SON XƏBƏRLƏR

Xameneyinin Sistan və Bəluçistandakı sabiq nümayəndəsi öldürüldü

2023.04.26, 13:07
Xameneyinin Sistan və Bəluçistandakı sabiq nümayəndəsi öldürüldü

Gunaz.tv

Bu barədə SEPAH-a yaxın "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum edən şəxs mühafizəçinin avtomat silahını ələ keçirərək bank binasında olan Süleymaniyə atəş açaraq öldürüb, daha üç nəfəri yaralayıb.

Mazəndəran əyaləti valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Ruhullah Səlgi hücumçunun həbs edildiyini desə də, onun kimliyi barədə açıqlama verməyib.

Qeyd edək ki, Zahidan şəhərinin keçmiş cümə imamı olan Abbasəli Süleymani eyni halda Xameneyinin Mazəndəran əyalətinin universitetləri üzrə təmsilçisi kimi fəaliyyət göstərirdi.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar