Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
İranda türcə şəxs adı, qəzet adı, ekoloji, yaxud sosial yönümlü QHT adı hakimiyyətin gözçülərini vahiməyə salır.GünAzTv:
İranda türcə şəxs adı, qəzet adı, ekoloji, yaxud sosial yönümlü QHT adı hakimiyyətin gözçülərini vahiməyə salır. Əgər vətəndaş yeni doğulmuş körpəsinə türk adı qoysa, yaxud bir yazar özünə türkcə təxəllüs götürsə - bu, dəhşətli millətçiliyin, hətta pantürkizmin əlaməti kimi görülür. Məsələn, "Azadlıq" radiosunun xəbərində deyilir: "10 gündür təbiəti mühafizə ilə bağlı yaratdığımız "Dağ" qrupunun işini qadağan ediblər. Haqqımızda məhkəmə hökm çıxarıb. Hökmdə yazılıb ki, "Dağ" qrupu millətçiliyi yaymaqla məşğuldur". Bu sözləri Azərbaycanın Qoşaçay şəhər sakini Behbud Quluzadə söyləyib. Onun sözlərinə görə, son günlər Qoşaçayda rəsmi qurumların təqibləri başlayıb. Azərbaycanlılar heç bir səbəb göstərilmədən hüquq-mühafizə orqanlarına çağırılaraq, sorğu-sual edilir.Behbud Quluzadə uzun illərdir rəssamlıqla məşbul olur. O deyib ki, çəkdiyi rəsm əsərlərinə "Baxış" imzası qoyduğuna görə rəsmi qurumlar barəsində cinayət işi açıb və bildiriblər ki, "Baxış" türk sözü olduğu üçün bu rəsmlərdə millətçiliyi gücləndirmək məqsədi güdülür (!?).Bir müddət öncə Ərdəbil əyalətinin Germi rayonunda sahibkarlar dükanlarına türkcə adlar qoymaq cəsarətində bulunduqları üçün yerli inqilab məhkəməsinə çağırılmışdı. "Çənlibel" adlı mağazanın yiyəsi Şəhruz Əsədiyə məhkəmədən deyiblər ki, bu adı qoymaqla o, "İran dövlətçiliyinə qarşı fəaliyyət göstərir" (!?) və dükanın adını dəyişməlidir. ETTELAAT əməkdaşları onun dükanının qarşısındakı türkcə reklam lövhələrini sökərək, özünü qurumun təcridxanasında saxlayıb, sorğu-suala tutmuşdular.Xəbərlərə əsasən, "Ana", "İlqar", "Sarıtel", "Ayatay", "Türk" kimi adlar qoyulmuş ticarət obyektləri və müəssisələrin adları artıq dəyişdirilib. Azərbaycanlı iş adamları şirkət və dükanlarına türkcə ad qoyduqları üçün ötən il də məhkəməyə cəlb olunmuşdular. Bir il ərzində bununla bağlı minə yaxın "cinayət işi" açılıb. Türk adı seçən iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirdilər. Həmin məktublarda dükan və şirkət yiyələrindən adların türk dilindən farcaya çevrilməsi tələb olunur. Sahibkarların çoxu bu qərarı icra etsə də, 50 mağaza yiyəsi hakimiyyətin tələbinə boyun əyməyib. Buna görə həmin şəxslərrin dükanları və şirkətləri qapadılıb. Bax, İranın tərifli islam rejiminin rəftar və davranışı belədir.Türkməncə də olmaz!Bu kimi rəftarla İranın şərqində yaşayan türkmən qardaşlarımız da üzləşir. Türkmənsəhra Azadlıq Təşkilatının yaydığı məlumata əsasən, İranın Mədəniyyət və İslam İrşad Nazirliyi Türkmənsəhradakı 590 dükanın yiyəsinə xəbərdarlıq məktubu göndərərək, mağazalarına qoyduqları türkcə adların fars dilinə çevrilməsini tələb ediblər. Uzun sürən çək-çevirdən sonra 530 dükan sahibi türkcə adları dəyişməyə məcbur olub. Türkcə adlarla yanaşı, hakimiyyət bu dildə çıxan tək-tük KİV-lərə də basqılarını artırıb.Türkcə tələbə qəzetləri tsunami dalğasında"GünazTV"nin məlumatına görə, Güney Azərbaycanın bir sıra bölgələrinə ğununla bağlı göstəriş verilib. Həmin göstərişə görə, Azərbaycan türkcəsində çıxan hər qəzetdən bir nüsxə əyalətin icra hakimiyyətinə göndərilsin. Həmin qəzetin fəaliyyətini davam etdirməsi üçün icra hakimiyyətinin dəftərxanasından cavab gözlənilsin. Azərbaycanlı tələbə-gənclərin Azərbaycan türklərinin tarixi, dili və ədəbiyyatından yazan "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttarxan", "Kimlik", "Yoldaş", "Yağış", "Qıpçaq", "Günəş", "Yarpaq", "Telenger", "Çənlibel", "Yaşıl yol", "Ana yurdu", "Səhər", "Açıq söz" və "Sayan" adlı tələbə dərgiləri qapadılan türkdilli mətbu orqanlardan yalnız bəziləridir.Xatırladaq ki, ötən il Yəzd Universitetinin azərbaycanlı, o cümlədən xələc, avşar, qaşqay türk tələbələrinin birgə buraxdığı "Xələc" adlı tələbə dərgisinin nəşrini universitet rəhbərliyinin mədəniyyət idarəsi yasaqlamışdı. Ali təhsil ocağının rəhbərliyi bunu dərginin "pantürkçülüyü və bölücülüyü" təbliğ etməsi ilə əsaslandırıb. İki sayı işıq üzü görmüş "Xələc"in sonuncu sayında Güney Azərbaycan türklərinin dili, mədəniyyəti və tarixi haqda yazılarla yanaşı, "Məşrutə hərəkatı", "İrqçilik və ariçilik", "Hindistanda qurulmuş Xələc-Babur imperiyası" və doktor Cavad Heyətin "21 Azər - Azərbaycana qarşı mədəni soyqırım günü" adlı məqalələr çap olunubmuş.Yayılan xəbərlərə görə, bir müddət öncə dərginin baş redaktoru naməlum şəxslər tərəfindən "bölücü" ittihamına məruz qoyularaq hədələnmiş, onun nəzarət etdiyi sayt isə bağlanmışdı. Yəzd Universiteti mədəni məsələlər komitəsinin məsulları "Xələc"in nümayəndələri ilə görüşdə deyiblər: "Əgər türk tələbələr universitetdə pozuculuq fəaliyyəti ilə məşğul olmasa, o zaman sizinlə heç bir problemimiz olmayacaq".Onu da xatırlatmaq lazımdır ki, bu ali təhsil ocağında yayılan "Ana yurdu"nun 11, "İşılay"ın isə 4 sayı işıq üzü gördükdən sonra qapadılıb.
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib