SON XƏBƏRLƏR

İranlı xalça ustaları xaricə axın edir

2023.06.13, 10:43
İranlı xalça ustaları xaricə axın edir

İranda iqtisadi vəziyyətin ağırlaşması və əldə toxuma xalça sənayesinin dövlət diqqətindən kənarda qalması ilə eyni vaxtda iranlı xalça ustalarının xarici ölkələrə mühacirəti artıb.

Gunaz.tv

Bu barədə xalça taciri və Tehran Xalçaçılar Birliyinin keçmiş müfəttişi Mehdi Cəvahiriyan açıqlama verib.

O, İranda xalça ustalarına verilən əmək haqqının aşağı olduğunu, onların başqa ölkələrdə İranda aldıqları məvacibin bir neçə qatını aldıqlarını deyib.

Bundan bir müddət əvvəl İran Əl Toxuma Xalça Satıcıları Birliyinin prezidenti Məsud Sepehrzad da ölkədə dolların tümən qarşısında qiymətinin kəskin artması ilə eyni vaxta bu ölkənin əldə toxuma xalça ixracatının 80 faiz azaldığını bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar