SON XƏBƏRLƏR

Ukraynaya yeni səfir təyin edildi

2023.05.23, 14:28
Ukraynaya yeni səfir təyin edildi

Gunaz.tv

Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev isə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb.

Dövlət başçısı Seymur Qurban oğlu Mərdəliyevi Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Sultan Ağami oğlu Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Ağami oğlu Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib.

Ayxan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar