SON XƏBƏRLƏR

Müharibə iştirakçıları ilə maarifləndirmə tədbirləri keçirilir

2023.06.27, 21:26
Müharibə iştirakçıları ilə maarifləndirmə tədbirləri keçirilir

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB, Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin tərəfdaşlığı ilə “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi uğurla həyata keçirilir.

Gunaz.tv

Layihə çərçivəsində Ağdam, Bərdə və Tərtər rayonlarında rayon İcra Hakimiyyətlərinin təşkilati dəstəyi ilə şəhid ailələri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşlər təşkil eidlib. 

“Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə tədbiri açıq elan edərək layihənin məqsədi barədə məlumat verib. 

Daha sonra layihənin eksperti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyin sədri Emin Həsənli  dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara xüsusi yüksək həssaslıqla yanaşdığını vurğulayaraq şəhid olan hərbi qulluqçularımızın ailələrinə, müharibə əlili və veteranlarına  dövlətimiz tərəfindən heç bir fərq qoyulmadığını ifadə edib. 

Çıxışına davam edən natiq ölkəmizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olduğunu, birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verildiyini və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. 

Bildirdi ki, bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan vətəndaşlarımızın daim diqqətdə saxlanıldığının bariz göstəricisidir.

Layihənin sosioloqu, ehtiyatda olan kapitan, ikinci Qarabağ müharibəsi ştirakçısı Taleh Əliyev çıxışı zamanı  dövlətin şəhid ailələrinə , qazilərə diqqət və qayğısını hər zaman yüksək səviyyədə olduğunu və artan diaqonal üzrə hərəkət etdiyini iştirakçıların nəzərəinə çatdırıb.

Tədbirlərdə digər çıxış edənlər şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının problemlərinin həll edilməsinin cəmiyətimizdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın artırılmasına xidmət etdiyini vurğulayıb.

Keçirilən görüş qarşılıqlı diskusiya ilə davam etdirildi, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Tədbirlərdə Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ilə yanaşı Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Rayon İcra Hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müvafiq əməkdaşları iştirak ediblər.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar