SON XƏBƏRLƏR

Qərbi Azərbaycan İcması Blinkenə məktub göndərdi

2023.04.13, 10:44
Qərbi Azərbaycan İcması Blinkenə məktub göndərdi

Gunaz.tv

Bu barədə İcmanın Mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını qorumaq üçün 1989-cu ildən bəri fəaliyyət göstərir.

Qeyd olunub ki, azərbaycanlıların kompakt yaşayan yerli əhali kimi mühüm mövcudluğa malik olduqları Ermənistandan qovulması 1991-ci ildə başa çatıb. Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi misli görünməmiş etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Məktubda daha sonra bildirilib:

“Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini obyektlərin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirab verməklə yanaşı, beynəlxalq humanitar hüququ və insan hüquqlarını kobud şəkildə pozur.

Bundan əlavə, son üç onillikdə Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə icazə verməkdən imtina edib. Hərçənd, bu ziyarətlər sülh və barışıq üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.

Bu ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb, onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirib.

İstərdik ki, Ermənistanın bu haqsızlıqlarına son qoyulsun və onun nəticələri aradan qaldırılsın.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanaraq, İcma Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını, eləcə də qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarının həyata keçirilməsini təmin etməyə çalışır". (axar)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar