İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsinin İranın təxribatı olduğu gün kimi aydın idi Fevralın 13-də Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsi müxtəlif fikirlərin yaranmasına yol açsa da, bunun İranın təxribatı olduğu gün kimi aydın idi. Həm səslənən şüarlardan, həm də aksiya iştirakçılarının radikallığından İranın dəst-xəttini sezmək üçün ekspert olmaq lazım deyildi. Əslində nə baş vermişdi?
Təxminən 60-70 nəfərdən ibarət özlərini “dindarlar” kimi qələmə verən şəxs qeyri-qanuni aksiya keçirməyə cəhd göstərmiş və ictimai qaydaları kobud surətdə pozaraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etmişlər. Dini İşlər üzrə Dövlət Komitəsinin, az sonra isə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı rəsmi açıqlamada bu hal təxribat kimi qiymətləndirilmiş və onu törədən şəxslərin dinlə hər hansı bağlılığı olmadığı vurğulanmışdı. Sivil dünyanın qəti şəkildə pislədiyi radikal dini davranışların, o cümlədən Bakıda keçirilən, məramı qaranlıq qalan aksiyanın arxasında niyə məhz İranın durduğu iddia edilir? Elə hadisələrin xronologiyasına ötəri nəzər salsaq, bu təxribatın və onun tərkib hissəsi olacaq daha hansı təhlükəli ssenarilərin müəllifinin məhz cənub qonşumuz olması heç kimdə şübhə doğurmaz.
BİRİNCİ MƏQAM
: İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana rəsmi səfərə gələr-gəlməz İran hakimiyyətinin çirkab ruporu “Səhər” televiziya kanalı çamur püskürməyə başladı. Bu kanalın jurnalistikaya dəxli olmadığı və «soyuq müharibə» dövrünün sınıq-salxaq aləti kimi ancaq Azərbaycan dövlətinə qara yaxdığını xatırlatmağa, məncə, ehtiyac yoxdur. Zaman-zaman şahidi olmuşuq ki, bu təxribat maşını işini aktivləşdirəndə, başqa sözlə desək, xalqımıza və hakimiyyətimizə qarşı söyüşlərini bol edəndə mütləq hansısa təxribat olacaq.
İKİNCİ MƏQAM: Fevralın 13-də Bakıda keçirilən İransayaq aksiyanın sədası 3 gün sonra Təbrizdən gəldi. Bu ölkənin “Ənsar-e Hezbollah” adlı qrupunun 40 nəfərə yaxın üzvü fevralın 16-da tarixi şəhərimiz olan Təbrizdə Azərbaycanın Baş Konsulluğu qarşısında aksiya keçirdi. Radikal dini şüarlar səsləndirən kütlə Bakıdakı aksiyanın qarşısının alınmasını pisləmiş, hələ bu azmış kimi Azərbaycan rəhbərliyini və xalqını təhqir etmişdir.
ÜÇÜNCÜ MƏQAM: Maraqlıdır ki, elə həmin aksiyada Azərbaycana ünvanlanmış bəyanatın sonunda onlara verilən dəstəyə görə İranın rəsmi dövlət qurumlarına minnətdarlıq bildirilir. Bütün bu məqamlar İranın hakimiyyət orqanlarının Azərbaycana qarşı təxribat xarakterli aksiyaların keçirilməsində rolu olduğunu göstərmirmi? Əslində, bu faktları sadalamadan da daim müstəqilliyimizə və uğurlarımıza düşmən münasibəti bəsləyən İranın əsl xislətini bilmək çətin deyil.
İranın molla rejiminin mahiyyətini göstərən belə qara piarın məhz Təbrizdən başlaması da təsadüfi deyil. Təbriz Azərbaycanın tarixi şəhəridir, əsrlərlə yaranıb formalaşmış əzəmətli dövlətlərimizin də paytaxtı məhz Təbriz olub, indi ana dilində təhsil hüququndan məhrum olmuş 30 milyondan çox həmvətənimizin iztirab və əsarət şəhəri də Təbrizdir. Biz Təbrizdə aksiya keçirilməsinin gözləyirdik, fevralın 26-da Xocalıda törədilmiş erməni vəhşiliyinə sərt münasibət göstərən, vandalizmi lənətləyən protest gözləyirdik. Amma dəyməzmiş… Çünki bu, xristian Ermənistanına hamilik edən müsəlman İranının siyasi xəttinə uyğun deyil. Qulağının dibində Xocalıda, Qarabağda müsəlman qardaşlarının soyqırımına məruz qalmasını islam təəssübünü çəkən dövlət nədənsə görmür, amma əldəqayırma raketlərini İsrailə tuşlayıb Fələstini qeyrət məsələsinə döndərib. İran Ermənistanın ən yaxın dostu, müttəfiqi, strateji tərəfdaşıdır, elə Ermənistan da şimaldan baxanda Rusiyanın forpostudursa, cənubdan İranın ostandarlığı kimi görünür. Azərbaycana qarşı tələb irəli sürənlər nəyə görə öz hökumətlərindən Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinməyi tələb etmirlər?
Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?Bütün bunlar İranın müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə təsir göstərmək cəhdləri kimi başa düşülür – bunun başqa adı ola bilməz.
Yuxarıda cənub qonşumuzun müstəqilliyimizə daim qısqanclıqla yanaşmasına toxundum. Bu təsadüfi xatırlatma deyil. Azərbaycana qarşı yönəlmiş təxribatlar seriyasında İranın çəkisini müəyyənləşdirmək üçün yaxın tarixə ekskurs edək – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti istiqlalını elan edəndə ona dırnaqarası yanaşan yeganə dövlət bəlkə də İran olmuşdu. İran diplomatları özləri məzlum gündə olmalarına baxmayaraq, 1918-ci ildə Versal sülh konfransına qatılmış topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətimizin hətta kostyumlarına belə kinayə ilə yanaşırmışlar. Hikkələrinin səbəbi də bu imiş ki, niyə yaratdığınız dövlətə Azərbaycan adı qoymusunuz?!
Şahların yerinin mollalar tutsa da, yenə köhnə məkr qalmaqdadır. «Əli və Nino»nun məşhur personajının təbirincə desək, «İran dəyişmir ki, dəyişmir…» Amma zaman o zaman deyil…
İran da daxil olmaqla heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna yol verilməyəcək. Dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınacaq.
Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır.
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib