SON XƏBƏRLƏR

"Şuşa bəyanatı tarixi hadisədir"-Politoloq

2023.05.11, 17:21
"Şuşa bəyanatı tarixi hadisədir"-Politoloq

Gunaz.tv

Politoloq deyib ki, Heydər Əliyev qurucu lider olub, Azərbaycanı müasirləşdirib, tikib, qurub, ön sıralara gətirib. Bütün sahələrdə Azərbaycanı inkişaf elətdirib:

"Müstəqillik dövrünün əsasını qoyub. Həm kadrların hazırlanması baxımından, həm sənaye-kənd təsərrüfatı baxımından.

Azərbaycanın inkişaf etməsini, tanınmasını təmin edib". 

HSv31Hr.jpg

Emin Həsənli deyib ki, Şuşadakı bəyanatın tarixi əhəmiyyəti var. 

"O binanın qarşısından 8 noyabr 2020-ci ildə Azərbaycan hərbçiləri cənab Prezidentə raport veriblər. Azərbaycanın üçrəngli bayrağını qaldırıblar və Şuşanın Azərbaycanın baş tacı olduğunu, mədəniyyətimizin beşiyi olduğunu, Azərbaycanın qürur mənbəyi olduğunu xüsusi olaraq qeyd ediblər. 

Bu Azərbaycan tarixi üçün çox böyük əlamətdar bir hadisədir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu istiqamətində çox böyük addımlar atılıb. 

Xüsusilə Qarabağın işğaldan azad edilməsi, güclü ordu qurulması, iqtisadiyyatımızın güclənməsi, Azərbaycan gənclərinin xaricdə təhsil alması və digər bütün sahələrdə Heydər Əliyev siyasəti zəfər çalıb.

İlham Əliyev bu bəyanatı Ali Baş Komandan kimi, cənab Prezident kimi Şuşadan xalqa müraciət etməsi Azərbaycanın siyasi, hərbi tarixində böyük bir tarixi hadisədir, böyük zəfərdir"-deyə, E.Həsənli bildirib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar