SON XƏBƏRLƏR

Özbəkistanda ilk dəfə olaraq "Şuşa günləri" qeyd ediləcək

2023.04.08, 11:39
Özbəkistanda ilk dəfə olaraq "Şuşa günləri" qeyd ediləcək

Gunaz.tv

Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.

Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa Günləri”i tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədi şeir kompazisiyaları və konsertlərin təşkili nəzərdə tutulub.

“Şuşa Günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük konfranslar zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.
Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı planlaşdırılır.

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar