SON XƏBƏRLƏR

“Qardaş Köməyi” platforması rəhbərləri zəlzələ bölgəsinə yollanıb

2023.02.21, 11:30
“Qardaş Köməyi” platforması rəhbərləri zəlzələ bölgəsinə yollanıb

Gunaz.tv

Səfər zamanı onlar Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş ərazilərdə olacaqlar. Dəstək üçün fikir mübadiləsi aparacaqlar. Eyni zamanda mənəvi dəstək olacaqlar.

Səfərin ilk günündə Türkiyə Muharib Qazilər Dərnəyinin genel başqanı Beyazid Yumukla platformanın tsisçilərindən biri olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Adana hava limanında  bir araya gəlib. Dağıntılar olan əraziyə birlikdə səfər ediblər.

Bu barədə məlumat verən Emin həsənli Herbiand.az-a bildirib ki, hər kəsdə məyusluqla yanaşı  bir ümid var.

“Beyazid Yumuk qeyd etdi ki, Türkiyə hər zaman çətinliklə qarşılaşıb və həmişə də bu çətinliklərə qalib gəlib.

Bu çətinliyin də  öhdəsindən gələcək.

Biz AFAD-ın qərargahında olacağıq. Görülən işlərlə tanış olacağıq və qarşılıqlı  qardaşlarımızla hansı işləri görə biləcəyimizi  müzakirə edəcəyik. Allah zəlzələ zamanı vəfat edənlərə rəhmət, yaralılara isə şəfa versin.

Hər kəs Azərbaycanın ən ağır zamanda Türkiyənin yanında olmasını məmnunluqla qeyd edir və Azərbaycan xalqına, Azərbaycan Prezidentinə minnətdarlığını bildirir”.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar