SON XƏBƏRLƏR

"Ukrayna ordusu əks-həmləyə hazır deyil"- General

2023.05.16, 10:14
"Ukrayna ordusu əks-həmləyə hazır deyil"- General

Gunaz.tv

ABŞ ordusunun ehtiyatda olan zabiti, general-leytenant Mark Hertlinq bununla bağlı “The Washington Post” qəzeti üçün məqalə yazıb.

Modern.az xəbər verir ki, general Urkayna ordusunun zaman ehtiyacı olduğunu bildirib.

"Hücum üçün böyük qüvvələr, dəqiq atış və etibarlı təchizat xətləri vacibdir. Bu baxımdan Ukrayna Silahlı Qüvvələrin hazırlıq keçməsinə xeyli vaxt lazımdır"-general məqaləsində yazır.

Amerikalı general onu da söyləyib ki, Ukrayna qoşunları əvvəllər belə irimiqyaslı əməliyyatlarla qarşılaşmayıb, buna görə də hazırda əks-hücuma hazır deyil.

"Hətta təcrübəli və yaxşı təlim keçmiş qüvvələr üçün döyüş gücünü bir neçə həlledici hücum nöqtəsində cəmləmək olduqca çətindir",- deyə Hertlinq bildirib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar