SON XƏBƏRLƏR

Təbriz həbsxanasında qətldə suçlandırılan məhkum edam edilib

2023.06.29, 10:25
Təbriz həbsxanasında qətldə suçlandırılan məhkum edam edilib

Təbrizin mərkəzi həbsxanasında Siyamək Lütfi adlı məhkum edam edilib.

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, o, qətldə suçlandırılır.

Qurum həmçinin Kərəc şəhərinin Rəcaişəhr həbsxanasında da bir məhkumun edam edildiyini bildirib.

Onun kimliyi və nədə ittiham olunduğu barədə dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi son hesabata görə, son bir ayda İran həbsxanalarında 70-dən çox məhkum edam olunub.

2023-cü ilin ilk yarısında İranda edam edilən məhkumların sayı 400-ü keçib və öncəki ilin eyni dövrünə nisbətdə təxminən 80% artıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar