SON XƏBƏRLƏR

“Ordu quruculuğunda yeni dönəm başlanıb”-Hərbi ekspert

2023.06.26, 11:28
“Ordu quruculuğunda yeni dönəm başlanıb”-Hərbi ekspert

​​​​​​​“1971-ci ildə general Cəmşid Naxçıvanski adına liseyin əsasının qoyulması  ilə Azərbaycanda ordu quruculuğu sahəsində çox mühüm bir addım atıldı. Müstəqil Azərbaycan Ordusunun zabit kadr potensialının əksəriyyəti məhz həmin məzunlardandır”. Bu fikirləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib. 

Gunaz.tv

“O məktəbdə oxuyan gənclər sonradan müxtəlif hərbi məktəblərdə təhsillərini davam etdirdilər.

Müstəqilliyinin ilkin dövrlərində xalq səfərbər oldu, torpaqları azad etmək üçün minlərlə insan şəhid oldu, ancaq təəssüflər olsun ki, ordu quruculuğu prosesi hərbi elmi qanunlara uyğun aparılmadı, vahid komandanlığa əsaslanan ordu yaradılmadı, ordunun hüquqi bazası, silahlanması təmin edilmədi və xalq öz torpaqlarını qorumaq imkanına yiyələnə bilmədi. 

Minlərlə şəhid verdik, minlərlə Azərbaycan oğlu qazi oldu, amma torpaqlarımız işğal edildi. 

Sadə insanların vətənpərvərliyi yüksək olsa da düzgün idarəçiliyin olmaması ölkəmizi ağır duruma saldı”-deyə hərbi ekspert belə deyib.

Ordu Quruculuğunun sonrakı mərhələlərindən danışan Emin Həsənli ali baş komandan İlham Əliyevin bu işi yeni mərhələyə çıxardığını bildirib: “Aparılan düzgün siyasət nəticəsində Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox oldu. 2016-cı ilin aprel döyüşlərində düşmən Azərbaycan ordusunun gücünü gördü. 

Bu döyüşlərdə ordumuz uzun illərdən sonra məğlubiyyət sindromunu sındırdı, qələbələr qazandı. Mühüm strateji yüksəkliklər nəzarətə götürüldü. Qələbəyə inam hissi yüksəldi. Bu inamın yaradılmasında mühüm mərhələdən biri də 2018-ci ildə keçirilən Günnüt əməliyyatı idi.

Bunlar 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizə zəmin yaratdı”.

44 günlük Vətən müharibəsinə toxunan hərbi eskpert bildirib ki, bu qələb ölkəmizin, xalqımızın tarixində çox mühüm bir hadisədir:

“Azərbaycanın işğal altında olan torpaqları azad edildi. Düşmən təslimçilik aktını imzalamağa məcbur edildi, Laçın, Kəlbəcər və Ağdamı döyüşsüz qaytarıldı. BMT təhlükəsizlik şurasının qətnamələri yerinə yetirildi”.

Emin Həsənli hesab edir ki, Vətən müharibəsindən sonra ordu quruculuğunda yeni mərhələ başlayıb: “Bu gün ordu quruculuğu yeni inkişaf mərhələsindədir.

Yeni komando hərbi hissələrinin yaradılması, yeni ən müasir texnikanın alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi həm ordunun şəxsi heyətində, həm də bütövlükdə xalqımızda yüksək əhval-ruhiyyə yaradır. 

Bu gün artıq Azərbaycan Silahlı Qüvvələri ordu gününü qalib kimi qeyd edir. Bu artıq qalib ordunun bayramıdır”. 

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar