SON XƏBƏRLƏR

Fransa İranın nüvə və raket proqramı ilə bağlı gərginlikdən narahatdır

2023.05.25, 21:53
Fransa İranın nüvə və raket proqramı ilə bağlı gərginlikdən narahatdır

Gunaz.tv

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Lejandr bəyanat yayıb.

O, heç bir mülki əsası olmadığını dediyi İranın nüvə proqramının inkişaf etdirilməsinin təhlükələrini ciddi və artan təhlükə adlandırıb.

"Fransa Tehranın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini yenidən pozan hərəkətini pisləyir",- XİN sözçüsü bildirib.

Qeyd edək ki, mayın 25-də İranın müdafiə naziri “Xürrəmşəhr 4” adlı Xeybər raketinin 2000 kilometr mənzilli yeni versiyasını təqdim edib.

Bu raketin təqdimatı Yerusəlimin Fələstin hissəsindəki Əl-Əqsa məscidinin nüsxəsinin yanında canlı yayımlanan televiziya proqramında baş tutub.

İran mediasının iddiasına görə, bu raketin sürəti atmosferdən kənarda səsin sürətindən on altı dəfə, yer atmosferi daxilində isə səsin sürətindən səkkiz dəfə çoxdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar