SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda hava çirkliliyi böhran həddinə çatıb

2023.01.17, 11:11
Qərbi Azərbaycanda hava çirkliliyi böhran həddinə çatıb

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin başçısı Səid Şəhənd açıqlama verib.

hava çirkliliyi səviyyəsinin yüksək olmasında qaydasız tikintilərin, istifadəyə yararsız nəqliyyat parkının və şəhərdə yerləşən avtovağzalın əhəmiyyətli dərəcə rol oynadığını bildirib. 

Bir müddət bundan öncə Urmiya Şəhər Şurasının sədr müavini Mürtəza Mənafi hazırkı durumda avtovağzalın şəhərdən qırağa köçürülməsinin vacibliyini qeyd edərək, Ətraf Mühitin Mühafizəsi İdarəsinin ekoloji problemin həlli ilə bağlı əlaqədar qurumlarla kordinasiyalı fəaliyyət göstərməsini istəyib.

Qeyd edək ki, son həftələr Urmu şəhəri hava çirkliliyi səviyyəsinə görə, ölkədə ən çirkliyi havası olan şəhərlər sırasında qərarlaşıb və dəfələrlə həsas yaş qrupları üçün açıq havaya çıxmamaq barədə xəbərdarlıq edilib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar