SON XƏBƏRLƏR

Oman Sultanı Tehrana gəldi

2023.05.29, 09:57
Oman Sultanı Tehrana gəldi

Mayın 28-i Oman sultanı Heysəm bin Tariq Əl Səid İbrahim Tehrana iki günlük rəsmi səfər edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb. Sultan İran paytaxtına prezident İbrahim Rəisinin dəvəti əsasında yüksək rütbəli nümayəndə heyətinin müşayiəti ilə gəlib.

Omanın Kral Katibliyi bildirib ki, səfərdən məqsədin  iki ölkə arasında müxtəlif sahələrdə dostluq əlaqələrini gücləndirmək, əməkdaşlığı genişləndirmək, regionda və dünyada baş verən son hadisələri nəzərdən keçirməkdir.

Qeyd edək ki, İran hökuməti çətin məqamda siyasəti yumşalmağa məcbur olduqda, Qərblə, xüsusilə ABŞ-la münasibətləri qaydasına salmaq istədikdə bunu Omanın vasitəçiliyi ilə həyata keçirir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar