdirmək" üçün şərait yarandığını bildirib.

"İran dünya, region və İsrail üçün təhlükədir.

NATO-nun Ukraynadakı koordinasiyası kimi beynəlxalq ictimaiyyətin tərəfdaşları da İranla bağlı hərəkətə keçməlidir,-deyə, İsrailin müdafiə naziri qeyd edib.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar