SON XƏBƏRLƏR

Rusiya iranlı rejissorun çəkdiyi filmin nümayişini yasaqladı

2023.05.17, 14:06
Rusiya iranlı rejissorun çəkdiyi filmin nümayişini yasaqladı

Gunaz.tv

Nazirlik bildirib ki, iranlı-danimarkalı rejissor Əli Abbasinin çəkdiyi “Müqəddəs hörümcək” filmində "qadağan olan informasiya mövcuddur”.

Həmin informasiyanın yayılması Rusiyanın qanunvericiliyinə görə yasaqdır. 

Xaırladaq ki, “Müqəddəs hörümcək” filminin mövzusu real həyatdan götürülüb.

Film Məşhəd şəhərində seksual istismara cəlb olunan qadınları ardıcıl öldürən bir qatil barədədir. 

“Müqəddəs hörümcək” filmi mayın 11-dən Rusiya kinoteatrlarında ekranlarına çıxarılıb. Lakin 1 həftədən sonra ölkənin Mədəniyyət Nazirliyi bu filmin yayım lisenziyasını ləğv edib. 

Qeyd edək ki, “Müqəddəs hörümcək” Fransanın Kan Festivalında ekrana çıxarılandan sonra yüksək rütbəli İran rəsmiləri Parisə öz etirazlarını bildirib.

İran rəsmiləri filmi “yalnış və tamamilə siyasi motivli” adlandırıblar. 

Zara İbrahimi ötən il “Müqəddəs hörümcək” filmində "Ən yaxşı qadın  oyunçu" mükafatını qazana bilmişdi. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar