SON XƏBƏRLƏR

Ərdoğan Obama ilə nələri müzakirə edəcək?

2021.10.20, 07:36
Ərdoğan Obama ilə nələri müzakirə edəcək?

Gunaz.tv
GünAzTv:

ABŞ-da Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu ilə bu ölkənin rəsmiləri arasında danışıqlar aparılıb. “Radikal” qəzetinin məlumatına görə, Sinirlioğlunun ABŞ-a səfərinin əsas məqsədi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın cari ilin aprelində ABŞ-a səfərinə hazırlıq olub.APA-nın Reqnum-a istinadən verdiyi xəbərə görə, Türkiyənin hökumət başçısı BMT Təhlükəsizlik Şurası üzvlərinin iştirakı ilə keçiriləcək “Nüvə təhlükəsizliyi” konqresində iştirak etmək üçün ABŞ-a gedəcək.Mənbənin məlumatına görə, aprelin 11-dən 14-dək “Amerika Türkləri Konqresinin” təşkil edəcəyi Türkiyə-Ermənistan münasibətlərinə dair konqresdə Ərdoğanın nitq söyləyəcəyi nəzərdə tutulur. Türkiyənin baş naziri ilə ABŞ prezidentinin görüşü isə aprelin 14-də keçiriləcək. “Radikal” qəzetinin yazdığına görə, Türkiyə baş nazirinin məhz həmin tarixdə, yəni aprelin 24-də, ermənilərin qondarma “genosidin” 95 illiyini qeyd edəcəyi ərəfədə müraciəti həm Türkiyə-ABŞ, həm də Türkiyə-Ermənistan münasibətləri üçün böyük əhəmiyyət kəsb edir. Qəzetin məlumatına görə, Sinirlioğlu ABŞ-a səfəri çərçivəsində ABŞ tərəfinə Ankaraya təzyiq göstəriləcəyi və Dağlıq Qarabağ problemində irəliləyişə nail olunmayacağı təqdirdə Ermənistanla Türkiyənin yaxınlaşması prosesinin ləngiyəcəyi barədə mesajlar verib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar