SON XƏBƏRLƏR

"Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya bilər"- ABŞ səfiri

2023.07.04, 06:52
"Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya bilər"- ABŞ səfiri

ABŞ istənilən növ danışıqların müsbət tendensiya olduğuna inanır.

Gunaz.tv

Bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin deyib .

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır.

"Biz diqqəti nəqliyyat əlaqələrinə yönəltməyi təklif edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını azaldacaq", - amerikalı diplomat vurğulayıb.

Kvin qeyd edib ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar