SON XƏBƏRLƏR

"Artıq Qarabağda qalmaq ermənilər üçün mənasızdır"-Hraparak

2023.06.14, 13:50
"Artıq Qarabağda qalmaq ermənilər üçün mənasızdır"-Hraparak

Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyan növbəti dəfə Ermənistan mediasının hədəfinə tuş gəlib.

Gunaz.tv

“Hraparak” yazır ki, qondarma rejimin rəhbəri son həftələrdə yerli ermənilərin müxtəlif dairələri ilə fəal görüşlər keçirir.

"O, siyasətçilərdən tutmuş müharibədə verdiyi qurbanlarının valideynlərinə, ziyalılara qədər hər kəsi öz "damının altına" toplamağa çalışır.

Qarabağdakı mənbələrimiz bildirirlər ki, Arutyunyanın bu təşəbbüsü yerli əhali arasında çaxnaşma yaradıb.

Çünki o, "rəhbər" kimi hazırkı qarışıq vəziyyəti kifayət qədər tutqun rənglərlə təqdim edir və hiss olunur ki, gələcək daha da qeyri-müəyyən görünür. Artıq Qarabağda qalmaq çoxları üçün mənasız olur", - azvision.az-un məlumatına görə, nəşr yazıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar