SON XƏBƏRLƏR

"Moskva görüşündə önəmli nəticələr əldə olunub"-Politoloq

2023.05.26, 15:05
"Moskva görüşündə önəmli nəticələr əldə olunub"-Politoloq

Gunaz.tv

O qeyd edib ki, Vətən müharibəsində böyük qələbə əldə edən Azərbaycan diplomatik masada da ardıcıl qələbələr qazanır:

“Həm Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlar, həm ABŞ vasitəsilə aparılan danışıqlar, həm Rusiya vasitəsilə aparılan danışıqların hər birində Azərbaycanın ərazi bütövlüyü məsələsi vasitəçilər tərəfindən birmənalı tanınır. 

Uğurlu diplomatik siyasətin nəticəsində artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olub. Bu Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin böyük uğurudur”.

Emin Həsənli hesab edir ki, Moskvadakı görüşdə də önəmli nəticələr əldə olunub: “Moskvada daha bir diplomatik uğura imza atıldı. Azərbaycan Prezidenti beynəlxalq hüququ və qanunları Ermənistanın baş nazirinə anlatdı, başa saldı. 

Bununla da həm Ermənistana, həm də bütün dünyaya bir daha mesajlar verdi ki, Azərbaycan müstəqil mövqeyindən və milli maraqlarından bir addım geri çəkilməyəcək, ardıcıl olaraq bu mövqelərini müdafiə edəcək. 

Dünya siyasətində, hərbdə qalib gəlib diplomatik cəbhədə məğlub olanlar var. Diplomatik cəbhədə qalib gəlib haqlı olub, hərbi cəbhədə məğlub olanlar var. 

İlham Əliyevin apardığı bu siyasətdə hər iki cəbhədə qələbə əldə edilməsi beynəlxalq münasibətlər sistemində nadir hadisədir. 

Həm də ki, bir-biri ilə mövqe savaşı aparan dövlətlər - Rusiya, ABŞ, Avropa ölkələrinin bölgədə öz maraqları var. Azərbaycanın ərazi birliyinin bütövlüyünü bütün tərəflərin qəbul etməsi, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etmələri çox önəmlidir”.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar