SON XƏBƏRLƏR

"Qardaşlığımız əbədidir" QHT koalisiyasının rəhbəri Türkiyədə ordu generalı ilə görüşüb – FOTO

2023.02.24, 08:01
"Qardaşlığımız əbədidir" QHT koalisiyasının rəhbəri Türkiyədə ordu generalı ilə görüşüb – FOTO

Gunaz.tv

Bu barədə Herbiand.az-a məlumat verən Emin Həsənli əvvəlcə ordu generalına başsağlığı verdiyini bildirib.

“Bir daha yada saldım ki, Azərbaycan xalqı və Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ideyasına sadiqdir və bu ideyaya söykənərək daima qardaş Türkiyənin yanındadır.

e4.1677184696.jpg

Xatırlatdım ki, böyük Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyirdi, bu gün Azərbaycanda da hamı hesab edir ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir”.

Daha sonra  Əli Sivri Azərbaycanın qardaşlıq yardımlarını yada salaraq bunun üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkürünü bildirib. General Azərbaycanın son illər qazandığı uğurları xatırladıb. Eyni zamanda 44 günlük müharibədə qazandığı zəfəri yüksək qiymətləndirdiyini vurğulayıb.

Söhbət əsnasında Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin yüksək səviyyədə olması da vurğulanıb və bu əlaqələrin genişləndirilməsinin vacibliyi bildirilib.

Görüşdə Türkiyə Muharıb Qazilər Dərnəyinin İstanbul şöbəsinin başqanı, Kıprıs qazisi Əhməd Kəndigəl iştirak edib.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar