SON XƏBƏRLƏR

Türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi yaradılır

2023.06.20, 14:07
Türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi yaradılır

Özbəkistan türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişi təsdiqləyib. Müvafiq sərəncamı Özbəkistan prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Gunaz.tv

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş təsdiq edilsin", -sərəncamda deyilir. Saziş 2022-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində imzalanıb.

Sazişin icrası Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinə həvalə edilib.

Azvision.az xəbər verir ki, Mirziyoyevin tapşırığına əsasən, respublikanın Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün Özbəkistan tərəfindən ölkədaxili prosedurların həyata keçirilməsi barədə TDT-yə məlumat verməlidir.

Türk Şurası 2009-cu ildə yaradılıb. Onun üzvləri əvvəlcə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə idi. 2019-cu ildə Özbəkistan assosiasiyaya qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı.

Hazırda onun tərkibində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə ,Özbəkistan, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər. 2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edəcək.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar