SON XƏBƏRLƏR

"Bu, insan ləyaqətinin təhqir olunmasıdır"-Ağ Ev İran rejiminin siyasətini pislədi

2023.05.19, 13:13
"Bu, insan ləyaqətinin təhqir olunmasıdır"-Ağ Ev İran rejiminin siyasətini pislədi

Gunaz.tv

O, mayın 19-u səhər saatlarında İsfahan şəhərinin Dəstgerd həbsxanasında üç etirazçının edam edilməsini pisləyib.

ABŞ rəsmisi İran hakimiyyətinin bir neçə ay davam edən etiraz aksiyalarından nəticə çıxarmadığını deyib.

"Məcid Kazimi, Saleh Mirhaşmi və Səid Yəqubinin edamı bütün İran xalqının insan haqlarının pozulmasıdır və insan ləyaqətinə həqarətdir.

ABŞ İran xalqının yanındadır və bundan sonra da bu belə olacaq.

Müttəfiqlərimiz və tərəfdaşlarımızla İran hökuməti tərəfindən davam edən insan haqları pozuntularını ifşa etmək və onlarla mübarizə aparmaq üçün əlaqəli şəkildə fəaliyyət göstəririk",- Mali belə deyib.

Qeyd edək ki, beynəlxalq təşkilatların İran hökumətinə xəbərdarlıqlarına baxmayaraq, etiraz aksiyalarında fəal iştiraklarına görə həbs edilən üç məhbus mayın 19-u səhər saatlarında İsfahanın Dəstgerd həbsxanasında edam edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar