SON XƏBƏRLƏR

“İranda anlamalıdırlar ki, hədə və terror dili Azərbaycanla işləməyəcək” –Prezident

2023.05.04, 13:25
“İranda anlamalıdırlar ki, hədə və terror dili Azərbaycanla işləməyəcək” –Prezident

Gunaz.tv

İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin, birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır.

Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik.

Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar