SON XƏBƏRLƏR

Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib

2023.05.27, 09:09
Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib

Gunaz.tv

Urmu bələdiyyəsinin məsuliyyətsiz fəaliyyəti səbəbindən bir zamanlat turistlərin və yerli sakinlərin əsas istirahət yerlərindən biri olan Şəhərçayı ətrafı indi zibilxananı xatırladır.

Məişət tullantıları qalaqlanmış ərazidə antisanitariya hökm sürür.

Yerli sosial media və ətraf mühit fəalları Şəhərçayının son durumu nu əks etdirən fotolar paylaşıb.

Sakinlər və sosial media fəalları əlaqədar dövlət qurumlarına müraciət etsələr də, ekoloji problemin həlli ilə bağlı heç bir tədbir görülməyib.

 

Şəhərin içi və şəhər xaricində çayın yaratdığı yaşıllıqlar, təbii mənzərələr hər il çox sayda yerli və xarici turistin buraya gəlməsinə səbəb olur.

Ancaq son illər çay üzərində qurulan plansız bəndlər Urmu gölünə axıdılan suyun azalıb.

Eyni zamanda çayın Urmu şəhərindən keçən hissəsinin də demək olar ki, quruması ilə nəticələnib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar